Ekskluziv
1830
02 Nov 2024 | 23:51

"İsrail Qəzza bölgəsində dinc insanları qətlə yetirməyə məcbur olub" - Bill Klinton

"Mənim HƏMAS üçün xəbərim var: israillilər Müqəddəs Torpaqda ərəblərdən öncə yaşayıb..."

 
"Fələstinlilər öz torpaqlarında öz müqəddəratını təyin etmək və bərabər hüquqlara malik olmaq istəyir..."
 
ABŞ-ın sabiq prezidenti  İsrailin müdafiəsinə qalxıb və bəyan edib ki, İsrail Qəzza bölgəsində dinc fələstinliləri qətlə yetirməyə məcbur olub".
 
Moderator.az xəbər verir ki, bu barədə "islamnews.ru" nəşri yazıb.
 
Bill Klinton həmçinin Fələstin ərəblərinin rəhbərliyini tənqid edib. Maraqlıdır ki, o, bu barədə Demokratlar Partiyasından öz həmkarı Kamala Harrisin Miçiqan ştatında keçirilən seçkiöncəki tədbirində bəyan edib.
 
Çünki bu ştat "həlledici" ştatlardan biridir, yəni bu ştatlarda səsvermənin nəticələri əhalinin tərkibi ilə müəyyən edilmir. Bu zaman Miçiqan ştatında böyük ərəb-müsəlman icması yaşayır (bu icmanın öz xüsusiyyəti var və zənci-müsəlman icması ilə o qədər də kəsişmir).
 
Klinton etiraf edib ki, o, ərəb mənşəli amerikalıların Qəzza bölgəsində müharibə qurbanları barədə düşüncələrini anlayır. Lakin Klinton toplaşanlara döyüş əməliyyatlarının nədən başlamasını xatırlamağa çağırış edib.
 
"Təsəvvür edin ki, siz Qəzza bölgəsi yaxınlığında yerləşən kibutsaların birində yaşayırsınız, bu kibutsalarda yaşayan sakinlər fələstinli ərəblərə qarşı başqa yerdə olduğundan daha dostcasına münasibət göstərib. Onlar iki dövlət yaradılması ideyasını başqalarından daha çox dəstəkləyib. HƏMAS onları param-parça edib", - Klinton xatırladıb.
 
"Və bundan sonra insanlar deyir: "Görün, İsrail buna cavab olaraq nə qədər insanı qətlə yetirib?" - o, gileylənib. 
 
"Bəs sizin ailəniz bu kibutsaların birində olsaydı və onların tək günahının Fələstinə dəstək verməsi olsaydı necə? Bax, həmin adamlar sizin qəsəbənizə gəlib bütün sakinləri qətlə yetirib. Siz deyəcəksiniz ki, heç kim qurbanların sayını aparmır? Əlbəttə, axı, HƏMAS mülki əhalini canlı qalxana çevirmək üçün hər şeyi edir. İslamçılar mülki əhali arasında qurbanları qaçılmaz edir".
 
Bundan sonra ABŞ-ın sabiq prezidenti "gənc nəslin xatırlamadığı ən yeni tarixdən faktlar" gətirib. "Yasir Ərəfat bizim üzərində birgə işlədiyimiz sülh sazişinə əməl edəcəyini vəd edəndə yalan danışıb.
 
Bu saziş fələstinli ərəblərə "yaşıl xətt"dən kənarda 96 faiz, onun daxilində isə 4 faiz ərazidə dövlət yaradılmasına imkanı verəcəkdi. Onlar bu 4 faiz ərazinin harada olacağını özləri seçə bilərdi. Beləliklə, onlar bütün İudeya, Samariya və Qəzzanı əldə edəcək, Şərqi Qüds də paytaxt olacaqdı", - o, deyib.
 
"Bütün bunlar, o cümlədən paytaxt Şərqi Qüds və Qüdsün Qədim şəhərinin dörd məhəlləsindən ikisi onlara təklif edilib. Bunu İsrail baş naziri Exud Barak və onun kabineti də təsdiq edib. Onlar "yox" dedilər", - Klinton məlumat verib.
 
"Mənin HƏMASA üçün xəbərim var: israillilər burada, Müqəddəs Torpaqda çar Davidin zamanında, hələ İslamın meydana çıxmasından öncə olub", - Klinton bəyan edib.
 
O, əlavə edib ki, BMT İsrail dövlətinin yaradılmasına qərar verdikdən sonra yəhudi dövlətində David Ben-Qurion yanaşması qalib gəlib, bu da bunun üçün ayrılan ərazidə dövlət yaratmaq, səhrada bağ salmaq və qonşularla sülh şəraitində yaşamaqdan ibarət olub.
 
Həm də bu zaman Fələstinin bütün ərazisini tutmaqdan ibarət olan başqa yanaşma da olub. Lakin məlum olduğu kimi qonşular İsrailin "mülayim" ölçülərinə də təcavüzlə cavab verib. "Və bu savaş indiyədək davam edir", - Klinton vurğulayıb.
 
Klintonin çıxışı zamanı 21 yaşlı Cessika Plixta dəfələrlə ona səslənib: "Bəlkə onlara pulla dəstək verilməsinə son qoyasınız?", daha sonra "Michigan Live" nəşrinə bəyan edib:
 
"Klinton belə təəsüürat yaradıb ki, guya, ərəblər üsyan qaldırıb və bu rayonda bütün yəhudilərin kökünü kəsmək istəyir. Bu, yalandır, onlar öz torpaqlarında öz müqəddəratını təyin etmək və bərabər hüquqlara malik olmaq istəyir".
 
Xatırladaq ki, Qəzzada müharibənin bir ili ərzində 43 min dinc insan qətlə yetirilib, onların əksəriyyəti qadın və uşaqlardır. 
 
İsrail insanlığa qarşı cinayətlər törədilməsində ittiham edilir, bu cinayətlər arasında aclıqdan müharibə silahı kimi istifadə edilməsi və dinc əhalinin qəsdən qətlə yetirilməsi qeyd edilir.
Link kopyalandı!
Son xəbərlər