Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
Ekskluziv
Oxunub: 1581
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
Hansı fənlər tədrisdən çıxarılmalıdır?
 
Elə yazının əsas xəttini,  başlıca mətləbini ən birinci cümlə kimi də qeyd edək: Orta məktəblərdə  Texnologiya, Musiqi və Təsviri incəsənət kimi fənlərin tədrisinə ehtiyac yoxdur. Onsuz da həftədə yalnız  1 saat tədris olunan və müəllimlərin bir qisminin belə motivasiyasız yanaşdığı bu fənlərə şagirdlərin münasibəti formaldır.
Hörmətli oxucunun bu cümləyə münasibəti təbii ki, birmənalı olmayacaq. Elə isə yazının əsas təhlil və təklif hissəsinə keçək:
 
Əvvələ onu qeyd edək ki, hər hansı fənnin tədrisdən tamamilə çıxarılmasının qəti tərəfdarı deyilik. Bu, ən azından, həmin predmeti tədris edən çoxsaylı müəllim kütləsinə qarşı haqsızlıq olar. Amma iki təklifi elə yazının əvvəlindəcə təqdim  etmək tam yerinə düşər: birincisi, hazırda dünyanın  bir çox ölkələrində, xüsusən də Britaniya təcrübəsində bir neçə fənnin birləşdirilərək konkret bir predmet şəklində tədrisi nümunəsi var. Məsələn, Britaniya məktəblərində təbiətyönümlü fənlər: biologiya, kimya, fizika və coğrafiya artıq ayrı-ayrı deyil, konkret bir fənn, bir dərslik şəklində tədris olunur. Qısası, fənlərin inteqrasiyası məsələsi artıq son bir neçə ildə dünya təhsil sistemində daha da sürətlənib  və proses artan xətt üzrə də davam edir. Odur ki, bu prosesin bizdə də start götürməsi o qədər də yanlış addım olmaz. Ən azından, pilot olaraq, bu layihəyə başlamalı, monitorinqlər nəticəsində effektivlik dərəcəsini müəyyən etməli və məhz buna görə konkret addım atmaq mümkündür. Adını çəkdiyimiz hər üç predmet əsas fənn bloku kimi tədrisdən yığışdırılsa da, onların fəaliyyətini yenidən davam etdirmələri və öz kurrikulum prinsipləri əsasında şagirdlərə müsbət təsirlərini davam etdirməkdən “Həyat bilgisi” fənninə birləşdirilməsi çox müsbət hadisə kimi səciyyələndirilə bilər. Bu zaman I-XI siniflərdə tədris edilən “Həyat bilgisi” fənninin proqramı daha da zənginləşər, həm də bu 3 predmetin müəllimləri xüsusi kurs keçdikdən sonra “Həyat bilgisi” kurrikulumu üzrə dərsləri aparmış olarlar. Bu, onların dərs saatlarına da müsbət təsir etməklə, əmək haqqılarına da cüzi şəkildə də olsa  təsir göstərər. 
İkinci bir təklif isə həmin fənlərin fakültətiv fənlər kimi tədrisi məsələsidir. Fakültətiv fənlər əsas fənn bloklarından fərqli olaraq şagirdlər üçün icbari deyil, könüllü xarakter daşıyır və dərsdənkənar öyrənim prosesi olaraq onların seçiminə əsaslanır. Bu zaman biz seçimi şagidlərin ixtiyarına  buraxmaqla həqiqətən də Texnologiya, Musiqi və Təsviri incəsənət fənlərinə olan real maraq və münasibəti aydınlaşdıra biləcək, bu seçimlər əsasında şagirdlərin formalaşmış maraq dairələrindən xəbərdar olmuş olacağıq. Məhz bu amil şagirdlərin sonrakı karyera inkişaf mərhələsində, özünü təsdiq edəcək profili tapma aşamasında çox gərəkli olacaqdır. 
 
İndiki halda isə şagirdlərimizin çox təəssüf olsun ki, hər üç predmete maraq və münasibəti həddindən artıq formaldır. 
 
Tədrisi mütləq olan fənlər
 
Təhsilimizdən danışarkən, çox zaman neqativ fikirlər səsləndirir və az halda arqumentlərə varırıq. Təbii ki, neqativliyi yaradan bir çox səbəblər var və onlara ən azından bu yazıda toxunmaq fikrində deyilik. Problemin həll yollarından biri də tədris mühitinin rəngarəngliyini yaratmaqdır. Şagirdlərimizin məktəbə münasibətinin bir çox hallarda zəif olmasının səbəbi onların məktəb mühitində darıxmalalarıdır. Biz şagirdlərimizi xoşbəxt görə bilmirik. Onlar tədris prosesindən zövq ala və aldıqları nəzəri-təcrübi biliyi özləri üçün həyati tətbiq amilinə çevirə bilmirlər... Bu isə çox böyük çatışmazlıqdır. 
İstər klassik, istərsə də dövrün tələbinə uyğun şəkildə yeni tədris olunmalı olan fənlər təkcə akademik yüklənmə funksiyası daşımamalı, o cümlədən, şagird zehni üçün çatımlılıq yaradıb orada işıq yandırmalıdır. 
 
Bu məntiqdən yola çıxaraq orta məktəblərdə tədrisi vacib sayılmalı bir neçə predmeti qeyd edək:
 
Şahmat- Bugün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir! Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. Amma necə:
 
1)Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi;
2) Zəka dünyasına yolçuluq kimi -onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;
3)Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi..
4) Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması DÜŞÜNƏN ŞAGİRDİ cəmiyyətə daha tez qazandıracaq
 
Təəssüf ki, bu gün məktəblərə yalnız universitetə qəbul prosesinə hazırlıq dövrü kimi yanaşılır. Şagird sanki ancaq və ancaq ona görə məktəbə gəlir ki,  universitetə daxil olsun. Məktəb fərdi şəxsiyyətə çevirən, insanı gələcəkdə şəxsiyyət kimi yetişdirən formulları üzə çıxaran bir tədris, tərbiyə, ən əsası özünüdərk məkanıdır. Bu gün həm də ona görə məktəbdən qaçırıq ki, o bizi analitik məlumatlarla yükləyir. Məktəb özünü sevdirə bilmir, nüfuzunu itirib, formal bir müəssisəyə çevrilib. Şahmat və onun kimi bir neçə predmetin tədrisi isə şagirdlərdə özünəinamı, fərqli təfəkkür çalarlarını üzə çıxarmış olacaq. 
 
Şagirdlərə keçirilən şahmat dərsi şagirdin şüuraltında öz sözünü deyəcək. Məktəblərdə şahmat şüuraltı mexanizm, intellektin şüuraltı xidmətçisi kimi çıxış etməlidir. Bunu klassik şahmat dərslərindən fərqləndirməliyik. Akademik, qəliz üslubda tədrisə ehtiyac yoxdur. Kifayət qədər əyləncəli, maraqlı şəkildə keçirilə bilər. Burada yarışa çıxacaq insan deyil, daha məntqili, manevr qabiliyyətli, strateji düşünmə bacarığına sahib insan yetişdirmək üçün şahmatdan istifadə etməliyik. 
Əgər belə bir addım atılacaqsa, təbii ki, ilk növbədə şagirdlər üçün ayrıca dərslik hazırlanmalıdır. Hazırlanacaq dərslikdə də bu xətt izlənilməlidir. Şahmatla bağlı bir çox əsərlər və filmlər var. Həmin dərslikdə bunlar öz əksini tapmalıdır. Bununla bağlı analitik məqalələr, şahmatın fəlsəfəsi, strateji tərəfləri vurğulanmalıdır. Şahmat və diplomatik təfəkkür, şahmat və intellektual təfəkkür, şahmat və İT məsələlərinə yer verilməlidir. Bundan qazanan təhsilimiz və cəmiyyətimiz olacaq. 
 
Media savadlılığı dərsi – Əvvəlcə qeyd edək ki, ad bizdə yanılqı yaratmamalıdır. Media savadlılığı demək, jurnalistika, sözün birbaşa mənasındakı media kimi anlaşılmamalıdır. Bu predmet informasiya xaosunda, hər gün milyardlarla informasiyaların axın etdiyi dövrdə onunla necə davranmaq və təsirləri haqqında bilgiləri başa düşülməlidir. 
 
İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır.
 
Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.
 
Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir.
 
XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır”.
 
Süni intellekt – Bu predmetin ayrıca fənn kimi tədrisinə isə sadəcə olaraq gecikirik. Hazırda ölkədə fəaliyyət göstərən müxtəlif STEAM mərkəzləri var ki, onların əsas məqsədi süni intellekt üzərində işlərdir. Lakin sırf süni intellekt dərsləri məktəblərimizdə keçilmir. İnformatika fənni özü belə bir neçə il olar ki, normal bir predmet kimi məktəblərimizdə qəbul olunub. STEAM tədris mərkəzlərində süni intellekt meyarları həyatı tətbiq bacarıqları üzərində şagirdlərə daha yaxşı çatdırılmalıdır. Ali təhsil müəssisələrində isə bu gün birinci ixtisas qrupu üzrə Rİ alt qrupundan imtahan verənlər İT əsaslı ixtisasları seçə bilirlər. Burada informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması kimi istiqamətlər daxildir. Bir neçə universitetdə robotexnika ixtisası var. Robotexnika bakalavr səviyyəsində artmalıdır. İT əsaslı ixtisasların tədris olunduğu bütün universitetlərdə artıq robotexnika olmalıdır. Süni intellekt isə sadəcə magistr və MBA pilləri üzrə var. Fikrimcə, bu da artmalıdır. Biz həm orta, həm də ali məktəb səviyyəsi üzrə bu istiqamətlərdə uğurla hərəkət etməyi bacarmalıyıq.
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Oxşar xəbərlər
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
26 Sep 2024 | 14:45
İlk köç karvanı Cəbrayıla çatdı, açarlar təqdim olundu
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq