Bayden Gürcüstan hökumətinə seçkilərlə bağlı sərt çağırış etdi...
1628
30 Oct 2024 | 07:14

Bayden Gürcüstan hökumətinə seçkilərlə bağlı sərt çağırış etdi...

ABŞ prezidenti Co Bayden Gürcüstan hökumətini seçkilərdəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, “xarici agentlər” haqqında qanunu ləğv etməyə və Gürcüstandakı bütün siyasi qüvvələrlə seçkilərin bütövlüyünü bərpa etmək üçün dərhal dialoqa başlamağa çağırıb.
 
Moderator.az "Newsgeorgia" portalıan istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
 
Bəyanatda qeyd olunduğu kimi, oktyabrın 26-da keçirilən parlament seçkiləri çoxsaylı inzibati resursdan sui-istifadə, seçicilərin hədə-qorxusuna və zorakılığa məruz qalması halları ilə yadda qalıb.
 
“ABŞ uzun müddətdir ki, gürcü xalqının yanındadır və Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini dəstəkləyir. Buna görə də mən ölkənin son demokratik geriləməsindən, o cümlədən fundamental azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı azaldan “Rusiya qanunları” kimi qanunların qəbulundan çox narahatam.
 
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri çoxsaylı inzibati resurslardan sui-istifadə halları, həmçinin seçicilərin hədə-qorxu və məcburiyyəti ilə yadda qalıb. Gürcüstan vətəndaşlarının müstəqil beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli hesab etmədiyi bu seçkilərin keçirilməsi ilə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququ var.
 
Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, sərbəst toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran "Xarici təsir şəffaflığı" qanunu kimi qanunları ləğv etməyə və ədalətli seçkilərin bərpası üçün Gürcüstandakı bütün siyasi qüvvələrlə dərhal, əhatəli dialoqa başlamağa çağırırıq.Biz bütün tərəfləri Gürcüstanın Avro-Atlantik gələcəyinin təməli olaraq qalan qanunun aliliyini və fundamental azadlıqları ciddi şəkildə müdafiə etməyə çağırırıq”, deyə Amerika lideri çağırış edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər