“27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov bildirib. Milli Qəhrəman qeyd edib ki, məhz 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi, 30 illik erməni işğalına son qoydu, ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndi:
“44 günlük Vətən müharibəsi nəticəsində 30 ildən artıq bir dövrdə bütün dünyanın guya həll edə bilmədiyi Qarabağ münaqişəsi şanlı ordumuz tərəfindən birdəfəlik həll edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uzun illər müdrikliklə aparılan daxili və xarici siyasət öz məntiqi nəticəsini vetdi. 44 günlük müharibə unikallığı ilə dünya hərb salnaməsinə qızıl hərflərlə yazıldı.
Bu möhtəşəm qələbəni bizlərə bəxş etmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə və yenilməz komandana-Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Seymur ƏLİYEV