1814
05 Oct 2024 | 14:36

"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri

 
"'Ölkəmizin müdafiə sənayesinin sürətlə inkişafı Türkiyəni regionda ən güclü hərbi dövlətə çevirir..."
 
"Bayraktar"la yanaşı, "Kirpi" də Rusiyaya qarşı döyüşlərdə uğur qazanır
 
Türkiyənin Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan "Kirpi" zirehli transportyorları Rusiya-Ukrayna münaqişəsində özünü yaxşı tərəfdən göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
 
Sosial şəbəkələrdə Türkiyə istehsalı olan "Kirpi" zirehli transportyorun Rusiya-Ukrayna münaqişəsinin gedişində ard-arda beş dəfə dronlar hücumuna məruz qaldığı, bundan sonra heç nə olmayıbmış kimi hərəkətini davam etdiyi əks olunan kadrlar böyük rezonans doğurub.
 
Türkiyənin Dəniz Qüvvələri şirkəti tərəfindən istehsal edilən "Kirpi" zirehli transportyoru əslində çoxdan özünü göstərib və müxtəlif ölkələrə ixrac edilir.
 
Adlçəkilən kadrlar həqiqətən heyrət doğurur. Ekspertlər qeyd edir ki, burada korpusun və hərəkət hissəsinin möhkəmliyi mühüm rol oynayıb.
 
Müdafiə sənayesi sahəsində ekspertin şərhi maraq doğurur: "Bəzi kadrlarda dronların hədəfə düşmədiyi görüntüsü yarana bilər, lakin burada söhbət "Kirpi"nin  yüksək manevr etmək qabiliyyətindən gedir".
 
Kiprdə sülhün qorunub saxlanılması əməliyyatından sonra Türkiyəyə silah tədarükünə embarqo qoyulub, bu da ölkənin müdafiə sənayesinin inkişafına sövq edib. 
 
Türkiyə PKK ilə mübarizədə uğurlar qazanmağa başlayanda embarqo məsələsi yenidən gündəmə gəlib. Biz xaricdən əldə etdiyimiz dronlardan terrorçuluqla mübarizədə istifadə edə bilmirdik. 
 
Pilotsuz uçuş aparatlarını bizə satmayan, yaradılmasında tövhə verdiyimiz və üstəlik də artıq pulunu ödədiyimiz bizim üçün nəzərdə tutulan "F-35" qırıcılarımızı verməyən ABŞ hökumətinin sayəsində biz öz istehsalımızı inkişaf etdirməyə başladıq.
 
Bu gün "Batraktar" şirkətinin dronları bir çox ölkələrə ixrac edilir. TUSAS şirkəti tərəfindən istehsal ediləcək yerli istehsal olan TF-X  döyüş təyyarənin prototipinin "Avropada ən yaxşı qırıcı" olacağı deyilir.
 
Türkiyədə istehsal edilən "Anadolu" gəmisi universal desant gəmilərinə aiddir, amma bu zaman təyyarədaşıyan gəmilərə xas olan bir sıra cəhətlərə malikdir.
 
İkinci "Trakya" təyyarədaşıyan gəmi istifadəyə veriləndən sonra Türkiyə zəruri hallarda minlərlə mil məsafələrdə əməliyyatlar apara biləcək.
 
Ölkəmizin müdafiə sənayesinin sürətlə inkişafı Türkiyəni xaricdən asılılığından xilas etməklə yanaşı, onu regionda ən güclü hərbi dövlətə çevirir.
 
Müəllif: Mevlut Tezel
Link kopyalandı!
Son xəbərlər