“O dedi ki, Azərbaycan azərbaycanlı və ermənilər üçündür” - “İldırım” təşkilatının üzvü
Ekskluziv
Oxunub: 311
16:39, Bu gün
“O dedi ki, Azərbaycan azərbaycanlı və ermənilər üçündür” - “İldırım” təşkilatının üzvü
“1944-cü ilin əvvəllərində Bakının ali məktəb tələbələri arasından seçilmiş adamlardan ibarət olan antisovet millətçi gənclər təşkilatı yaratdıq. Qarşımıza Müstəqil Milli Azərbaycan Respublikası qurmağı qoymuşduq…»
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...                                                                                                       
(Əvvəli burada: )
 
“Filologiya. Rəhimov İsmixan Məmməd oğlu.
 
“İldırım” təşkilatı haqqında xeyli məqalə, müsahibə və xatirələr çap edilmişdir. Onların heç birinin əhəmiyyətini əsla  azaltmadan biz yalnız istintaq materiallarından istifadə etmək qərarına gəldik. İstintaq materiallarından aydın olur ki, ”İldırım” təşkilatınin aparıcı simaları Gülhüseyn Abdullayev və Hacı Zeynalovla bərabər İsmixan Rəhimov olmuşdur. 
 
Azərbaycan SSR DTİ IV şöbəsinin V bölməsinin baş əməliyyat müvəkkili İ.Rəhimovun işinə baxaraq ona qarşı Azərbaycan SSR cinayət məcəlləsinin 107-ci maddəsi ilə istintaq işinin aparılmasını zəruri hesab edib.
 
Ümumiyyətlə, 283 saylı istintaq işi ilə bağlı səkkiz nəfər gənc həbs olunub. Onların yarısı Bakı Dövlət Universitetinin tələbələri, aspirantlarıdır. Bunlar aşağıdakılardır: 
 
1. Rəhimov İsmixan Məmməd oğlu. Bakı Dövlət Universiteti, APİ. 2. Zeynalov Hacı Həbib oğlu.Bakı Dövlət Universiteti. 3. Abdullayev Gülhüseyn Hüseyn oğlu.Bakı Dövlət Universiteti. 4. Əliyev Kamal Əbdülxaliq oğlu.Neft-Kimya İnstitu. 5. Vahidov Aydın Məcid oğlu. Neft Kimya İnstitu. 6. Ələsgərov Azər Əbdülxaliq oğlu.Bakı Dövlət Universiteti. 7. Abdullayev Musa Mirməmməd oğlu. Azərbaycan Dövlət Pedoqoji Universiteti. 8. Rzayev Kamil Əbdülbaqi oğlu. Xalq Təsərrüfatı İnstitutu.
 
26 sentyabr 1948-ci ildə İ.Rəhimovun evində axtarış aparılması və həbsi haqqında 247 saylı order verilib.
 
Ənənəvi olaraq onun anketi tərtib olunub. Orada qeyd edilib ki, Rəhimov İsmixan 1925-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, aspirant, bitərəf, əks-inqilabi üsyanlarda iştirak etməyib, quldur dəstələrində olmayıb, əvvəllər həbs edilməyib. 
“Atası 4 mart 1927-ci ildə ölüb, anası Rəhimova Tükəzban Bəşir qızı, 53 yaşlı. Qardaşları: Rəhimov Əkrəm Məmməd oğlu 1915-ci il doğumlu; Rəhimov Rəhim Məmməd oğlu, 1912-ci il doğumlu. Subay”.
 
Beləliklə, anket məlumatlarından aydın olur ki, onun ailə tərkibi iki qardaşı və anasından ibarət olmuşdur.
 
26 sentyabr 1948-ci ildə İ.Rəhimovun Bakı şəhəri, Yuxarı Dağlıq küçəsi 190-da olan evində axtarış aparılıb. Həmin vaxt oradan pasport, doğum haqqında şəhadətnamə, komsomol və hərbi bileti, zaçot kitabçası, müxtəlif yazılar, qələmlər, karandaşlar, özünə məxsus 35 vərəqdən ibarət olan şeirlər dəftəri çıxıb. 
 
Axtarış aparılması haqqındakı arayışda qeyd olunur ki, evdə İ.Rəhimova məxsus əşyaların içərisində istintaq üçün maraq kəsb edən heç nə tapılmayıb. Ev İ.Rəhimovun adına olmadığı, anası və qardaşı ilə birlikdə yaşadığı üçün möhürlənməyib.
 
Buradan açıq görünür ki, istintaq 1940-cı illərin ikinci yarısında 1930-cu illərə nisbətən qanunlara bir az əməl edib . 
İlk istintaq 27 sentyabr 1948-ci ildə saat 10:45-də başlayıb 13:05-də qurtarır.
 
Müstəntiq istintaqda əvvəlcə ondan tərcümeyi-halından danışmağı tələb edir. O, APİ-də ingilis dili müəllimi olduğunu, 1925-ci ildə Bakı şəhərində qulluqçu ailəsində doğulduğunu, atasının 1920-ci ilə qədər Hökməli kəndində yaşayaraq kənd təsərrüfatı ilə məşğul olduğunu, eyni zamanda kəndin mirzəsi olduğunu bildirdikdən sonra anası, qardaşları barədə məlumat verib. Bildirib ki, atası sovet hakimiyyətinin qurulmasından sonra Azərb. SSR XDİK-da, sonra isə Azərb. SSR Mərkəzi İcraiyyə Komitəsində katib olub. 1927-ci ildə xəstələndikdən sonra vəfat edib. 
“...Mən 1934-cü ildə 19 saylı məktəbə getdim. Orada 1941-ci ilə qədər oxudum. 1942-ci ildə 172 saylı məktəbə getdim. Elə həmin ilin yayında qiyabi imtahan verib 10-cu sinfi bitirdim, orta təhsil haqqında sənəd aldım. Eyni zamanda 1941-ci ildə iki illik xarici dil kursuna daxil oldum. 1943-cü ildə ingilis dili üzrə həmin kursu bitirdim.
 
1942-ci ildə orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil oldum. Orada 1943-cü ilə qədər oxudum. İkiillik xarici dil kursunu bitirdikdən sonra mən APİ-nin xarici dil fakültəsinin III kursuna dəyişdim. 1946-cı ildə oranı bitirib aspiranturaya daxil oldum. Eyni zamanda APİ-də ingilis dilindən dərs deyirəm. 1939-cu ildən komsomol üzvüyəm. Qohumlarımdan yeznəm Əlibəndə Ağaverdi oğlu 1937-ci ildə XDİK tərəfindən həbs olunub. Xaricdə qohumum  yoxdur”.
 
Müstəntiq ondan ittiham olduğu antisovet fəaliyyəti barədə danışmağı təklif edir. Ancaq İ.Rəhimov belə bir fəaliyyətlə məğlub olmadığını bildirib bu səbəbdən bunun mahiyyəti haqqında da heç nə deyə bilməyəcəyini söyləyir.
 
Bundan sonra müstəntiq ondan iş yoldaşları və dostluq əlaqələri saxladığı adamların kimlər olduğunu soruşub. O cavabında belə adamların aşağıdakılar olduğunu bildirib. 
 
“...1. Abdullayev Musa Məmməd oğlu, aspirant, APİ-nin xarici dil kafedrası. Yaxın dostluq əlaqələrim var, evlərinə gedib gəlirəm.2. İsmayıl Şıxlinski, aspirant, APİ. Onunla yaxın əlaqələrim var. Ancaq institutda – APİ-də görüşürük. 3. Quliyeva Mina – aspirant, APİ. Onunla dostluq əlaqələrim var. Bəzən evlərinə gedirəm. 4. Əhmədova Xədicə, xarici dil kafedrasında müəllim. Yaxşı münasibətim var, tez-tez evlərinə gedirəm. 5. Zeynalov Hacı Həbib oğlu – ADU-da Şərqşünaslıq fakültəsində V kursda oxuyur, eyni zamanda Azərb. SSR EA-nın nəşriyyatında nəşriyyat şöbəsində katib işləyir. Yaxın dostluq əlaqələrim var. Bəzən evlərinə gedirəm. 6. Hidayət, soyadını və atasının adını unutmuşam. ADU-da Şərqşünaslıq fakültəsində Hacı ilə birlikdə oxuyur. Hacının vasitəsilə onu tanıyıram. 7. Abdullayev Gülhüseyn Məmməd oğlu – ADU-da aspirant. Onunla da yaxın dostluq əlaqələrim var. 8. Babayev Əkbər – Moskva Şərqşünaslıq institutunun aspirantı. Onunla Moskvada tanış oldum və səmimi münasibətim var. 9. Oqtay Əfəndiyev- Moskvadakı Şərqşünaslıq institutunda fars dili fakültəsində oxuyur. Onunla Bakıda ADU-da tanış olmuşam. Moskvada olduğum vaxtlarda onunla tez-tez görüşürdüm. 10. Yaqubov Namiq – Moskva Şərqşünaslıq institutunda ərəb dili fakültəsində oxuyur. Onu Bakıdan tanıyıram. Moskvada olanda onunla səmimi görüşlərim olub və tez-tez görüşmüşəm. 11. İslamov Tofiq – Leninqrad Dövlət Universitetində oxuyur. Onunla Bakıda ikiillik xarici dil kursunda oxuyanda tanışam. Hərdən onunla yazışırıq. Başqa iş və dostluq münasibətlərində olduqlarım yoxdur”.
 
Bununla da istintaq başa çatıb. Elə həmin gün axşam saat 20:15-də başlayan ikinci istintaq səhərə yaxın, üçə on beş dəqiqə qalmış qurtarıb. 
 
Iİkinci istintaq materialları başqalarından bir əsas məsələyə görə diqqəti cəlb edir. Bu da ondan ibarət idi ki, 1930-cu illərdən bəri aparılan repressiya işləri içərisində az hal  idi ki, Azərbaycan dilində istintaq materiallarına rast gəlirdim. 
 
Bundan başqa, bu istintaqa qədər müstəntiq ona məlum üsullarla təsir etdiyindən qəflətən hər şey İ.Rəhimovun yadına düşüb. 
 
Müstəntiq İ.Rəhimovdan antisovet fəaliyyətlə məşğul olmadığı haqqında əvvəlki istintaqa verdiyi  ifadənin doğru olmadığını, əksinə onun belə fəaliyyətdə olduğuna dair istintaqda təkzibedilməz faktlar olduğunu söyləyib həqiqəti danışmağı tələb edir. 
 
“Cavab: Mən ali məktəbə daxil olandan sonra ictimai işlərdə çalışmışam. Bu müddətdə həmişə partiya və dövlətimiz tərəfindən qayğı görmüşəm. Odur ki, mənim şüurumda heç bir yaramaz fikirlər ola bilməzdi. 
 
Lakin ikiillik xarici dil kursunda və ADU-nun filologiya fakültəsində müntəzəm olaraq məşğələ zamanı mənimlə görüşən İslam İbrahimov yanımda sovet gəncinə layiq olmayan bəzi sözlər deyirdi. Məsələn, o deyirdi ki, bu gün institutda verilən qəlyanaltı siyahısına rus qrupunun tələbələrinə deyil, ancaq azərbaycanlı və erməni qruplarının tələbələrini daxil etmək lazımdır. Çünki, ruslar başqa şəhərlərdə də oxuya bilərlər. Azərbaycanlılar və ermənilər isə bunu edə bilməzlər. Bu vaxtdan başlayaraq mənim beynimdə belə lazım olmayan fikirlər dolaşmağa başladı. 
 
Bir dəfə ADU-nun filologiya fakültəsində oxuyan Elman Ağayev Azərbaycanda əsil demokratik qanunlar olmadığı üçün əsil demokratik kommunist partiyası yaratmağı təklif etdi ki, bu da gələcəkdə bütün Şərqdə yayılmalı idi. Elman öldü və bu fikirlər də yox olub getdi. 1944-cü ildə ADU-nun filologiya fakültəsində mənimlə oxumuş Gülhüseyn Abdullayev bir təşkilat düzəltməyi təklif etdi. Bu da elə bir təşkilat olmalı idi ki, orada Azərbaycanın tam müstəqil respublika olması haqqında.  Baxmayaraq ki, bizim indiki Azərb. SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olduğu qeyd edilmişdir. Əsil həqiqətdə bu idarələrdə rəsmi dil rus dilidir. Dövlət aparatında işləyənlərin əksəriyyəti ruslardır. Ona görə çoxlu azərbaycanlı kadrlar qəsdən idarələrə işə götürülmür. .. Biz elə bir Azərbaycan Kommunist respublikası nəzərdə tuturuq ki, orada bu nöqsanlar olmasın, bütün idarələr azərbaycanca işləsin. ...Bu vaxta kimi Marks, Engels, Lenin və Stalinin bütün əsərləri azərbaycancaya tərcümə edilməmişdir. Biz bütün dünya ədəbiyyatının ən yaxşı nəşrlərini öz ana dilimizdə çap olunmasını istəyirik. Biz bunlara nail olacaq bir respublika düzəlməsini nəzərdə tuturduq. Bu təşkilata sonra Hacı Zeynalov, Aydın, Kamal, Musa Abdullayev da üzv oldu. Biz çox az görüşürdük. Bəzən bağda, bəzən də birimizin evində görüşürdük.  Görüş zamanı boşboğazlıq olduğu üçün bu təşkilat dağıldı. Biz heç bir iş görməmişik. Səməd Vurğuna mənim xəttimlə 1944-cü ildə bir məktub yazılıb. Bunun yazılmasında Gülhüseyndən başqa heç kəsin nə xəbəri, nə də iştirakı olmamışdı”.
 
Bununla da ikinci istintaq qurtarıb. Elə həmin gün, ayın 28-də ücünçü istintaq olub.
 
Lakin bu istintaqın saat neçədə başladığı, neçədə qurtardığı qeyd edilməyib. Bu da səbəbsiz deyil. Çünki ikinci istintaq səhərə yaxın, üçə on beş dəqiqə qalmış yekunlaşıb. Ehtimal ki, üçüncü istintaq bundan az sonra başladığı üçün müstəntiq bunu yazmayıb. 
 
Müstəntiq istintaqın əvvəlində təqsirləndiriləndən müqaviməti dayandırmağı, özünün antisovet fəaliyyəti haqqında həqiqəti danışmağı tələb edib. İ.Rəhimov antisovet fəaliyyətlə məşğul olmadığını, bu səbəbdən danışmağa məsələ olmadığını söyləyib. Müstəntiq ona düz danışmadığını, istintaqda onun Sovet hakimiyyətinə düşmən əhval-ruhiyyədə olması və bu səbəbdən antisovet fəaliyyət göstərməsi haqqında təkzibedilməz dəlillər olduğunu bildirir.
 
“Siz 11 may 1944-cü ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri S.Vurğuna açıq, antisovet-millətçi məzmunda imzasız məktub yazmısınız. Bunu qəbul edirsinizmi?” 
 
Maraqlıdır ki, əvvəlki istintaqda özü bu barədə məlumat verən İ.Rəhimov nədənsə indi bunu təkzib edib. 
 
Müstəntiq ona 11 may 1944-cü ildə S.Vurğunun adına yazılmış, “antisovet  millətçi” məzmunlu məktubun bir parçasını oxuyur və soruşur ki, (Hansı hissəni oxuduğu qeyd olunmayıb.-B.Əziz) bunu yazdığını etiraf edirsənmi? “Cavab: Bəli, bu məktub mənə məlumdur. Onu dostum Gülhüseyn Abdullayevin otağında, onunla birlikdə şəxsən mən yazmışam”. 
 
Amma elə bu sözün arxasınca o yazının “...mən yalnız üzünü köçürmüşəm” deyir. Ardınca məktubu çatdırmaq üçün G.Abdullayev S.Vurğunun yaşadığı evin həyətindəki bir oğlana verdiyini söyləyir. 
 
“Sual: İmzasız məktubunuzun mahiyyətindən görünür ki, onu siz hansısa gənclər qrupu adından yazmısınız. Guya onlar “müstəqillik”, “azadlıq uğrunda”, “müstəqil inkişaf” naminə öz həyatlarını belə qurban verməyə hazırdır. Sizdən başqa antisovet əhval-ruhiyyəli, sovet hakimiyyəti əleyhinə işləyən gənclərin siyahısı başqa kimdə var? Onlar kimlərdir, indi harada olmaları barədə ətraflı məlumat verin. Cavab: Mən səmimi olaraq aşağıdakıları deyə bilərəm: Mənimlə birlikdə Abdullayev Gülhüseyn 1944-cü ilin əvvəllərində Bakının ali məktəb tələbələri arasından seçilmiş adamlardan ibarət olan antisovet millətçi gənclər təşkilatı yaratdıq. Qarşımıza Müstəqil Milli Azərbaycan Respublikası qurmağı qoymuşduq. Bu təşkilatın sıralarına aşağıdakılar daxil idi:
1. Rəhimov İsmixan, mən özüm. 2. Abdullayev  Gülhüseyn Hüseyn oğlu, 1925-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında aspirant. 3. Zeynalov Hacı Həbib oğlu, 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. ADU-nun Şərqşünaslıq fakültəsinin V kurs tələbəsi.  4. Abdullayev Musa Məmməd oğlu, 1926-cı il, Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. APİ-nin ingilis dili kafedrasının aspirantı. 5. Aydın, soyadını, atasının adını unutmuşam, təxminən 25 yaşı var, AZİ-də tələbə. 6.  Kamal, soyadını, atasının adını unutmuşam. Aydının dostu, AZİ-də tələbə. 7. Azər, soyadını, atasının adını unutmuşam, bakılı, 1947-1948-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib. Bunlardan başqa üzv tanımıram.”
 
Belə məlumatdan sonra müstəntiq İ.Rəhimovdan onun kim tərəfindən və nə vaxt antisovet millətçi təşkilata cəlb edildiyini soruşub. 
 
“Mən ikiillik xarici dil kursunun tələbəsi olarkən bu kursun alman dili ixtisasının tələbəsi, Azərbaycan Respublikası Prokurorunun müavini Əjdər İbrahimovun qardaşı, hazırda Moskvada SSRİ Nazirlər Sovetində tərcüməçi işləyən İslam İbrahimov mənimlə söhbətində bir neçə dəfə açıq-aydın antisovet millətçi mövqedən danışdı. İndi dəqiq xatırlamasam da, təxminən belə deyirdi: “Azərbaycan ancaq azərbaycanlılara məxsusdur, ali məktəblərdə azərbaycanlılar oxumalıdır. Ruslar qoy Rusiyada oxusunlar. Azərbaycanlı gənclərin tələbə ərzaq payı onlara verilməsin. Onunla söhbətimiz həmişə millətçi ruhda olurdu. Məhz onunla söhbətlərin sonunda məndə millətçi fikirlər yarandı. 
 
İbrahimov İslamdan sonra mən əslən Qaryagindən olan, 1925-ci il doğumlu, ADU-nun filologiya fakültəsində  oxuyan Ağayev Elmanla tanış oldum. Hazırda həyatda yoxdur, vəfat edib. Onunla tanışlığım ilini xatırlamıram. O da açıq millətçi ruhda olan bir şəxs idi. Mən onunla 1943-1944-cü illərdə görüşmüşəm. Onunla olan bütün görüşlərimi və söhbətlərimi xatırlamıram. Ancaq o da sovet millətçi gənclər təşkilatı yaratmağı zəruri hesab edirdi. Beləliklə, bu istiqamətdə söhbətlər məni yönləndirdi. Mən Ağayevin bütün fikirlərini başa düşür və məqsədini anlayırdım. Onun millətçi mövqeyi ilə razılaşırdım.
 
Gülhüseyn Abdullayevlə mən 1942-ci ildə ADU-da birlikdə oxuduğum vaxt tanış olmuşam. 1943-cü ildən başlayaraq G.Abdullayev mənimlə görüşdə sistematik olaraq müasir Azərbaycan gənclərinin vəziyyətindən narazılığını bildirirdi. Xatırlayıram ki, onun narazılığı aşağıdakı istiqamətdə idi: Azərbaycanda dövlət dili Azərbaycan dili əvəzinə rus dilidir, Azərbaycan ədəbiyyatı indiki vəziyyətdə inkişaf edə bilməя, azərbaycanlı tələbələr doğma dildə lazımi ədəbiyyat əldə edə bilmirlər. Ona görə azərbaycanlı gənclərin inkişafı mümkün deyil. Onun antisovet millətçi görüşləri ilə əsasən razı idim. Onunla bir neçə söhbətdən sonra o məni razı saldı və təklif etdi ki, azad, müstəqil, milli yolla inkişaf edən Azərbaycan yaradılması uğrunda mübarizə aparan antisovet millətçi təşkilat yaradaq. 
 
Beləliklə, mən Abdullayev Gülhüseyn Hüseynoğlu tərəfindən bu təşkilata cəlb olundum. Məndən başqa bu təşkilata G.Abdullayev tərəfindən müxtəlif vaxtlarda aşağıdakılar cəlb edildi: Zeynalov Hacı, Kamal və Aydın. Zeynalov öz növbəsində Azəri cəlb edib. Mən şəxsən bu təşkilata tələbəlik illərindən yaxından tanıdığım Abdullayev Musa Məmməd oğlunu cəlb etmişəm”.
 
Müstəntiq bu cavabla kifayətlənməyərək ondan özünün “...praktik antisovet millətçi fəaliyyəti” haqqında daha geniş məlumat verməyi tələb edib. İ.Rəhimov suala cavab olaraq bildirir ki, təşkilatları 1943-cü ilin axırlarından 1946-cı ilə qədər mövcud olub. Bu müddətdə təşkilatın “...səhv etmirəmsə 9-10 iclası olub. İclaslarımız bir dəfə Abdullayev Musanın, 3-4 dəfə Zeynalov Hacının otağında, qalanları bulvarda, yaxud Nizami adına bağda olmuşdur. 
 
Bu iclaslarda milli mövzularda söhbətlər aparılırdı. Hər kəs təşkilatın gələcəkdə necə işləməsi barədə fikirlərini söyləyirdi. Nəzərdə tuturduq ki, təşkilatımızın Proqram və Nizamnaməsini tərtib edək. Amma fikir ayrılığı yarandığı üçün bunu edə bilmədik. Proqram və Nizamnamənin yazılması mənə həvalə edilmişdir.  Ancaq mən bu işi yerinə yetirə bilmədim. Çünki təşkilatda çəkişmələr, fikir ayrılıqları yaranmışdı. Biz vahid fikrə gələ bilmədik. Ona görə 1946-cı ildə dağıldıq”.
 
Bununla da  üçüncü istintaq başa çatıb. İstintaqın sonunda onun 12:00-da  başlandığı, 16:30-da qurtardığı qeyd edilib. Eyni zamanda istintaq rusca aparıldığı və protokol rusca yazıldığı üçün təqsirləndirilən “Tərcüməçiyə ehtiyac yoxdur. Protokol mənə oxundu və mənim sözlərim əsasında yazıldığı doğrudur”  qeydini edərək qol çəkilib. 
 
Sonda o, İslam İbrahimovun sözlərini dəqiqləşdirən qeyd edib. Qeyddə yazılıb ki, “İ.İbrahimov Azərbaycan azərbaycanlılar üçün” yox, “Azərbaycan azərbaycanlı və ermənilər üçündür” deyib. Maraqlı cəhət yaranır, o, həqiqətən ermənini də deyibsə,  onda bu təşkilat millətçi deyil, beynəlmiləlçi olur.   
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
19:16, Bu gün
“Vətən müharibəsi göstərdi ki, gücün alternativi yoxdur”
19:10, Bu gün
ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib - FOTO
19:05, Bu gün
Kamandar Ələkbərova yüksək VƏZİFƏ VERİLDİ
18:55, Bu gün
Ən uzunömürlü 3 bürc – 80-dən çox yaşayırlar
18:45, Bu gün
Dünyanın ən çirkli havası olan şəhər açıqlandı
18:40, Bu gün
“Hansı daşı qaldırırsan, altından Qərb çıxır!” - VİDEO
18:30, Bu gün
Çexiya icazə verdi: Onlar Ukraynaya döyüşə gedir
18:21, Bu gün
Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
18:20, Bu gün
Bu maşınlar ucuzlaşa bilər
18:15, Bu gün
Fransadan Azərbaycana qarşı "səlib yürüşü": Səfirin uğursuz və destruktiv cəhdləri - TƏHLİL
18:10, Bu gün
Sokratdan Qulu Məhərrəmliyə qədər
18:05, Bu gün
SİMA-dan piyadaları cərimələmək üçün istifadə edilir? - Qurumdan AÇIQLAMA
18:02, Bu gün
"İran Almaniya vətəndaşlarını girov götürür" - Almaniya XİN
17:59, Bu gün
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
17:55, Bu gün
Gəncədə 44 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
17:50, Bu gün
Kartof yeyən 17 yaşlı gənc kor oldu
17:45, Bu gün
Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini OĞURLADI
17:40, Bu gün
BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib - FOTO
17:35, Bu gün
35 yaşın gətirdiyi problemlər: Azərbaycanda əhalinin 64 faizi...
17:30, Bu gün
DYP-dən sabah məhdudiyyət olacaq yollarla bağlı sürücülərə MÜRACİƏT
17:24, Bu gün
Bakıda çoxmərtəbəli binada yanğın oldu
17:20, Bu gün
"Bu şəkillərin altına ancaq "no comment" yazmaq olar" - FOTO
17:17, Bu gün
Badenok Böyük Britaniya Mühafizəkarlar Partiyasının yeni lideri olub
17:14, Bu gün
Çəkindirmə və diplomatiya siyasəti: "ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir" - Pentaqon
17:09, Bu gün
“Zirə” “Şamaxı”ya qalib gəldi
17:05, Bu gün
Polis Akademiyasında Zəfər Günü ilə bağlı konfrans keçirildi - FOTO/VİDEO
16:59, Bu gün
Nəslinin kəsildiyi düşünülürdü - Hələ də yaşayan əfsanəvi heyvan
16:54, Bu gün
Politoloq: "İran ən qısa müddətdə İsrailə cavab verəcək, ABŞ isə qarışmayacaq" - ŞƏRH
16:48, Bu gün
Rəşad İlyasovun həkim həyat yoldaşı: "Rəfiqəmin toyunda tanış olduq" - VİDEO
16:43, Bu gün
COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək
16:39, Bu gün
“O dedi ki, Azərbaycan azərbaycanlı və ermənilər üçündür” - “İldırım” təşkilatının üzvü
16:38, Bu gün
“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
16:33, Bu gün
Filipp Kirkorov erməni olduğunu etiraf etdi- "Əsl soyadım Kriqoryandır" - FOTO
16:28, Bu gün
Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? - CAVAB
16:23, Bu gün
"Məni teatrda istəmirdilər, qovurdular" - Naibə Allahverdiyevadan ŞOK AÇIQLAMALAR + VİDEO
16:18, Bu gün
"Trampın qələbəsi Ukrayna üçün kazino oyununu xatırladacaq" -  "The Guardian"
16:13, Bu gün
Dubay şokoladı ilə bağlı ŞOK İDDİA: "Tonlarla kiflənmiş Antep fıstığı..." - VİDEO
16:09, Bu gün
“Gülay və Rüfət mahnımın sözlərini dəyişib, ifa edirlər” - VİDEO
16:05, Bu gün
Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək
15:59, Bu gün
"COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir" - Gürcüstanlı deputat
15:54, Bu gün
"Sizə təşəkkür etməyi özümə mənəvi borc bildim" - OXUCU TƏBRİKİ
15:48, Bu gün
“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq - FOTO
15:44, Bu gün
Qərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏY 
15:40, Bu gün
"Gəncə"dən ardıcıl üçüncü QƏLƏBƏ
15:36, Bu gün
“Qarabağ”ın rəqibi xal itirdi
15:32, Bu gün
"Sakitcə gizlədin, bədbəxlikdir..." - Müşfiq Abbasov "Bu şəhərdə"yə xəbərdarlıqdan danışdı
15:29, Bu gün
Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - Noyabrın 4-ü səhərədək...
15:25, Bu gün
“Buna görə Flora Kərimova konsertimə gəlmədi” - VİDEO
15:20, Bu gün
Sabiq prokurorun qardaşı barəsindəki ittihama reaksiya verdi – "Heç bir təqsirim yoxdur"
15:15, Bu gün
"Şimali Koreyanın Ukrayna savaşına cəlb edilməsi dünya üçün təhlükədir" - ISW
15:10, Bu gün
“Neftçi” məni yarıyolda qoydu" - Qara Qarayev
15:05, Bu gün
Türkiyədə aktyor marketdən oğurluq edib - VİDEO
15:00, Bu gün
"Kartdan-karta" üsulu ilə işləyən daha 90 sahibkar CƏZALANDIRILDI
14:56, Bu gün
Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA
14:52, Bu gün
Hüsniyə ABŞ-yə kiminlə köçüb, övladları haradadır?
14:48, Bu gün
Dünyanın ən böyük timsahı öldü - FOTO
14:44, Bu gün
Qərbin pozuculuq cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək - RƏY
14:38, Bu gün
Qərbin ikili standartlarının daha bir təzahürü: Ermənistanı "gündəmə gətirmək" cəhdi - ŞƏRH
14:33, Bu gün
Sərnişinlərin nəzərinə: Bu avtobusların istiqaməti dəyişdirilir - FOTO
14:28, Bu gün
Saxta profillər #COP29 həştəqi altında ictimai rəyi çaşdırmağa cəhd göstərir - RƏSMİ + VİDEO
14:22, Bu gün
6 illik evliliyini bitirən müğənni səhnədə göz yaşlarına boğuldu - VİDEO
14:18, Bu gün
"Ukrayna Putinə zərbə endirəcək ballistik raketi əldə etməyə çox yaxındır" - "The Telegraph"
14:14, Bu gün
Fantastik qiymətə maşın nömrələri – 95 MİN MANAT
14:10, Bu gün
Bəylə gəlin toy günü şəhid baş leytenantın məzarını ziyarət etdi - FOTOLAR
14:06, Bu gün
Bakıda kirayə mənzillər UCUZLAŞIB? - Ekspert açıqladı
14:02, Bu gün
"Kasıb olduğum üçün mənimlə çox münasibət qurmurdular..." - VİDEO
13:58, Bu gün
Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək" - FOTO
13:52, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI 
13:47, Bu gün
Xatirənin COP29-la bağlı işlətdiyi ifadə gülüş obyektinə çevrildi - VİDEO
13:41, Bu gün
8 Noyabr prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı
13:36, Bu gün
"Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar? - TƏHLİL
13:30, Bu gün
Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
13:25, Bu gün
Elşad Xose: “Hərdən yüngülcə qalxan əl hər şeyi həll edir” - VİDEO
13:20, Bu gün
Müxalifət harada səhvə yol verdi? - Gürcüstanda baş tutmayan ssenari
13:16, Bu gün
“COP29 əleyhinə kampaniya saxtadır” - Birgə məlumat
13:13, Bu gün
COP29 beynəlxalq ictimai-siyasi cəhətdən Azərbaycana nə qazandırcaq? - ŞƏRH
13:09, Bu gün
Yeni icra başçısı kollektivə təqdim edildi
13:05, Bu gün
FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
12:58, Bu gün
Qoparılmış başı İstanbula göndərilən “Şeytan” - Qadınların sinəsini kəsdirib...
12:52, Bu gün
Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
12:48, Bu gün
2025-ci il onlar üçün gəlir - Gələn ilin hər baxımdan ən şanslı BÜRCLƏRİ
12:44, Bu gün
Türklər hər yerdə qardaşdır: Londonda Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi - FOTOLAR
12:39, Bu gün
Ermənistan “soyqırım” yalanından İMTİNA EDİR
12:34, Bu gün
“Bu şəhərdə”yə xəbərdarlıq edildi – QANUN POZUBLAR
12:30, Bu gün
Gürcüstanı qarşıdurmaya çəkən prezident Zurabişvilidir, yoxsa?..- Analitik cavablandırır...
12:26, Bu gün
Azərbaycan XİN Serbiyaya başsağlığı verdi
12:20, Bu gün
Turistlər bu səbəbdən rayonlara getmək istəmir - ŞOK SƏBƏBLƏR
12:15, Bu gün
Evindən cəmi 2 dollar tapıblar - 16 il həbs verilən azərbaycanlının son sözü
12:09, Bu gün
Leyla Əliyeva Təbiət Tarix Muzeyində - FOTO
12:04, Bu gün
Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
11:59, Bu gün
Maaş ve pensiya artımı ilə bağlı ŞAD XƏBƏR - İKİRƏQƏMLİ OLACAQ
11:54, Bu gün
Bakı-İrəvan danışıqlarında son nöqtə: Sərhədlərlə bağlı xəritələr masaya qoyuldu
11:51, Bu gün
"Zirə" səfərdə "Şamaxı" ilə qarşılaşacaq
11:50, Bu gün
Dostluq sadiq qalmağı bilənlər üçündür...- Jurnalist dostum Adil İrşadoğlu haqqında söz...
11:48, Bu gün
Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda
11:45, Bu gün
Murovdan Xankəndiyədək Zəfər yolu - FOTOLAR
11:42, Bu gün
Mütəşəkkil dəstənin üzvlərindən 31 kq marixuana götürülüb - VİDEO
11:39, Bu gün
Qulu Məhərrəmliyə 70 illik yubiley TƏBRİKİ
11:36, Bu gün
DİQQƏT! Sabah Bakının bu əsas yollarında məhdudiyyət olacaq
11:29, Bu gün
Rəşad Dağlı həbsdə şeir yazdı - Orxan efirdə səsləndirdi / VİDEO
GÜNLÜK
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
12:30, Bu gün
Gürcüstanı qarşıdurmaya çəkən prezident Zurabişvilidir, yoxsa?..- Analitik cavablandırır...
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
HƏFTƏLİK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
AYLIQ
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
12:30, Bu gün
Gürcüstanı qarşıdurmaya çəkən prezident Zurabişvilidir, yoxsa?..- Analitik cavablandırır...
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"