Tofiq Abbasov: “Sülh istəyən niyə bunca strateji silaha yiyələnsin ki?”
Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla müharibə ehtimalını real hesab etmədiyini bildirib. O, qeyd edib ki, “hər şeyin sülh yolu ilə gedəcəyinə əmindir”.
Maraqlıdır, bir tərəfdən sülhdən danışan Ermənistanın, digər tərəfdən sürətlə silahlanması nə ilə bağlıdır? İrəvanın sülh nağılına etibar etməyə dəyərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Ermənistanın sülh niyyətindən uzaq olduğunu vurğulayıb:
“Ermənistan 44 günlük müharibədən dərhal sonra müxtəlif silahlar almağa başladı ki, onlar əsasən köhnə nəsil silahlar idi. Lakin son iki ildir ki, Ermənistan strateji əhəmyiyətli silahlar almağa başlayıb. Bu da onun revanşist niyyətindən xəbər verir. Görünən odur ki, Ermənistan yeni bir təxribata hazırlaşır və bunun üçün özünə silah-sursat ehtiyatı toplamağa çalışır.
İrəvanın sülh haqqında səsləndirdiyi fikirlər qeyri-səmimidir. Sülh istəyən niyə bunca strateji silaha yiyələnsin ki?
Təbii ki, Azərbaycan bütün prosesləri öz nəzarətində salxlayır və gərəkli hazırlıq işləri görür. Əgər Ermənistan yenidən hansısa strateji səhvə yol verəcəksə, o zaman onun dövlət kimi mövcudluğu sual altına düşəcək”.
Seymur ƏLİYEV