Hücum edilən hədəflər adlandırılıb: ballistik və qanadlı raketlərin istehsalı zavodları, yer-hava raket sistemləri və digər hava hücumundan müdafiə sistemləri.
"Biz İrandakı hərbi hədəflərə məqsədyönlü və dəqiq hücumlar həyata keçirdik və İsrail dövlətinə qarşı birbaşa təhdidlərin qarşısını aldıq. İsrail ordusunun missiyası tamamlandı. Əgər İran rejimi səhvə yol versə və yeni bir eskalasiya raunduna başlasa, biz cavab vermək məcburiyyətində qalacağıq.
Bizim mesajımız aydındır: İsrail dövlətini təhdid edən və regionu daha geniş eskalasiyaya sürükləmək istəyən hər kəs bunun əvəzini ağır ödəyəcək. Bu gün sübut etdik ki, biz qətiyyətlə hərəkət etməyə qadirik və hücum edərək, müdafiə edərək İsrail Dövlətini və İsrail vətəndaşlarını qorumağa hazırıq”, -İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari belə deyib.
S.Laçın