"Putinə demək istəyirəm ki, biz onun istəklərinə nail olmaması üçün bütün zəruri olanları edəcəyik və Ukrayna qalib gələcəkdir..."
Rusiyanın qorxutmaq taktikası NATO-ya təsir etməyəcək. Alyans Kiyevə qətiyyətli dəstək göstərməkdə davam edəcək.
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
Məlumatda deyilir ki, baş katib "Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və kadrların hazırlanmasında NATO yardımı" (NSATU) adlı yeni missiyanın yerləşdiyi Amerikanın "Clay Barracks" kazarmalarında çıxış edib.
"Rusiya diktatoru Vladimir Putinə müraciətimiz ondan ibarətdir ki, biz onun öz istəklərinə nail olmamasına zəmanət üçün bütün zəruri olanları davam etdirəcəyik və Ukrayna qalib gələcəkdir", - Rütte bəyan edib.
NSATU Kiyevə hərbi yardımın əlaqələndirilməsini tədricən öz üzərinə götürəcək. Bu addıma Donald Trampın Ağ Evə mümkün dönəcəyi təqdirdə yardım mexanizminin müdafiə edilməsi cəhdi kimi baxılır.
Eyni zamanda bəzi diplomatlar etiraf edir ki, Ukraynaya silahların böyük hissəsinin ABŞ tərəfindən tədarük edilməsini, habelə bu ölkənin NATO-da dominant dövlət olduğunu nəzərə alaraq, bunun effekti məhdud
ola bilər.
NSATU-nun ümumi sayı o cümlədən NATO-nun Belçikada SHAPE hərbi mənzil-qərargahında və Polşa və Rumıniyada logistika mərkəzlərində olan hərbi qulluqçular da daxil olmaqla təxminən 700 nəfər təşkil edəcək.
Bundan başqa, Visbaden bazasında Vaşinqtonun Almaniyada 2026-cı ildən yerləşdirəcəyi uzaqmənzilli raketlərə cavabdeh olan Amerikanın bölməsi yerləşir. Almaniyaya NATO baş katibi vəzifəsində ilk səfəri zamanı Rütte bu addımı alqışlayıb, lakin Rusiya tərəfindən təhdidlərlə və pislənilməklə üzləşib.
"Biz NATO-yuq, biz müdafiə alyansıyıq, biz hücum etmirik. Biz NATO ərazisinin hüdudlarından kənarda hər-hansı başqa ölkənin hər-hansı hissəsinin zəbt edilməsində maraqlı deyilik. Biz bir milyard adama xidmət edən demokratik alyans, dünya tarixində ən güclü alyans olaraq istənilən təhlükəyə qarşı müqavimət göstərməyə hazırıq. Bizim düşmənlərimiz heç vaxt bizi qorxuda bilməyəcək", - o, bəyan edib.
Qərb liderləri Ukraynada müharibə haqqında - digər xəbərlər
Xəbər verildiyi kimi, Rumıniya prezidenti Klaus Yohannis bəyan edib ki, NATO üzrə müttəfiqlər Ukraynaya vəd edilənlərin yalnız yarısını verib, bu yardım kifayət deyil.
Oktyabrın 8-də Rütte bəyan edib ki, Ukrayna Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan ən sərt qış mövsümü astanasındadır, çünki Moskva ölkənin kritik mühüm energetika infrastrukturuna hücumlarını davam etdirir.