İsrail –İran problemini Amerikadan yönləndirən kimdir? – Ekspertdən MÜHÜM AÇIQLAMA
Ekskluziv
1561
04 Nov 2024 | 15:25

İsrail –İran problemini Amerikadan yönləndirən kimdir? – Ekspertdən MÜHÜM AÇIQLAMA

“İsrail- İran münaqişəsinin trayektoriyasını Amerika Birləşmiş Ştatlarındakı kimin prezident seçiləcəyi birbaşa müəyyən etmir. Bunu Ağ Evin vahid strategiyası və həmin strategiyadan irəli gələn normativlər müəyyənləşdirir”.
 
 
Bunu Moderator.az-a Sosial Tədqiqatlar Mərkəzinin əmədakşı, siyasi şərhçi Aqşin Kərimov İsrail-İran qarşıdurmasını şərh edərkən bildirib.
 
Ekspert qeyd edib ki, ABŞ siyasətində Donald Tramp prezident kürsüsünə yiyələnsə, İsraillə bağlı münasibətlərin inkişafı kontekstində İrana qarşı təzyiqlər güclənə bilər:
 
“Ancaq birbaşa İsrail –İran problemini Amerikada şəxslər deyil, Birləşmiş Ştatların regionla bağlı vahid siyasəti yönləndirir. Ona görə də seçkilərdən öncə İranın hava məkanını  bağlaması  onun Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı münasibətlərdə yaranan gərginlikdə öz yerini tapması ilə əlaqədardır. Çünki İsraillə Amerika Birləşmiş Ştatları arasında İran mövzusunda problemlər mövcuddur. Amerika Birləşmiş Ştatları İsrailin İrana birbaşa hücumunda maraqlı deyil. Vaşinqton müəyyən məhdud sayda hücum kampaniyasının həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Lakin bu hələ o demək deyil ki, İsrail də İrana birbaşa hücumda həddindən artıq maraqlıdır. Ümumiyyətlə, İranla İsrail bir-biri ilə birbaşa müharibədən çəkinir. Bu, Amerika Birləşmiş Ştatlarının iki ölkə arasındakı problemin arasında öz mövqelərini yerləşdirməklə prosesi idarə etməsinə gətirib çıxarır”.
 
Qeyd edək ki, İran ordusu noyabrın 4-ü saat 02:30-dan noyabrın 6-sı saat 18:30-a qədər hava məkanının bağlanması barədə bildiriş dərc edib.
Bu barədə "Azad İran" məlumat yayıb.
 
Mehin Mehmanqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər