Penatqon sözçüsündən ikibaşlı açıqlama: “Öhdəlik götürmüşük ki...”
Şimali Koreyanın Rusiyaya 10 min nəfərlik hərbi heyət göndərməsi ilə bağlı məlumatlar müxtəlif mənbələr, eləcə də Pentaqon tərəfindən təsdiq edilməkdədir.
Maraqlıdır, Şimali Koreyanın müharibəyə müdaxiləsindən sonra Qərb Ukraynaya əsgəri qüvvə göndərə bilərmi? Bu gözləntilərdə həqiqət payıl varmı?
Moderator.az xəbər verir ki, Pentaqon sözçüsü Sabrina Sinq mövzu ilə bağlı maraqlı açıqlama verib. Açıqlamasında bu ehtimalı nə təsdiq, nə də təkzib edən Pentaqon sözçüsü, Ukrayna qarşısında konkret öhdəliklər götürdüklərini bildirib:
“Əgər onlar döyüşürlərsə... onlar öz suveren əraziləri üçün vuruşan ukraynalılarla vuruşurlar və biz Ukrayna qarşısında öhdəlik götürmüşük ki, onlara nə lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik”.
Sabrina Sinq Ukrayna qarşısında konkret öhdəlik götürdüklərini qeyd etsə də, bu öhdəliklər sırasında canlı qüvvə faktorunun nəzərdə tutulub-tutulmadığına aydınlıq gətiməyib.
Seymur ƏLİYEV