“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
Ekskluziv
Oxunub: 483
16:54, Bu gün
“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
“...Belə olan halda son hadisəni yalnız təbiətin şıltaqlığıyla əlaqələndirmək doğrudurmu? Bəs paytaxtın rəhbər məmurları, əlaqədar nazirlər ölkə başçısı qarşısında “COP-29” kimi mötəbər bir tədbir öncəsi şəhərin adi yağış sularına təslim olmasını necə izah edəcəklər? Vətəndaşların avtomobillərinə, evlərinə dəyən zərərlər ödənəcəkmi?..”
 
Bildiyiniz kimi, ötən həftə Bakıda baş vermiş güclü leysan yağışların şəhərdə kanalizasiya və drenaj sisteminin normal işləməməsi səbəbindən bir sıra tunellərə və bəzi yaşayış ərazilərinə güclü axını nəticəsində neçə-neçə avtomobil su altında qaldı, hətta iki nəfər həlak oldu. Dəqiq sayı açıqlanmır, amma, yəqin ki, azı onlarla ailənin evi, əmlakları, əşyaları su altında qalıb. Yəni can itkisi ilə paralel çox sayda Bakı sakininə külli miqdarda maddi ziyan da dəyib. Şəhər meri isə mediaya açıqlamasında deyir ki, bu, təbii fəlakətdir, yağış normadan artıq yağıb və s. Və yaxşı ki, etiraf edib ki, "yəqin ki, bəzi nöqsanlarımız olub".  Amma göz qabağındadır ki, paytaxtın əksər küçələrində yağış sularının axması üçün normal drenaj sistemi yoxdur.  Bunu bu gün çox qısa müddətdə yağan və heç orta gücdə də olmayan yağış da sübut etdi. Yenə eyni məkanlar, tunellər su ilə doldu... Və uğurlu iş kimi görünən yalnız FHN maşınlarının həmin dolmuş suları çəkməsi oldu... 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin 84 faizində yağış kanalizasiya sistemi yoxdur. Belə olan halda son hadisəni əsasən təbiətin şıltaqlığıyla əlaqələndirmək doğrudurmu? Bəs paytaxtın rəhbər məmurları, əlaqədar nazirlər ölkə başçısı qarşısında “COP-29” kimi mötəbər bir tədbir öncəsi şəhərin adi yağış sularına təslim olmasını necə izah edəcəklər? Vətəndaşların avtomobillərinə, evlərinə dəyən zərərlər ödənəcəkmi?.. 
 
Moderator.az bir siyasi qurum rəhbəri olaraq  Azad Vətən Partiyasının lideri Akif Nağının bu suallar ətrafında  düşüncələrini öyrənib. Həmsöhbətimiz aşağıdakıları söyləyib:
 
“Bakıda yağış, qar yağan zaman meydana çıxan müşküllər həmişə yaşanıb. Belə görünür ki, problemin həlli ilə bağlı iki mümkün yanaşma var. Biri ondan ibarətdir ki, problemə cavabdeh, məsul təşkilatlar, birinci növbədə Bakı şəhərinin meriyası fikirləşirlər ki, xərc çəkib hansısa böyük işlər görməkdənsə, birtəhər hadisə baş verəndə yola vermək lazımdır ki, hər kəs dözsün, maşınlar evdən çıxmasın, insanlar da maksimum az hərəkət etsinlər və s. Nəticədə iki-üç gün problem yaşandıqdan sonra yavaş-yavaş hər şey yoluna düşsün.  Bu, bir yanaşmadır.  Və çox təəssüf ki, bu günədək məhz belə yanaşma üstünlük təşkil edir. Həmin yanaşma tərəfdarları hesab edilər ki, qənaət edirlər nədəsə, artıq vəsait xərclənmir. Amma əslində dövlətə və  vətəndaşlara külli miqdarda zərərlər dəyir.  Çünki həm yollar bərbad hala düşür, evlər, maşınlar su altında qalır, eyni zamanda birinci mərtəbələrdə yerləşən dövlət müəssisələrinə də zərərlər dəyir. Son leysan yağışlar zamanı da bu cür hallar yaşanıb.  İnsan tələfatı isə heç bir pulla, vəsaitlə ödənilə bilməz. Bir sözlə, belə təbiət hadisələri zamanı dəyən bu zərərlər həddindən artıq böyükdür. Hər dəfə dövlətə, xalqa belə zərərlər vurulanda məsul şəxslər ekranlarda özlərini elə göstərirlər ki, guya dövlətə xidmət edirlər, amma əslində belə qeyri-adekvat davranışlarla dövlətə çox böyük ziyan vururlar...  
 
İkinci yanaşma isə ondan ibarətdir ki,  dövlət səviyyəsində sözügedən problemi aradan qaldırmaq üçün proqram ortada olmalıdır.  Və nəinki Bakı şəhərinin, bütün ölkənin başdan-ayağa bu cür situasiyalara hazır olması üçün müvafiq və konkret addımlar atılmalıdır, böyük işlər görülməlidir. Və bu işlər üçün böyük vəsait tələb olunur. Fəqət, ayrılacaq həmin vəsait Azərbaycanın indiki şəraitində başqa işlərə də sərf oluna bilər. Bildiyimiz kimi, ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə böyük və geniş bərpa işləri ilə məşğuldur. Bunu da başa düşmək olar. Amma hesab edirəm ki, bütün hallarda dövlət xüsusən paytaxtımızdakı bəhs etdiyimiz problemin bir yolluq həlli və Bakının istınilən situasiyada normal həyatnı davam etdirməsi üçün hansısa optimal bir yol tapmalıdır...
 
Xülasə, zənnimcə bəhs etdiyimizi iki yanaşmadan ikincisinə üstünlük vermək gərəkdir. Və bu cür yanaşmanın xeyrini dövlət də, ayrı-ayrı qurumlar da bir müddətdən sonra görəcəklər. Yəni gələcəkdə hər dəfə bu cür hadisələr zamanı zərər dəyməməsi səbəbilə problemin birdəfəlik həlli üçün qoyulan o vəsait özünü doğruldacaqdır... 
 
Digər tərəfdən, düzdür, onu da nəzərə almaq lazımdır ki, beynəlxalq aləmdə, bütün dünyada da təbii hadisələrdən, o cümlədən iqlim dəyişikliklərindən doğan bu cür hadisələr baş verir. İstanbulda da, Moskvada da, Parisdə də, Londonda da, Nyu-Yorkda da...  Amma söhbət ondan gedir ki, xüsusən inkişaf etmiş ölkələrdə bu cür təbii fəlakətlər öncəsi hazırlıq işlərinin səviyyəsi kifayət qədər yüksək olur və nəticədə belə problemlər olanda dövlətə, vətəndaşlara dəyəcək zərəri minimuma endirə bilirlər... Təəssüf ki, Azərbaycanda təbii fəlakətlərə, o cümlədən normadan artıq yağan leysan yağışlara qarşı hazırlığın artırılması üçün, demək olar ki, heç bir addım atılmır... Bakıda bu qədər binalar tikilir, lakin bir çox məsələlər, o cümlədən drenaj sisteminin düzgün qurulması nəzərə alınmır. Halbuki, yağıntılar zamanı suların mümkün qədər tez çəkilməsi, bir yerə toplanmaması üçün bu ən vacib məsələdir. Yalnız son illərdə tikilən binalarda, bildiyimə görə, Fövqəladə Hallar Nazirliyinin tələbləri yerinə yetirilir. Xüsusən də zəlzələyə davamlılıqla bağlı...
 
Hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyi binalar tikilən, yollar, yol qovşaqları çəkilən, yeraltı, yerüstü keçidlər qurulan zaman ilk növbədə drenaj sistemi, kanalizasiya xətlərinin düzgün qurulması məsələsini xüsusi diqqətdə saxlamalıdır. Yəni tikinti şirkətləri qarşısında zəlzələləyə davamlılıqla yanaşı, drenaj sistemi ilə də bağlı ciddi tələblər qoyulmalıdır. İndiyədək bu cür məsələlər nəzərə alınmayıbsa, heç olmasa bundan sonrakı tikinti işlərində yoxlanmalı, nəzərə alınmalıdır ki, Bakı leysan yağışların yaradacağı fəsadlara öncədən hazır olsun. Bu həddindən artıq vacib məsələdir... 
 
Son onlliklərdə Azərbaycan böyük beynəlxalq layihələrə ev sahibliyi edir. Və qeyd etdiyiniz kimi, “COP-29”  kimi, nüfuzlu, genişmiqyaslı və hər ölkədə keçirilməsi mümkün olmayan möhtəşəm bir tədbir ərəfəsindəyik. Əgər həmin beynəlxalq tədbir zamanı belə bir hadisə baş verərsə, Bakıda yenə də ciddi problemlər yaranarsa, hesab edirəm ki, onsuz da ölkəmizə qarşı köklənmiş anti-Azərbaycan qüvvələrinə yeni bir fürsət və stimul verilər. Odur ki, deyilən məsələlər hökmən nəzərə alınmalıdır. Və o da var ki, bundan sonra da Azərbaycanda  belə nüfuzlu tədbirlər keçiriləcək... 
 
Bilirik ki, dövlətin müəyyən planları var, göstərişlər verilir ki, sözügedən problem konkret bir müddətdə həll edilsin. Amma bu  çox da uzun müddəti əhatə etməməlidir. Yaxın vaxt ərzində müəyyən maliyyə imkanları da tapılmalıdır, Azərbaycanın, xarici ölkələrin,  eləcə də qardaş Türkiyənin tanınmış böyük şirkətləri bu işlərə cəlb olunmalıdır ki, gərəkli olan bütün işlər həyata keçirilsin və problem ən optimal şəkildə aradan qaldırılsın...”
 
Təqdim etdi:
Sultan Laçın 
 
Oxşar xəbərlər
18:50, Bu gün
“Dubay şokoladı”nın təhlükəli olduğu açıqlandı
18:40, Bu gün
Həftələrdir xəbərdarlıq edirik, maneə aradan qaldırılmalıdır
18:32, Bu gün
Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürük
18:30, Bu gün
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi - ölkədən qaçdı
18:28, Bu gün
Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ
18:25, Bu gün
Bakının bu ərazisində işıq olmayacaq
18:22, Bu gün
FHN COP29-la bağlı monitorinqlər həyata keçirir
18:20, Bu gün
Braziliya prezidenti Bakıya da gələ bilməyəcək
18:17, Bu gün
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib - FOTOLAR
18:12, Bu gün
Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir
18:07, Bu gün
Deputatlar Özbəkistanda mətbuat konfrasında iştirak ediblər - FOTOLAR
18:05, Bu gün
Paşinyanın baş tutmayan arzusu: - Gürcüstandakı seçki kimlərin xəyallarını puç etdi?
18:02, Bu gün
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTOLAR
18:00, Bu gün
Bu sıyıq yağları yandırır, tərkibində unikal bir maddə var
17:58, Bu gün
Lənkəranda BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
17:54, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:50, Bu gün
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub - FOTO
17:48, Bu gün
“Onlar revanşa hazırlaşır” - XƏBƏRDARLIQ!
17:44, Bu gün
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi
17:41, Bu gün
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı
17:38, Bu gün
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş...
17:34, Bu gün
Rafael İsgəndərov qadınlardan üzr istədi - VİDEO
17:30, Bu gün
Sabunçu tunelini tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"
17:25, Bu gün
Bakıda binanın balkonu uçdu
17:20, Bu gün
"Bu, rusiyalıların  deyil, Putinin müharibəsidir" - Yuliya Navalnaya
17:15, Bu gün
Qonşu dövlət yeni müharibəyə hazırlaşır? - ABŞ, Qərb ölkələri, iri güclər İsrail tərəfindən döyüşəcək
17:14, Bu gün
"Turan Tovuz"un qələbəsinin arxasında Kurban Berdıyevin inancları dayanır? - AÇIQLAMA
17:10, Bu gün
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçildi - FOTO
17:05, Bu gün
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? - AÇIQLAMA
17:01, Bu gün
Zakir Həsənov pakistanlı generalla görüşdü - VİDEO
16:59, Bu gün
Avropada qazın qiyməti qalxır - Azərbaycanı nə gözləyir?
16:58, Bu gün
Bakıda eyni vaxtda leysan və günəşli havaya - SƏBƏB NƏDİR?
16:54, Bu gün
“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
16:53, Bu gün
"Mançester Yunayted" Erik ten Haqla yolları ayırdı - RƏSMİ
16:48, Bu gün
Qəzada ölən Ramalla bağlı ürəkparçalayan detal - Son paylaşımı üzə çıxdı - VİDEO
16:44, Bu gün
Metroda nə baş verir? - Nəqliyyat ekspertindən SƏRT REAKSİYA
16:39, Bu gün
UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı - FOTOLAR
16:35, Bu gün
Bakının bu küçəsində velosiped zolaqları çəkildi - FOTO
16:31, Bu gün
Azad olunan ərazilərdə nə qədər mina aşkar edilib?
16:28, Bu gün
Sumqayıtda ustanı elektrik cərəyanı vurdu
16:25, Bu gün
Bərdə terroru qurbanlarının xatirəsi yad edilib - FOTOLAR
16:22, Bu gün
Tanınmış azərbaycanlı xanımın həyat yoldaşı İSLAM DİNİNİ QƏBUL ETDİ- FOTOLAR+ VİDEO 
16:20, Bu gün
Macarıstanın Mathias Corvinus Collegium Universitetinin nümayəndə heyəti BDU-da - FOTO
16:16, Bu gün
Uğurlu əməkdaşlıq əlaqələri...
16:12, Bu gün
Bakıda DƏHŞƏT: məktəblinin asılmış meyiti tapıldı
16:08, Bu gün
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH + FOTO
16:06, Bu gün
"Mənim yəhudilərlə heç bir problemim yoxdur" - Mahmud Abbas
16:03, Bu gün
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO
16:01, Bu gün
İsrail-İran müharibəsinin talehi belə HƏLL OLUNACAQ
15:58, Bu gün
Hindistanlı iş adamı sevimli itinə milyonlarla dollar miras qoydu - FOTO
15:54, Bu gün
Bakıda ən çox buranı su basır – Meriya bu qurumu QINADI: “Onlar məsuliyyət daşıyır”
15:50, Bu gün
Heydər Əliyevin təriflədiyi qazax kəşfiyyatçı: Onun hərbi hissəsi erməniləri Kürdəmir yoluna buraxmayıb - FOTO
15:46, Bu gün
“Videolara baxıb deyirəm ki, bu mən deyiləm” - VİDEO
15:42, Bu gün
COP29: Bakı iqlim konfransında yeni maliyyə hədəfini müəyyənləşdirmək mümkün olacaqmı? - TƏHLİL
15:38, Bu gün
"WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
15:35, Bu gün
Lənkərandakı tarixi qala bərpa ediləcək
15:31, Bu gün
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
15:27, Bu gün
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
15:23, Bu gün
Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...
15:19, Bu gün
Azərbaycanda bu şəxslər daha çox PENSİYA alacaqlar - ŞAD XƏBƏR!
15:14, Bu gün
“Bizi ürəyin içində göstərsəydilər, nə edərdin?” - VİDEO
15:08, Bu gün
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
15:03, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
14:58, Bu gün
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
14:54, Bu gün
“Azərişıq” paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırır - VİDEO
14:48, Bu gün
Azərbaycanda ŞOK olay: Əməkdar məşqçi üç qız tələbəsiylə min oyundan çıxdı.. – TƏFƏRRÜAT
14:42, Bu gün
Ermənistanla əlaqələr belə qurulur: Kazanda razılaşdırılıb ki... - Detallar
14:37, Bu gün
İsa Həbibbəyliyə yeni vəzifə verildi
14:33, Bu gün
Limonla təzyiqi salmaq OLMUR
14:29, Bu gün
Xanəndənin anası oğlu üçün göz yaşı tökdü - VİDEO
14:25, Bu gün
Manaf Ağayev: "Xalq artistinin dəfninə gələn olmadı" - VİDEO
14:19, Bu gün
2 ay sonra həyatı dəyişəcək bürclər AÇIQLANDI
14:14, Bu gün
Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib - FOTO
14:08, Bu gün
"Rusiya Ukraynaya qarşı müharibəni hələ bir neçə il davam etdirə bilər" - "The Washington Post"
14:03, Bu gün
Azərbaycanda namus üstündə qətl - Qəbiristanlığa aparıb bıçaqladı - FOTO
13:58, Bu gün
Sabah da Bakıya yağış yağacaq - PROQNOZ
13:55, Bu gün
Şahbaz Şərif Azərbaycana gələcək
13:52, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
13:48, Bu gün
Dəhliz bu cür açılır: Bakı və İrəvan belə razılaşacaq - Detallar açıqlandı
13:44, Bu gün
“Bizi Bəxtiyar Vahabzadə xilas etdi” - VİDEO
13:40, Bu gün
Biləsuvarda baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA
13:36, Bu gün
Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
13:32, Bu gün
Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb - VİDEO
13:27, Bu gün
Əkizlər ATV və “Xəzər TV”də aldıqları maaşı açıqladılar - VİDEO
13:23, Bu gün
Prezident pakistanlı generalı qəbul etdi - YENİLƏNİB + FOTO
13:18, Bu gün
Günelin təsbehi türk mediasının gündəmində - FOTO
13:13, Bu gün
Yüklərin arasında Rusiyaya keçməyə çalışan şəxs saxlanıldı
13:08, Bu gün
Daşkənddə Yunus Oğuzun “Əmir Teymur” tarixi romanının təqdimatı olub - FOTO
13:02, Bu gün
"BRICS dolları "batıra" bilməz, bu, fantaziyadır" - "Bloomberg"
12:57, Bu gün
Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - VİDEO
12:52, Bu gün
Lalə Məmmədova əməliyyatlardan əvvəl - İnanılmaz dəyişim + FOTO
12:46, Bu gün
Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız
12:40, Bu gün
5:2 pəhrizi nədir? - İstədiyini ye və arıqla
12:35, Bu gün
Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - İLK DƏFƏ
12:29, Bu gün
“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ + VİDEO
12:24, Bu gün
Sabunçu tunelinə giriş-çıxış bağlandı - VİDEO
12:20, Bu gün
Bakıda güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli oldu - FOTO
12:18, Bu gün
“Aygün Kazımova mənə gizlin və aşkarda o qədər jestlər edib ki...”-FOTOSESSİYA
12:15, Bu gün
Azərbaycanda vəzifəli şəxslər ifşa edildi – RƏSMİ
12:10, Bu gün
Bu gün Superliqada İstanbul derbisi olacaq
GÜNLÜK
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
AYLIQ
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"