Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı ölkəsinin konstitusiya dəyişikliyinə hazır olduqlarını bildirib. Paşinyan qeyd edib, əgər sülh üçün belə bir dəyişikliyə zərurət yaranarsa, Ermənistan bu dəyişikliyi təmin edəcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan konstitusiyasının dəyişilməsinin zəruriliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bölgədə etibarlı və uzumüddətli sülhün təmin olunması üçün Ermənistan konstitusiyası dəyişilməli, bu konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar çıxarılmalıdır.
Paşinyanın BMT Baş Assambleyasının 79-cu sessiyasındkı çıxışında İlham Əliyevin məlum tələbinə “hə”deməsi, hər şeydən öncə ölkəmizin Ermənistan qarşısındakı növbəti diplomatik zəfəri, siyasi qələbəsidir. Bu fakt sübut edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərb meydanında əldə etdiyi qələbəni diplomatik müstəvidə də ardıcıl şəkildə davam etdirməkdədir. Məhz bunun nəticəsidir ki, vaxtiylə “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə quduz işğalçı xislətini ortaya qoyan Paşinyan, hərbi-diplomatik platformada yaşadığı daramadağından sonra itaətkar qonşu rolunu oynamaqdadır. Cəmi 4 il öncə quduz işğalçı rolunda çıxış edən, cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizi belə raket zərbələrinə məruz qoyan Ermənistanın bu gün itaətkar qonşu kimi ölkəmizin bütün tələblərinə “bəli, bəli” deməsi, İlham Əliyev fenomeninin böyüklüyündən, təkrarsızlığından xəbər verir. Bu reallıq sübut edir ki, Azərbaycan 4 il əvvəl olduğu kimi bu gün də milli maraqları uğrunda əzmlə mübarizə aparmaqda, bu mübarizənin hər səhifəsini yeni qələbələrlə zənginləşdirməkdədir. Və bu gün Azərbaycana diş qıcamağa çalışan hər bir dövlətin aqibəti Ermənistanın aqibətindən fərqlənməyəcək.
Seymur ƏLİYEV