“Bağırovu Beriya ilə mən tanış etmişəm...” -Stepan Şaumyanın katibəsi 
Ekskluziv
Oxunub: 3097
25 Oct 2024 | 17:34
“Bağırovu Beriya ilə mən tanış etmişəm...” -Stepan Şaumyanın katibəsi 
“Bağırov və Beriyanın ikili kəşfiyyat fəaliyyəti göstərmələri barədə ehtimalı bir kənara atmaq düzgün olmaz…”
 
 
“Və kim zəmanət verə bilər ki, Mir Cəfər Bağırovla bağlı dindirmə stenoqramları, şahid ifadələri, məktublaşmalar həqiqətdir?.. Doğrusu, hərdən elə bir təəssürat yaranır ki, repressiya saxtakarlıqları və bu saxtakarlıqların doğurduğu rəsmi sənədləşdirmə hərc-mərcliyinin içində hər hansı bir həqiqəti üzə çıxarmaq mümkün deyil. Çox zaman müəlliflərin Stalin, Beriya, yaxud Bağırov və başqaları haqqında söylədikləri fikirlər  daban-dabana zidd olur və bu fikirlərin, mülahizələrin, nəticələrin hamısında  da, öz növbəsində, müxtəlif rəsmi sənədlərə istinad edilir...”
 
“Məhəmməd Əmin Rəsulzadə Türkiyədə nəşr edilən "Yeni Qafqasiya" jurnalında acı bir sarkazm ilə məşhur sözlərini yazmışdı: "Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir..."
 
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılmış cəmi iki cildlik material əsasında hazırlanmış  “Mir Cəfər Bağırovun məhkəməsi”  adlı kitabın ən maraqlı epizodlarıyla tanış edir. Materialın iki hissədə təqdim etdiyimiz “Müttəhim Bağırovun Beriya ilə cinayətkar əlaqələri...” başlıqlı ötən epizoduna(burada: ) şərhi təqdim edirik.
Sözügedən epizoddan doğan “Doğrudanmı Bağırov Beriyanın Müsavat əks-kəşfiyyatında işləməsini gizlətməkdə ona dəstək olub?”  sualına cavab axtarılması məqsədi ilə  xalq yazıçısı Elçinin(Əfəndiyev) “Mir Cəfər Bağırov kim idi? - Şəxsiyyəti, əməli və taleyi...”(“Ədəbiyyat” qəzeti, 08.05. 2024) başlıqlı yazısının mövzu ilə bağlı zəruri məqamlarını nəzərinizə çatdırırıq:
 
“...Mir Cəfər Bağırov və Lavrenti Beriya SSRİ respublikaları arasında yeganə iki partiya rəhbərləri idi ki, 1930-cu illərin əvvəllərindən Birinci katib kimi fəaliyyətə başlamış və 37-38-dən sağ çıxmışdılar (Nikita Xruşşov 1938-ci ildə müvəqqəti Ukraynaya göndərilmişdi, sonra da yenidən Moskvaya çağırıldı, eyni zamanda Politbüronun üzvü idi; Qriqor Arutinov 1937-də bu vəzifəyə gətirilmişdi və s.).
.
....Əgər Lavrenti Beriya 32 yaşında Zaqafqaziya Partiya Təşkilatının, eyni zamanda Gürcüstan KP MK-nın birinci katibi olursa, yaxud Anastas Mikoyan 25-26 yaşlarında artıq Rusiyada vilayət partiya komitəsinə rəhbərlik edirsə, 31 yaşında SSRİ-nin Daxili və Xarici Ticarət komissarı vəzifəsində işləyirsə, yaxud da Lazar Kaqanoviç elə o yaşlarında artıq Kremldə MK katibi seçilirsə və bu adamlar bu cür böyük, ciddi və məsuliyyətli vəzifələrinin öhdəsindən gəlirlərsə, elə bu cür səciyyəvi göstəricilər Stalin əsabələrinin bacarığından və yüksək iş qabiliyyətlərindən xəbər verir. Azərbaycan ərazisinə və əhalisinə görə böyük Sovet respublikalarından biri olmasa da, Mir Cəfər Bağırov məhz bu tipli Sovet partiya və dövlət xadimləri arasında, həm də ön sırada idi.
 
...Mir Cəfər Bağırov 1927-ci ildə Azərbaycanda inzibati orqanlara rəhbərlikdən uzaqlaşdırılaraq, Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilir və o zaman Məhəmməd Əmin Rəsulzadə Türkiyədə nəşr edilən "Yeni Qafqasiya" jurnalında acı bir sarkazm ilə məşhur sözlərini yazmışdı: "Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir..." (Bax: "Odlar yurdu" qəzeti, № 17, sentyabr, 1988.)
 
Ancaq Mir Cəfər Bağırovun bu kənarlaşdırılması iki ildən çox çəkmir və Stalin 29-cu ilin avqustunda Vyaçeslav Molotova məktub yazır: "Bağırovu (əvvəlki günahlarına baxmayaraq), Azərbaycan çekasının sədri təyin etmək lazım olacaq: indi o, yeganə adamdır ki, Azərbaycan kəndlərində baş qaldırmış musavatçıların və ittihadçıların öhdəsindən gəlməyi bacaracaq. Bu ciddi məsələdir və bu yerdə zarafat etmək olmaz." (Elə burada qeyd edim ki, Stalin "baş  qaldırmış musavatçılar"la birlikdə ittihadçıların da adını çəkir, Lavrenti Beriya isə gündəliklərində yazır ki, 1920-ci illərin əvvəllərində "Azərbaycanda İttihadı darmadağın etdim." (Lavrentiy Beriya. "Bez Stalina Rossii ne bıt!", Taynıy arxiv Berii, Moskva, "Əuza-Press", 2012, str. 28.)
 
...O zaman Mir Cəfər Bağırovun 38 yaşı var idi və bu cavan adamın bu dərəcədə sürətli karyerası ("əvvəlki günahlarına baxmayaraq"!), heç şübhəsiz ki, bilavasitə kadr məsələlərinə çox həssas yanaşan Stalinin münasibətinin və istəyinin ifadəsi idi. Bura orasını da əlavə etsək ki, Moskva rəhbərliyində Bağırovun əleyhinə işləyən Lev Mexlis, yaxud Anastas Mikoyan kimi saray intriqa ustaları, Stalinə yaxın nüfuzlu şəxslər var idi, o zaman Stalinin Mir Cəfər Bağırova inamının və etibarının nə qədər yüksək olduğunu təsəvvür etmək mümkündür. Düzdür, 1930-cu illərin sonlarından etibarən, Bağırovun Lavrenti Beriyanın timsalında güclü Kreml dayağı və dostu var idi, ancaq Stalin üçün əsas özünün qənaəti, özünün təəssüratı idi.
Lavrenti Beriya və Mir Cəfər Bağırov başqa müttəfiq respublikaların rəhbərləri kimi yerli "NKVD"-dən asılı deyildilər, onlar müttəfiq respublikalar arasında yeganə partiya rəhbərləri idi ki, yerli "NKVD"-ləri tam şəkildə özlərinə tabe etmişdilər və əslində, Azərbaycanda da, Gürcüstanda da "NKVD" - elə onların özü, güclü və sərt, amansız xarakterə malik Mir Cəfər Bağırov və Lavrenti Beriya idi...
 
...Belə geniş bir fikir yaranıb ki, Bağırovla Lavrenti Beriya yaxın dost olublar və onların həyat yoluna baxanda bu fikrin həqiqət olduğu şübhə doğurmur.
 
Roman Rudenko Beriyanı dindirərkən soruşur: "- Bağırovla münasibətiniz necə idi?" Beriyanın cavabı: "- Yaxşı. Mən Bağırovu partiyaya ən sadiq adamlardan biri hesab edirəm. Bir-birimizin evinə gedib-gəlirdik". Beriyanın həbsindən sonra həbs və sürgün həyatı yaşayan və 84 illik həyatının sonunacan ona sadiq qalan, onun haqqında deyilənlərin yalan olduğunu söyləyən arvadı Nino Qeqeçkori də (məşhur menqrel-gürcü zadəgan nəslindən idi) dindirmə zamanı Mir Cəfər Bağırovla bağlı deyirdi: "- Biz çox yaxın idik. O, Moskvaya gələndə bizdə olur, biz Bakıya gedəndə onların evində qalırdıq".
 
...Stalin epoxasının səriştəli tədqiqatçılarından biri Yelena Prudnikova Beriya haqqındakı (və Beriyaya tam bəraət qazandıran) monoqrafiyasında yazır ki, Mir Cəfər Bağırov 1921-ci ilin aprelində Azərbaycan Fövqəladə Komissiyasının ("DTK"-nın - "KQB"-nin ilkin adı) sədri təyin edilərkən, etibarlı kadrlar seçib, ətrafına toplamağa başlayır və o vaxt Lavrenti Beriyanı da məxfi-operativ şöbə rəisinin müavini, sonra isə özünün müavini vəzifəsinə təyin edir (E.A.Prudnikova. Beriə - prestupleniə, kotorıx ne bılo, Sankt-Peterburq, "Neva", 2005, str. 62-63.).
 
Bəzi məxəzlər isə Mir Cəfər Bağırovla Lavrenti Beriyanın dostluğunun 1916-cı ildən başladığını yazırlar və guya o zaman dörd gənc inqilabçı - Bağırov, Lavrenti Beriya, Vsevolod Merkulov və Yevgeni Dumbadze Bakıda tanış olaraq, gizli siyasi dərnək yaradır, marksist ədəbiyyatı öyrənir və təbliğ etməyə başlayır. Bu cavanları marksist ədəbiyyatla - Marksın, Engelsin, Plexanovun, Leninin, Trotskinin, Jordaniyanın əsərləri ilə guya "Avel əmi" deyə çağırdıqları Avel Yenukidze təmin edirmiş və 1920-ci ildə Serqo Orconikidze, Sergey Kirov və onlara qoşulmuş Anastas Mikoyan XI orduyla Bakıya daxil olan gün Bağırov, Beriya, Dumbadze, Boqdan Kabulov və Vladimir Dekanozov Gənc Kommunistlər Bürosu yaradırlar.
 
...Burasını da deyək ki, Lavrenti Beriya daxili işlər komissarı təyin edildikdən sonra, Merkulovu, Kobulov qardaşlarını, Sergey Qoqlidzeni, Dekanozovu və bir sıra başqa qafqazlıları özü ilə Moskvaya apararaq NKVD-nin rəhbər vəzifələrinə təyin etdi və hətta Siyasi Büro üzvlərinin belə ehtiyat etdikləri, qorxduqları bu adamlar Mir Cəfər Bağırovla da yaxın idilər. Elə bilirəm ki, bu amil də onun SSRİ-nin partiya rəhbərliyindəki, Kremldəki nüfuzunun yaranmasında və artmasında az rol oynamayıb.
 
Vaxtı ilə Stepan Şaumyanın katibəsi olmuş Olqa Şatunovskaya yazır ki, Bağırovu Beriya ilə o tanış edib və guya Beriya 1920-ci ildə Bakıda təxribatçı kimi həbs olunub, Bağırov da onu həbsdən azad edib. Şatunovskayanın özü də 37-də "ifşa" olunanlardan və Nikita Xruşşovun qızğın anti-Stalin kompaniyasında fəal və həvəslə iştirak edənlərdən biri idi. Ola bilər ki, artıq yaşlaşmış və repressiyaya məruz qalmış bu qocaman bolşevik qadın Beriyanın da, Bağırovun da qarasına danışmaqla Nikita Xruşşova bir az yarınmaq istəyib.
 
1920-ci illərin əvvəllərində Mir Cəfər Bağırov Azərbaycan Baş Siyasi İdarəsinin ("QPU") rəisi  olduğu zaman Lavrenti Beriya onun tabeçiliyində işlədiyi vaxtlardan etibarən, görünür, onların arasında rəsmi rəis - əməkdaş münasibətindən artıq dərəcədə şəxsi və etibarlı dostluq münasibətləri yaranıb və sonralar Zaqafqaziya Federasiyası yaranarkən, Beriya Federasiya KP MK-nın birinci katibi olur, Bağırov isə artıq Azərbaycan KP MK-nın birinci katibi idi və onlar çox effektli şəkildə bir-birini müdafiə edirdi.
 
Belə bir versiya var ki, 1937-ci ilin əvvəllərində Nikolay Yejov Beriyanın həbsi ilə bağlı Gürcüstan Daxili İşlər naziri (narkomu) Qoqlidzeyə (sonralar Beriya ilə birlikdə güllələndi) order göndərir və bundan xəbər tutan Beriya təcili və gizli şəkildə Bakıya gəlir və Bağırovun köməyi ilə Moskvaya uçur. 
 
Yulian Semyonovun yazdığına görə, Beriya Lazar Kaqanoviçin vasitəçiliyi ilə Stalinlə görüşməyə nail olur və bu görüşdən sonra Beriyanın ulduzu yenidən parlamağa başlayır. Yulian Semyonov, dediyim kimi, "KQB"-yə məhrəm bir yazıçı-publisist idi və onun söylədiyi bu hadisə bir də ona görə inandırıcı görünür ki, Lazar Kaqanoviçin böyük qardaşı Mixail Kaqanoviçin şərlənməsinin və intiharının əsas səbəbkarı Nikolay Yejov idi - çox güman ki, Beriya-Yejov qarşıdurmasında Kaqanoviç həmişə ehtiyatlı olsa da, belə bir mövqe tuta bilərdi.
Stalinin Mir Cəfər Bağırova, əgər belə demək olarsa, nisbi-isti münasibət bəsləməsində Beriyanın rolu görünür, az olmayıb və ayrı-ayrı faktlara, nüanslara fikir verəndə Stalin-Beriya-Bağırov arasında bu nisbi-isti münasibət hiss olunmaqdadır. Bağırov Sov.İKP MK-nın Beriyanın "ifşa"sına həsr olunmuş plenumdakı uğursuz çıxışında deyir ki, "bir dəfə Stalinlə Beriyagilə getmişdik" və ancaq elə Beriyanın evinə Bağırovun Stalinlə müştərək baş çəkməsi, əlbəttə, az söz demir.
 
Yeri düşmüşkən, bir məsələni də qeyd etmək istəyirəm: belə bir tarixi fakt var ki, Beriya bir müddət Musavata yerləşdirilmiş bolşevik agenti kimi fəaliyyət göstərib və 1920-ci illərin əvvəllərində mahiyyətə bələd olmayanlar onu əslində Musavat agenti hesab ediblər. Bu da maraqlı bir faktdır ki, Azərbaycan Demokratik Respublikası Əks-inqilabla Mübarizə Təşkilatının rəisi (yəni Daxili İşlər naziri) Nağı bəy Şeyxzamanlı Lavrenti Beriya haqqındakı məqaləsində yazır: "Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əleyhinə idi. İşimizə yarayacağını bildiyimizdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paraxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi". (Bax:  Nağı Keykurin Nağı bəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədaisi, Bakı, 2007, səh.72.)
 
Əgər Beriya ADR-də, həqiqətən, bolşevik agenti kimi fəaliyyət göstəribsə, Nağı bəyi bu dərəcədə aldada bilibsə, deməli, lap gənc vaxtlarından mahir bir casus kimi cilddən-cildə girməyi bacarıb, yox, əgər o, ADR-in təhlükəsizlik orqanında Nağı bəyin dediyi kimi, əqidə və daxili bir saflıqla xidmət edibsə və birdən-birə 180 dərəcə dönərək, mətin bolşevik nüfuzu qazanıb, Sovet inzibati orqanlarına başçılıq edib, SSRİ-nin qüdrətli rəhbərlərindən biri olubsa, bu da onun böyük bacarığından, məharətindən və fitri vergisindən xəbər verir.
 
Nağı bəy Şeyxzamanlıdan başqa, ADR-in və ADR dövrünün Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi məşhur simaları da Türkiyə mətbuatında Lavrenti Beriyanın ADR-dəki fəaliyyəti barədə yazıblar və ola bilərmi ki, "NKVD" bu yazılardan xəbər tutmasın? Bu barədə Stalinə məruzə edilməsin? Yaxud Nikita Xruşşov var gücü ilə Beriyaya qarşı hərəkətə gətirdiyi təbliğat maşınında nə üçün belə bir mühüm ifşaedici materialdan istifadə etməyib? Bu cür bir çox suallar ortaya çıxır.
 
Kremlin (ümumiyyətlə, tarixən sarayların!) siyasi mətbəxi cavabsız suallarla zəngindir.
 
Mən Stalin dövründən bəhs edən sənədli ədəbiyyatda belə bir fikrə də rast gəldim ki, guya Feliks Dzerjinski Beriyanın da, Bağırovun da vəzifədən azad edilərək, həbs olunmaları barədə əmr verib. Stalin məsələyə qarışıb və onlar öz vəzifələrində qalıblar, ancaq Yelena Prudnikova bu faktın həqiqət olmadığını yazır. (E.A.Prudnikova. Beriə - prestuplenie, kotorıx ne bılo, Sankt-Peterburq, "Neva", 2005, str. 82-83.)
 
Beriya haqqında başqa bir monoqrafiyanın müəllifi Boris Sokolov da bu faktı uydurma hesab edir və yazır ki, Serqo Orconikidze Beriyaya qarşı bu ittihamın yanlış olduğunu təsdiq edir, hətta Stalinin də bundan xəbərdar olduğunu bildirir. (Boris Sokolov. Beriə - sudğba vsesilğnoqo narkoma,  Moskva, "Veçe", 2003, str.25.)  
 
Ancaq başqa bir məşhur və nüfuzlu sovetoloq, professor Əbdürəhman Avtorxanov isə Lavrenti Beriya ilə birlikdə Mir Cəfər Bağırovun da, həqiqətən, Musavat agenti olduqlarını yazır və hər halda, bu versiyaya da diqqətlə yanaşmaq lazımdır. Milliyyətcə çeçen olan Əbdürəhman Avtorxanov 1940-cı illərin əvvəllərində SSRİ-dən qaçmış və Avropada, ABŞ-da görkəmli sovetoloq-tarixçi kimi məşhurlaşmışdı. Onun Stalin, Beriya, ümumiyyətlə "Kreml mətbəxi" haqqında yazdıqları elmi sovetologiyanın sanballı nümunələri sayılır və Avtorxanovun Beriya ilə Bağırov haqqında dedikləri məndə belə bir təəssürat yaratdı ki, onların ikili kəşfiyyat fəaliyyəti göstərmələri barədə ehtimalı bir kənara atmaq düzgün olmaz - bu ehtimalın tədqiqə ehtiyacı var.
 
1953-cü il iyunun 26-da Siyasi Büronun iclasında (o zaman Rəyasət heyəti adlanırdı) marşal Jukov başda olmaqla, bir qrup hərbçi (bəzi məxəzlərə görə, guya general-mayor Leonid Brejnev də (gələcək Baş katib) onların arasında olub) Beriyanı həbs ediblər - bu, rəsmi versiyadır. Başqa bir geniş yayılmış versiyaya görə isə, həmin gün Beriyanı mənzilinə basqın edib, qətlə yetiriblar. Tədqiqatçı Nikolay Zenkoviç yazır ki, SSRİ-nin keçmiş komsomol rəhbəri Nikolay Mixaylov (sonralar MK katibi, mədəniyyət naziri olmuşdu) Lavrenti Beriyanı mühakimə edən məhkəmənin üzvü olub və illər keçdikdən sonra Beriyanın oğlu Serqoya deyib ki, həmin məhkəmə tamam bir fars idi, yarımqaranlıq məhkəmə zalında oturub, yalnız "hə", "yox" deyən müttəhim Beriya deyildi. (Nikolay Zenkoviç. Marşalı i qenseki, Moskva, Olma-Press, 2005, str. 145.) Atasının evdə qətlə yetirilməsi haqqında Beriyanın oğlu Serqo Beriya (bir müddət anasının "Qeqeçkori" familini götürməyə məcbur edilmişdi) ətraflı bəhs edib. (Serqo Beriya Moy otets Lavrentiy Beriya, Moskva, Sovremennik, 1994.)
Azərbaycanda Lavrenti Beriyanın adını daşıyan bir çox müəsissələr, Kənd Təsərrüfatı İnstitutu, qəsəbələr,  kolxozlar, şəhər və rayonlarda prospekt və küçələr var idi və onun 50 yaşı tamam olanda Mir Cəfər Bağırov Bakının Şəhər rayonuna onun adı verilməsi xahişi ilə Stalinə məktub yazmışdı, ancaq cavab gəlmədi. Kirovabad (Gəncə) Dövlət Teatrı da Beriya adına idi və mən bunu yazanda Şekspirin məşhur sözləri yadıma düşdü: "Bütün dünya teatrdır, insanlar isə - aktyor".
 
Bizim ailə foto-albomunda da Beriyanın əvvəlindən və sonundan xəbər verən belə bir foto var: mənim həyat yoldaşım Nüşabə xanım uşaq bağçasına getdiyi vaxtlar kollektiv foto çəkdiriblər və o uşaq bağçası da "Lavrenti Beriya adına uşaq bağçası" olub. Görünür, çəkiliş onun "ifşa"sı günlərinə təsadüf etdiyi üçün, fotoqraf bağçanın adı yazılmış başlıqda "Lavrenti Beriya" sözlərini qaralayıb, ancaq "adına" sözü qalıb. Kimin adına uşaq bağçası? - Heç kimin…
 
…Lavrenti Beriya gürcü və rus dillərindən başqa Azərbaycan və erməni dillərini də yaxşı bilirdi və rus jurnalisti, siyasi şərhçi Maksim Şevçenko da sovet epoxası ilə bağlı ən məlumatlı tarixçilərdən biri olan Yevgeni Spisınla müsahibəsində deyir ki, Beriyanın məhkəməsində iştirak edən Mir Cəfər Bağırov azərbaycanca ona nəsə deyib, ancaq Beriya heç nə başa düşməyib, yəni mühakimə edilən Lavrenti Beriya yox, onun oxşarı olub.
 
Əgər doğrudan da belədirsə, əgər doğrudan da, Lavrenti Beriya qətlə yetirilib, həbs edilən, mühakimə edilən isə onun oxşarı olubsa, deməli, Beriya ilə bağlı Nikita Xruşşovun, Vyaçeslav Molotovun, Anastas Mikoyanın, guya onu həbs edən marşalların - Jukovun, Moskalenkonun, guya Beriyanı tapança ilə şəxsən güllələyən Batiskinin memuarları, intervüləri, dedikləri, Baş prokuror Roman Rudenkonun dindirmə stenoqramları, bu stenoqramlarda Georgi Malenkovun, Nikita Xruşşovun, Kliment Voroşilovun, Lazar Kaqanoviçin, başqa Siyasi büro üzvlərinin dərkənarları, qeydləri, istintaq, məhkəmə və edamla bağlı məktublaşmalar və s. - hamısı sonradan quraşdırılıb, saxtadır, yalandır, - o zaman nəyə inanasan?
 
Və kim zəmanət verə bilər ki, Mir Cəfər Bağırovla bağlı dindirmə stenoqramları, şahid ifadələri, məktublaşmalar həqiqətdir?
 
Doğrusu, hərdən elə bir təəssürat yaranır ki, repressiya saxtakarlıqları və bu saxtakarlıqların doğurduğu rəsmi sənədləşdirmə hərc-mərcliyinin içində hər hansı bir həqiqəti üzə çıxarmaq mümkün deyil. Çox zaman müəlliflərin Stalin, Beriya, yaxud Bağırov və başqaları haqqında söylədikləri fikirlər  daban-dabana zidd olur və bu fikirlərin, mülahizələrin, nəticələrin hamısında  da, öz növbəsində, müxtəlif rəsmi sənədlərə istinad edilir.
Ancaq biz hissə qapılmayaq və bu söhbəti başlamışıqsa, davam edək...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
10:19, Bu gün
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
10:11, Bu gün
İlham Əliyev Sahir Şamşad Mirzanı qəbul etdi
10:10, Bu gün
“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..” 
09:56, Bu gün
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
09:48, Bu gün
Azərbaycana ət idxalı kəskin artıb: Qiymət niyə enmir? - VİDEO
09:40, Bu gün
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:24, Bu gün
Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
09:00, Bu gün
7 addımda başqalarından öndə olmaq üçün karyera İPUCLARI - Özünüzü tanıyın
08:56, Bu gün
Bakı metrosunda problem yarandı - FOTOlar
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
08:25, Bu gün
İran Prezidenti: Biz müharibə istəmirik
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:00, Bu gün
Passiv gəlir yaratmağın 5 YOLU 
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
07:39, Bu gün
Xoşbəxt cütlüklər yatmazdan əvvəl nə edirlər?
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 23:10
Hacıqabul sakinini ilan sancıb
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 22:04
İsrailin Baş Qərargahı: İrandakı sistemlərə imkanlarımızın bir hissəsindən istifadə edərək zərbələr endirmişik
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 20:12
Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
27 Oct 2024 | 18:58
"İsrailin zərbəsi İranın ballistik raketlər istehsal etmək imkanını sarsıdıb" - "Axios"
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 18:44
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir
27 Oct 2024 | 18:34
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
27 Oct 2024 | 18:25
Öləndən sonra bizi nə gözləyir? – Çox maraqlı CAVAB
27 Oct 2024 | 18:16
Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq
27 Oct 2024 | 18:07
Dörd BÜRCÜN oktyabrın sonunda elə xoşbəxt günləribaşlayacaq ki...
27 Oct 2024 | 17:57
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi
27 Oct 2024 | 17:38
Xameneidən AÇIQLAMA: "İsrailin hücumuna cavabı müəyyənləşdirəcəyik"
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:19
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 17:10
Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək
27 Oct 2024 | 16:59
Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib
27 Oct 2024 | 16:50
Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur
27 Oct 2024 | 16:49
"Əsl vətənpərvər odur ki, sən vətənə borclusan, vətən isə sənə borclu deyil" - Nevinomıssk şəhər meri
27 Oct 2024 | 16:42
Azərbaycan Basketbol Liqasında II tur başa çatıb
27 Oct 2024 | 16:30
İsrail Ordusu Livanda 4 hərbçisinin həlak olduğunu açıqlayıb
27 Oct 2024 | 16:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
27 Oct 2024 | 16:12
Kanada Ukraynaya zirehli transportyorlar GÖNDƏRDİ
27 Oct 2024 | 16:03
“WhatsApp” “Telegram”ın faydalı xüsusiyyətlərindən birini əldə edəcək
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 15:44
Balotellinin yeni klubu bilindi - Az maaşa razılaşdı
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:08
Parlament seçkiləri Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır - RƏY
27 Oct 2024 | 15:07
Azay Quliyev: "İlk dəfə olaraq özbək xalqı qarışıq sistem əsasında parlament üzvlərini seçəcək" 
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:48
12-ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı
27 Oct 2024 | 14:40
Kobaxidze: "Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək"
27 Oct 2024 | 14:37
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:31
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
27 Oct 2024 | 14:02
"İran BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib" - CNN
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 13:35
Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"
27 Oct 2024 | 13:27
Azərbaycanda 24 yaşlı qadın doğuşdan sonra öldü, araşdırma başladıldı
27 Oct 2024 | 13:26
Rusiyaya buna görə sanksiya tətbiq etdik - Sandu
27 Oct 2024 | 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
27 Oct 2024 | 13:20
Fransada erməni jurnalistə elektron qolbaq taxıldı
27 Oct 2024 | 13:12
Gürcüstan MSK sədri seçkilərin texniki tərəfini yüksək qiymətləndirib
27 Oct 2024 | 13:09
Birinci kurs tələbəsi vəfat etdi
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 12:48
Niyə başqasının nişan üzüyünü taxmaq olmaz?
27 Oct 2024 | 12:30
Qonşu qadını döyüb, qızını öldürdü: “Səhər durdum ki…”
27 Oct 2024 | 12:21
Adnan Oktarın 2 milyardlıq sərvətinin aqibəti
27 Oct 2024 | 12:12
Meteohəssas insanların nəzərinə
27 Oct 2024 | 11:59
MDB baş katibi Gürcüstandakı seçkiləri təriflədi
27 Oct 2024 | 11:51
Kobaxidze: Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 11:32
Sabah Bakıda yağış yağacaq - PROQNOZ
27 Oct 2024 | 11:27
Özbəkistanda parlament seçkiləri keçirilir
27 Oct 2024 | 11:20
Müdafiə Nazirliyi məlumat yaydı: noyabrın 1-dək məhv ediləcək
27 Oct 2024 | 11:16
ABŞ-nin Suriyadakı bazası atəşə tutulub
27 Oct 2024 | 11:07
Bu ölkədə növbədənkənar parlament seçkiləri keçirilir
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:40
BRİCS: Strateji tərəfdaşlığın yeni istiqaməti – ŞƏRH
GÜNLÜK
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi