Ekskluziv
1187
04 Nov 2024 | 17:03

"Tramp, yoxsa Harris: kim dünyada daha çox dəstəklənir?" - "The Economist"

 
"Bəzi ölkələrdə respublikaçı namizəd demokrat namizədi üstələyir, bunu Bayden administrasiyasının Yaxın Şərq siyasətinə etirazla izah etmək olar..."
 
Tezliklə ABŞ-da prezident seçkiləri keçiriləcək, dünyada Demokratlar Partiyasından olan namizəd, vitse-prezident Kamala Harrisə dəstək respublikaçı namizəd Donald Trampdan daha çoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Nəşr "Globescan" konsaltinq və sosioloji firma ilə birgə dünyanın 29 ölkəsində və Çinin xüsusi inzibati rayonu olan Qonkonqda iki ay ərzində 30 min nəfər arasında sorğu keçirib. Respondentlərin orta hesabla 45 faizi demokrat, 33 faizi respublikaçı namizədə üstünlük verib.
 
"Avropada fərq daha çoxdur, 55 faiz demokratlara, yanız 26 faiz, respublikaçıya üstünlük verib. Dünya üzrə demokratlar hər iki cins arasında və bütün təhsil və gəlir qruplarında irəlidə olub, nəşr yazıb.
 
Jurnalistlər əlavə edib ki, Argentina, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnam kimi bir sıra ölkələrdə republikaçı bütün yaş qruplarında demokratı üstələyib.
 
"Bunin güclü adamın idarəçiliyi və Bayden administrasiyasının Yaxın Şərq siyasətinə etirazla izah etmək mümkündür.
 
ABŞ-da prezident seçkiləri - xəbərlər
 
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Britaniyanın "Focaldata" şirkəti "Politico" nəşri ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, Birləşmiş Ştatlar boyunca amerikalıların əksəriyyətinin Kamala Harrisi dəstəklədiyini göstərib.
 
Ukrayna XİN rəhbəri Andrey Sibiqanın fikrincə, ABŞ seçkilərdən sonra da Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək verəcək. Nazir əmin edib ki, Kiyevə həm Demokratlar, həm də Respublikaçılar Partiyasından dəstək var.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər