Donald Trampın prezident seçkilərindəki qələbəsi NATO-nun sonu ola bilər.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Tramp hələ ilk prezidentliyi dövründə NATO ittifaqının üzvlərindən alyans büdcəsi üçün üzərlərinə düşən ödəmələri tam şəkildə ödəməyi tələb edib. Tramp liderlərə xəbərdarlıq edib ki, “o, nəinki bu hədəflərə çatmayan xalqları müdafiə etməkdən imtina edəcək, həm də Rusiya belə ölkələrə “istədiklərini edə” bilər”.
Tramp eyni zamanda NATO nizamnaməsinin qarşılıqlı müdafiə bəndini şübhə altına alıb.
Bütün bunları nəzərə alan nəşr hesab edir ki, Trampın qələbəsi onun maliyyə öhdəlikləri ilə bağlı tələbləri NATO dövlətləri qarşısında daha sərt şəkildə qoyması, bu səbəbdən də bir sıra Qərb dövlətlərinin alyansdan ayrılması ilə nəticələnə bilər. Mütəxəssislərin fikrincə, proseslərin bu şəkildə cərəyan etməsi NATO-nu Rusiya və onun müttəfiqləri qarşısında müdafiəsiz qoya bilər.
Seymur ƏLİYEV