“Klassiklərin əsərləri tez-tez çap edilməli, mütəmadi şəkildə gənclər, yeniyetmələr arasında təbliğ edilməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Xalq şairi qeyd edib ki, Rusiyada klasiklərin əsərləri hər il nəşr olunsa da, Azərbaycanda bu sahədə vəziyyətdə ürəkaçan deyil:
“Rusiyada kitab dükanlarına nəzər salanda görürük ki, Tolstoy, Puşkin, Çexov hər il çap olunur. Biz isə bir dəfə çap edirik, sonra10 il həmin klassik yada düşmür. “Nizami ili” keçiririk, Nizaminin əsərləri çap olunur, bununla da iş bitir, illərlə Nizami yada düşmür. Habuki, klassiklərin əsərləri heç olmasa 2-3 ildən bir çap edilməlidir. Yeni nəşrlər olmalıdır.
Biz gənc nəsli klassiklərin əsərləri ilə yetişdirməliyik. Milli maraqlarımız da bizdən bunu tələb edir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələyə daha çox diqqət yetiriləcək”.
Seymur ƏLİYEV