11:53
5°C
Bakı
Moderator.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının ziyalıları Azərbaycan Atatürk Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyini qeyd ediblər. Akademik Nizami Cəfərov , professorlar Fərrux Rüstəmov, Avtandil Ağbaba, Cəfər Cəfərov, Aslan Bayramov, Əzəmət Rüstəmov, Rauf Cəfərov, dosentlər Lalə Rüstəmova, Lütfiyar Nəsibov, Azad Qurbanovun çıxışlarında şair - mütəfəkkirin yaradıcılığından danışıb, Füzuli dühasının milli-mənəvi dəyərə çevrilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri yüksək qiymətləndiriblər.
Seymur ƏLİYEV