Bizi sosial şəbəkələrdən izləyin:
"120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və artsaxdan zorla köçürüləndə Kamala Harris heç nə etməyib".
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "X" sosial şəbəkəsindəki səhifəsində yazıb(
burada:).
“Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik”, - deyə Tramp əlavə edib.
Göründüy kimi, Tramp Azərbaycanın ərazisinin bir parçasını Qarabağ əvəzinə "artsax" adlandırır və faktiki olaraq dövlətimizi ermənilərə qarşı vəhşiliklər törətməkdə və onları zorla köçürməkdə ittiham edir...
Xatırladaq ki, ABŞ-də seçki kampaniyası başlayandan bəri Rusiyanın "5-ci kalon"una xidmət edən bir sıra putinpərəst media mənsubları, eləcə də politoloq, ekspert və siyasi şərhçi hesab olunanlar daha çox demokrat prezidentliyə namizəd Kamala Harrisi hədəf olaraq onu ermənipərəstlikdə, hətta guya erməni kökənli olmaqda ittiham edir, Trampı isə, az qalaŞ bütün keçmiş SSRİ respublikalarının, o cümlədən Ukraynanın "gələcək xilaskar"ı səviyyəsinə qaldırırlar....
S.Laçın