“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
Ekskluziv
2850
26 Sep 2024 | 18:10

“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”

Sabir Rüstəmxanlı: “Kim əlinə qələm alıb nəsə yazırsa, elə bilir ki, bu, ədəbiyyatdır”

 

“Təəssüflər olsun ki, bu gün ölkəmizdə ədəbiyyatın “böyründə”  anti-ədəbiyyat da inkişaf edir”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O, qeyd edib ki, ədəbiyyat adına qələmə verilən bu cızma-qaralar sərsəmləmədən başqa bir şey deyil:

 

“Bəzən ortaya elə cızma-qaralar atılır ki, bunlar ədəbiyyata dəxli olmayan, onun sərhədlərindən kənarda olan şeylərdir. Lakin bunu ədəbiyyat kimi sırıyır, ədəbiyyat kimi qələmə verməyə çalışırlar. Hansı ki, bu yazılar bədii dəyərlərdən, estetikdadan uzaqdır. Bunlar klassik ədəbiyyatımıza dodaq büzən, böyük ədəbi ənənələrimizə biganə yanaşan sərsəmləmələrdir. Kim əlinə qələm alıb nə yazırsa, elə bilir ki, bu ədəbiyyatdır. Bütün bunlar təəssüf doğurur”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər