Mətbuat azadlığı üzrə QHT azı 10 jurnalistin öldürülməsini araşdırarkən, "CPJ" İsrailin Qəzza və Livandakı müharibəsinin miqyasını nəzərə alaraq öldürülənjurnalistlərin sayının hələ də daha çox ola biləcəyini bildirib.
İsrail 'jurnalistləri qəsdən hədəfə alıb"...
“Bizim indeksimizdən aydın olan odur ki, İsrail jurnalistləri öldürənləri araşdırmaq və ya cəzalandırmaq öhdəliyi daşımır... İsrail qəsdən jurnalistləri jurnalist olduqlarına görə hədəfə alıb”, - deyə "CPJ"-nin baş icraçı direktoru Codi Ginsberq "Əl-Cəzirə" telekanalına bildirib.
O, bəzi hallarda İsrailin jurnalist qətllərini açıq elan etdiyini, heç bir sübut olmadan jurnalistlərin “terrorçu” olduğunu iddia etdiyini söyləyib. Digər hallarda, keçən həftə üç livanlı jurnalistin öldürülməsi kimi, bölgədə qətlə yetirməyə başqa heç bir kəs olmadığı üçün onların hədəf alındığı aydın idi.
Ən azı 128 jurnalist və media əməkdaşı İsrailin son bir ildə Qəzzada, İordan çayının qərb sahilində və Livanda öldürdüyü on minlərlə insan arasındadır. "CPJ" vurğulayır ki, 2023-2024-cü illər qətlləri izləməyə başladıqdan bəri keçən 40 ildən çox müddətdə jurnalistlər üçün ən ölümcül vaxt olub...
"CPJ" indeksi həmçinin qeyd edib ki, Meksikada indeks dövründə ən çox cəzasız jurnalist qətliamını qeydə alıb - 21 və böyük əhalisinə görə indeksdə səkkizinci yerdədir.
Əfqanıstan, Myanma, Pakistan və Filippin kimi Asiya ölkələri indeksin yarandığı gündən bəri müntəzəm olaraq bu siyahıda yer alır.
Beynəlxalq ictimaiyyəti jurnalistlərə kömək etməyə çağıran Ginsberg bəyanatında deyib: “Qətl jurnalistləri susdurmaq üçün əsas silahdır”.
“Cəzasızlıq bərqərar olduqda bu, açıq mesaj deməkdir: jurnalistin öldürülməsi məqbuldur və xəbər verməyə davam edənlər də oxşar aqibətlə üzləşə bilər...”
Sultan Laçın