“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bütün problemlərə aydınlıq gətirdi və yeni bir dönəmin başlanğıcını qoydu. Bu, geridönməz prosesdir və davamlı olacaq”.
Bunu Moderator.az-a açıqlamasıdna politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki,bu gün Ermənistaan hərbi-siyasi dəstək verən, onu yenidən dirçəltməyə, Azərbaycanla üz-üzə qoymağa çalışan qüvvələr öz məqsədinə çatmayacaq:
“Azərbaycan qalib dövlətdir və bütün dünya bu qələbəni tanıyır. Qalib dövlət kimi isə bütün prosesləri məhz Azərbaycan diktə edir və bu, belə də olmalıdır.
Azərbaycanın qələbəsinə, onun hazırkı statusuna dövlətlərin çoxu hörmətlə yanaşır. Kim ki, bizə hörmət edir, onlar hörmət də görəcək. Lakin kim ki, Azərbaycanın qələbəsini həzm etmək istəmir, kim ki, bizə hörmət etmək istəmir, Azəbaycan həmin dövlətləri də gec-tez ona hörmət etməyə məcbur edəcək. Bunun üçün bizim gücümüz də, qətiyyətimiz də, cəsarətimiz də var. Bunu hamı bilməlidir. Hamı anlamalıdır ki, Azərbaycanla qarşıdurmadan heç kim qazanclı çıxmayacaq”.
Seymur ƏLİYEV