Ekskluziv
1615
02 Nov 2024 | 18:02

"İran Almaniya vətəndaşlarını girov götürür" - Almaniya XİN

 
"Almaniya hökuməti 14 nəfər günahsız insanı həyatdan məhrum edən, 20 nəfəri yaralayan terrorçuya dəstək verir..."
 
İranla Almaniya arasında diplomatik qarşıdurma getdikcə daha da kəskinləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya XİN nümayəndəsi bəyan edib. Məlumatı "fakeoff.org" nəşri yayıb.
 
Almaniya Xarici İşlər Nazirliyi oktyabrın 28-də edam edilən Cəmşid Şərmahdın aqibətini təkrarlamamaq üçün alman vətəndaşlarına İranı tərk etməyə çağırış edib.
 
"Biz İrana səfərlərlə bağlı artıq çoxdan xəbərdarlıq edirik və İranda yaşayan almanlardan ölkəni tərk etməyi xahiş edirik, çünki biz Cəmşid Şərmahdın işindən İranın Almaniya vətəndaşlarını girov götürməsini öyrənmişik", - bunu Almaniya XİN nümayəndəsi hökumətin mətbuat konfransında bəyan edib.
 
Oktyabrın 31-sə Almaniya XİN rəhbəri Annalena Berbok İranın Frankfurt-Mayn, Münhen və Hamburqdakı üç baş konsulluğunun bağlanması barədə məlumat verib. İranın Almaniyada diplomatik missiyası yalnız Berlindəki səfirliyi ilə təmsil olunacaq.
 
"Bizim diplomatik münasibətlərimiz artıq çox aşağı səviyyədədir. Biz İran rejiminin insanlığa sığmayan hərəkətlərini qeydə alırıq. Biz bu rejimin regionda sabitliyi pozan və ziyanlı rolunu, Rusiyaya raket tədarükünü, "Hizbullah", HƏMAS və husilər kimi regional terrorçu qruplaşmalarına dəstəyini, İsrailə dron və raketlərlə birbaşa hücumunu, qeyri-şəffaf nüvə proqramını, öz xalqına qarşı sərt repressiv tədbirləri görürük", - Berbok vurğulayıb.
 
Bu zaman o, qeyd edib ki, Şərmahd "İranın girovların ələ keçirilməsi siyasəti nəticəsində" saxlanılan yeganə məhbus olmayıb. İran həbsxanalarında digər almanlar da var.
 
Biz onlara kömək etməyə borcluyuq və onların azad edilməsi üçün yorulmadan səylərimizi davam edirik. Biz onlar üçün diplomatik kanallarımızı və Tehrandakı səfirliyimizi açıq saxlayacağıq", - nazir deyib.
 
Öz növbəsində İranın XİN rəhbəri Abbas Araqçı İranın AFR-dəki konsulluqlarının bağlanmasına görə Almaniyanın ünvanına tənqid yağdırıb.
 
"14 nəfər günahsız insanı həyatdan məhrum edən və 200 nəfəri yaralayan terrorçuya dəstək məqsədilə Almaniya hökuməti alman pasportu olan on minlərlə digər iranlılara qarşı sa ksiyalar tətbiq edir", - o, qəzəbini gizlətməyib.
 
Şəhmardın edam edilməsi barədə İran hakimiyyəti bazar ertəsi məlumat verib. O, 2023-cü ildə ölüm cəzasına məhkum edilib, bundan sonra Almaniya iki diplomatını İrandan geri çağırıb.
 
Şərmahd terrorçuluq fəaliyyətində, MKİ, FTB və Mossadla əməkdaşlıqda təqsirli bilinib. Ertəsi gün Almaniya Tehrandakı səfiri Markus Potseli məsləhətləşmələr üçün geri çağırıb, həmçinin İranın müvəqqəti işlər vəkilini dəvət edərək qəti etirazını ifadə edib.
Link kopyalandı!
Son xəbərlər