“Vətən müharibəsi göstərdi ki, gücün alternativi yoxdur”
Ekskluziv
1664
02 Nov 2024 | 19:16

“Vətən müharibəsi göstərdi ki, gücün alternativi yoxdur”

“30 il davam edən erməni işğalı və bunun adınca baş verən 44 günlük Vətən müharibəsi göstərdi ki, gücün alternativi yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Vətən müharibəsi təcrübəsi güclü ordu modelinin müdafiə və təhlükəsizlik baxımından əvəzsiz olduğunu göstərir:

 

“Torpaqlarımız işğal altında qaldığı müddətdə problemin sülh yolu ilə həlli istiqamətində atdığımız addımlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədi. Nəhayət, Azərbaycan məcbur qalıb bu qətnamələri özü icra etməli oldu. 30 ildir heç cür həll edilməyən problem 44 günün içində Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti sayəsində öz həllini tapdı. Bu fakt bir daha sübut etdi ki, müasir dünyamızda güc təhlükəsizliyin təminatının ən etibarlı vasitəsidir.

 

Bu səbəbdən də dövlətimiz bu gün də ordumuzun daha da güclənməsi, onun peşəkarlığının yüksəldilməsi, texniki təchizatının daha da yaxşılaşdırıması istiqamətində görülən işləri davam etdirməkdədir. Bu gün ordumuz yerli hərbi məhsullarla yanaşı, xarici dövlətlərdə istehsal olunan ən müasir texnikalarla təchiz edilməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir və bu həyati məsələyə lazımi ciddiyyətlə yanaşır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər