Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili davamlı etiraz aksiyalarına başlamağa çağırıb. “Hər saat qiymətlidir! Vaxt itirmək ölümə bərabərdir!”, - deyə Saakaşvili bildirib.
Moderator.az "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir ki, onun "FB" səhifəsində dərc olunmuş açıq məktubda deyilir ki, Qərb tərəfdaşlarının reaksiyasına ümid etmək kifayət deyil - “hər şey Gürcüstan küçələrində həll olunmalıdır”.
Gürcüstanın üçüncü prezidentinin sözlərinə görə, “seçkilərin nəticələrini tanımamağın ən təsirli yolu sübutlar fonunda davamlı genişmiqyaslı etiraz aksiyaları keçirməkdir”.
“Vaxtı uzatmaq indi yalnız İvanişviliyə sərf edir, Avropa İttifaqının reaksiyasına ümid etmək kifayət deyil, çünki Qərb bizim sübutlarımıza və ilk növbədə, küçə fəaliyyətinə baxır və nəticədə hər şeyə ölkəmizin küçələrində həll edilməlidir! .
Vəziyyəti normallaşdırmaq üçün edilən bütün digər çağırışlar birbaşa Rusiyanın işinə yarayır. Sizin gözünüzün qabağında ölkəni dağıdırlarsa, hansı tənzimlənmədən danışmaq olar? Və kimsə fikirləşir ki, indi vəziyyəti sakitləşdirsə, İvanişvili daha da güclənməyəcək və ayrı-ayrılıqda hamının arxasınca gəlməyəcək?..
Seçkilərin nəticələrini tanımamağın ən təsirli yolu sübutlar fonunda davamlı olaraq genişmiqyaslı etiraz aksiyaları keçirməkdir.
İndi hər saat qiymətlidir!
Vaxt itirmək ölümlə bərabərdir!..
Dünənki mitinqdə məni xatırladığı üçün Tina Bokuçavaya və dəstəyə görə toplaşanlara xüsusi təşəkkürümü bildirirəm”, - deyə Mixail Saakaşvili yekunlaşdırır.
Xatırladılır ki, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra müxalifət saxtalaşdırıldığını və nəticələri tanımadığını bəyan edib.
Ötən bazar ertəsi parlament qarşısında beynəlxalq baxış və beynəlxalq nəzarət altında yeni seçkilərin keçirilməsi tələbi ilə müxalifətin böyük mitinqi olub.
Bir neçə saat davam edən mitinq insidentsiz keçib. Aksiyaların keçirilməsi üçün yeni planlar hələlik açıqlanmayıb. Müxalifət əlavə məsləhətləşmələr aparır və deyir ki, seçki saxtakarlığına dair sübutlar toplamaqla məşğuldur.
Hakim partiya buna cavab olaraq bildirir ki, müxalifət seçki saxtakarlığından danışmaqla öz məğlubiyyətinə haqq qazandırmağa çalışır.
S.Laçın