Ekskluziv
1565
30 Oct 2024 | 17:12

"Ukrayna izi, yoxsa Qafqaz qisası?.."

 
"Onlar bizi sancıb, biz də onlardan yuxularında görmədikləri qisası alacağıq..."
 
Çeçenistanda mühüm strateji obyektin Ukrayna dronunun hücumuna məruz qalması Kadırovu özündən çıxarıb...
 
Bu gün səhər pilotsuz uçuş aparatı Çeçenistanın Qudermes şəhərində "Rusiya Xüsusi Təyinatlılar Universiteti" adlanan obyektə çırpılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib. Məlumatı "ura.news" nəşri yayıb.
 
Onun sözlərinə görə, zərbə hərbi-tədris kompleksinin ərazisində yerləşən boş binaya endirilib. Partlayış yerində yanğın baş verib və tezliklə söndürülüb. Kadırovun sözlərinə görə, zərərçəkən olmayıb. O, istintaqın baş verənlərdə əli olanların müəyyən edəcəyini vəd edib.
 
Кадыров заявил, что во время атаки на РУС погибли украинские пленные, которые прикрывали объект
 
KİV-lər tamamilə məntiqi olaraq güman edir ki, dron ukraynalı hərbi qulluqçular tərəfindən atılıb. Bəllidir ki, məhz bu "ali məktəbdə" Ukraynaya qarşı müharibə üçün əsas çeçen tərkibi hazırlanır.
 
Əgər bu versiya doğrudursa, bu, USQ-nin Çeçenistan Respublikasında Kiyevin nəzarət etdiyi ən yaxın nöqtədən 850 km məsafədə yerləşən obyektə ilk hücumudur.
 
Sonradan sosial şəbəkələrdə bu zərbənin nəticələrinin fotoşəkilləri üzə çıxıb. Bu şəkillərdə dronun düşdüyü və alov içində olan binanın damının böyük hissəsi görünür.
 
Baş verənləri şərh edən Çeçenistan rəhbəri sərt cavab veriləcəyini vəd edib. "RİA Novosti" agentliyi jurnalistlərunin sualına cavabında Kadırov deyib: "Onlar bizi sancıb, biz də onları məhv edəcəyik. Gələcəkdə onlardan yuxularında görmədikləri qisası alacağıq. Bizimlə zarafat etməyə imkan verməyəcəyik".
 
Çeçenistan lideri əlavə edib ki, ön cəbhədə olan bütün komandirlərə belə tapşırıq verib: "Əsir götürməmək, məhv etmək və mübarizəni daha çox, yüz faiz gücləndirmək. Qoy onlar çeçenlərin öz hərbi imkanlarını artırmağı bacardıqlarını anlasınlar", - Kadırov verdiyi əmri açıqlayıb.
 
Bu arada isə dronun düşdüyü tədris müəssisəsi korpusunda heç kimin olmadığını iddia edən Kadırov baş verənlərlə bağlı öz versiyasını dəyişib. 
 
"Əvvəllər dediyim kimi, bizim tərəfdən qurbanlar yoxdur. Amma! Belə qurbanlar ukraynalı əsirlər arasında var. Respublikanın hər bir strateji obyektində, o cümlədən Rusiya Xüsusi Təyinaylılar Universitetində 10-dək ukraynalı əsir saxlanılır. Bu gün bizə zərər vurmaq istəyən Kiyev elə öz əsgərlərini məhv edib", - Kadırov "Telegram-kanal"ında yazıb.
 
Onun bu bəyanatı şərhçilərdə etimadsızlıq yaradıb, çünki bu, uydurmaya bənzəyir. Əsirlərin daimi saxlanılması üçün xüsusi şərait və daimi mühafizə tələb olunur, "hər bir strateji obyektdə" bunu etmək heç də asan deyil.
 
Bu halda da əsirləri kimsə mühafizə etməli olub, ümumiyyətlə, səhər saatlarında döyüş tərkibi hazırlanan zaman binada əsirlərdən başqa kimsənin olmaması və PUA-nın məhz əsirlərin olduğu yerə düşməsi son dərəcə az ehtimal ediləndir. Bəzilərində Kadırovun öz evində də ukraynalı əsirləri təhlükəsizlik üçün saxlaması barədə suallar yaranıb.
 
Hər şeydən göründüyü kimi, Kadırov sonradan bu versiyanı uyduraraq ukraynalıları öz fantaziyaları ilə qorxutmaq qərarına gəlib. Bunlar HƏMAS-ın taktikasını xatırladır. Rusiya haklmiyyəti törətdikləri bütün özbaşınalıqlara rəğmən, belə taktikanı özünə rəva bilməz, ilk növbədə Kreml rejimini nüfuzdan salmış olar.
 
Belə çıxır ki, Kreml rejimi ya o qədər zəifdir ki, Kadırovun nəinki öz ordusu, həm də "özünün" girov rolunu oynayan ukraynalı əsirləri var, ya da Rusiya hakimiyyəti rəsmən bu taktikanı dəstəkləyir.
 
Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlılar Universiteti 2013-cü ildə yaradılan və əlavə peşə hazırlığı muxtar qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş özəl tədris müəssisəsidir. Bu müəssisə xüsusi bölmələrin hazırlığı ilə məşğul olur və hərbi qulluqçulara Ukrayna cəbhəsinə göndərilməzdən öncə məşq keçir.
 
20 fevral 2024-cü ildə Ramzan Kadırov universitetə Rusiya prezidenti Vladimir Putinin adını verib. Avqustun sonunda Çeçenistanı ziyarət edərkən Putin Ukrayna müharibəsi üçün kadrlar hazırlayan bu müəssisədə olub.
 
Rusiyanın müxalif KİV-də "Ukrayna izi"ndən başqa, bu aviasiya zərbəsinin daha bir versiyası dolaşır. Bu hücum Ramzan Kadırovla qonşu Dağıstandan olan senator Süleyman Kərimov arasında münaqişə ilə əlaqələndirilir.
Link kopyalandı!
Son xəbərlər