“Basarkeçərə köçürülmüş C.Cabbarlı adına İrəvan teatrını qoruyub saxladım... Amma...”
Ekskluziv
Oxunub: 1536
23 Sep 2024 | 16:30
“Basarkeçərə köçürülmüş C.Cabbarlı adına İrəvan teatrını qoruyub saxladım... Amma...”
“Az məhsul verən kənd kimi ilk növbədə Azərbaycana köçürülməsi nəzərdə tutulan Babacan kəndinin camaatını xaricdən ermənilərin yerləşdirilməsi nəzərdə tutulan Qaraiman kəndinə köçürdüm. Köçürülmüş, talan edilmiş Qanlı, Kərkibaş kənd kolxozlarını bərpa edərək onların mal-heyvan və torpaqlarını Tüsküllü kəndində yaşayan ermənilərdən alıb öz kolxozlarına qaytardım...”

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının  sizlərə təqdim edəcəyimiz “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı” başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir. 

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli  Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

(Əvvəli burada: )

 
Ermənilər 1948-ci ildə əməli işə keçdilər; Qarabağlar rayonunu ləğv edib Vedi rayonu ilə birləşdirdilər. Hər iki rayonun azərbaycanlı katibləri və icrakomları vəzifədən kənarlaşdırıldılar. R.Azgeldyan birləşmiş Vedi rayonuna birinci katib, Q.Akopyan isə rayon icraiyyə komitəsinin sədri təyin edildi...
 
Ermənistanın 7 rayonunda olan 7 ikinci və üçüncü katib, 6 rayonda olan icraiyyə komitə sədrləri, mərkəzi aparatlarda işləyən bir neçə azərbaycanlı bu və ya başqa adlarla işdən kənarlaşdırıldılar. Respublikadakı Azərbaycan dilində olan Pedaqoji, Kənd Təsərrüfatı və Ticarət texnikumları bağlandı. 1928-ci ildə İrəvanda təşkil edilmiş Cəfər Cabbarlı adına Azərbaycan Dram teatrını respublikanın  ən ucqar rayonuna, heç elə bir geniş klubu olmayan, rayon mərkəzi ermənilərin yaşadığı kənd olan Basarkeçərə göndərdilər.  Mən birtəhər bu teatrı qoruyub saxladım. Bir neçə dəfə məsələ qaldırdım ki,  Basarkeçərdə teatr saxlamaq üçün şərait yoxdur. Mənim qaldırdığım məsələyə kömək əvəzinə, Nazirlər Sovetinin sədri  Karapetyan və  MK-nın II katibi Vazgen Qriqoryan dedilər: “Sən qərar qəbul et, məsələ qaldır, biz teatrı ləğv edək”. Mən bu tələbi rədd etdim. Yenə teatrı bir yolla saxladım. Ancaq 1948-ci ilin sonunda məni işdə qalmaq şərti ilə Moskvaya oxumağa göndərdilər. Məni əvəz edən Ağayan fürsətdən istifadə edib teatrın ləğv olunması haqda qərar qəbul etdi və həmin qərarı respublika hökumətində təsdiq elətdirdi...
 
Rayonlarda Azərbaycan və erməni dillərində nəşr edilən 13 rayon qəzetindən 9-u bağlandı, 4-ndə isə Azərbaycan dilində olan səhifələrə olduqca az yer verildi...
1948-ci ilin kənd təsərrüfatı mövsümü qurtaran kimi Vedi, Zəngibasar, Üçkilsə, Qəmərli, Paşalı, Axta, Qaranlıq, Bayazit, Böyük Qarakilsə və başqa rayonlardan camaatı zor-xoş köçürməyə başladılar. Onların kəndlərdə qalan əmlaklarına isə ermənilər sahibləndi. Zavallı azərbaycanlılar: uşaq, qadın, qoca ev-eşik əşyalarıyla İrəvan, Qəmərli, Şirazlı, Dəvəli dəmiryol stansiyalarına töküldülər. Soyuqda həftələrlə stansiyalarda qaldıqdan sonra onlara yalnız boş yük vaqonları verilirdi. Kimi maşın, kimi ulaq, kimi nə ilə bacarırdı – onunla köçünü, yükünü vağzala daşıyırdı. Düzünü deyək ki, Azərbaycanda da onları yaxşı qarşılamadılar. Həftələrlə  stansiya, küçə və yollarda qalan əhalinin  çox hissəsi  qohumlarının, köhnə dost-tanışlarının, öz xalqını sevən vicdanlı soydaşlarının evində, həyətində müvəqqəti yerləşdilər. Çox əziyyət korluq və əziyyət çəkdilər. Bəzi hallarda xəstəliklər də yayıldı. Xülasə, Ermənistandan xoşla köçməyənləri zorla köşürtdülər...
 
1948-ci ilin sonunadək, demək olar ki, respublikada artıq məsul işdə azərbaycanlı qalmamışdı. Həmin ilin sonunda  məni də Moskvaya bir illik oxumağa göndərdilər. Bu müddətdə Basarkeçərdə raykom  katibi işləyən Ağayan ermənilərlə qarışıq yaşayan Qızılvəng,  Yarpızlı kənd camaatını, tam azərbaycanlılar yaşayan Kərkibaş, Qanlı kəndlərindəki soydaşlarımızı köçürüb torpaqlarını, mal-qaralarını yaxınlıqdakı Tüsküllü kəndlərində yaşayan ermənilərə vermişdi. Rayonda nəşr edilən “Stalin yolu” qəzetinin adını dəyişib ermənicə “Stalinyan uği” qoymuşdu. Bundan başqa, qərar qəbul edib Basarkeçərə göndərilmiş C.Cabbarlı adına Azərbaycan teatrının ləğv edilməsini xahiş etmişdi. Elə Ermənistan hökumətinə də bu lazım idi. O da qərar qəbul edib həmin teatrı bağladı...
Köçürülmə işinin başlanması, rayonda rəhbərliyin ermənilərə tapşırılması və s. səbəblər nəticəsində 1949-cu ildə rayon üzrə heç bir plan yerinə yetirilmədi.  Əkin üçün 12 min sentner toxum çatışmırdı. Nazirlər Sovetinin sədri S.Karapetyanın on günlərlə rayonda təhkimçi  kimi qalmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdi. Rayon qeyri-mütəşəkkil vəziyyətə düşmüşdü. Rayonda bir neçə kolxoz tam bərbad hala qalmışdı. Elə vəziyyət yaranmışdı ki, qışda tövlədə mala baxan yox idi.  Mala baxan bir günlük iş üçün 1 pud taxıl və ya 3 gün üçün bir toğlu tələb edirdi...
 
Elə oldu ki, 1949-cu ilin sonunda mən yenə də Basarkeçərdəki işimə qayıtdım. Çatışmayan toxumu əldə etdik. İşə mane olan bütün səbəbləri aradan qaldırdıq.  Böyük intizam yarandı. Nəticədə 1950-ci ildə yüksək məhsul aldıq... 
 
Köçən adamlar qayıdanda isə kolxoza qəbul olunması qadağan edilsə də, mən onlara torpaq verib işə qəbul edirdim. Qayıdanlardan Hüseyn Həsənovu Daşkəndə sovet sədri,  Şahbaz İbrahimovu Pənbək kəndinə kolxoz sədri təyin etdim...
 
Az məhsul verən kənd kimi ilk növbədə Azərbaycana köçürülməsi nəzərdə tutulan Babacan kəndinin camaatını xaricdən ermənilərin yerləşdirilməsi nəzərdə tutulan Qaraiman kəndinə köçürdüm. Köçürülmüş, talan edilmiş Qanlı, Kərkibaş kənd kolxozlarını bərpa edərək onların mal-heyvan və torpaqlarını Tüsküllü kəndində yaşayan ermənilərdən alıb öz kolxozlarına qaytardım. Rayonda intizam möhkəmləndi.  Məhsuldarlıq artdı. Ümumi vəziyyət sabitləşdi...
 
(Davamı var)
 
Moderator.az-dan materialda bəhs edilən Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı haqda qısa arayış:
 
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlamışdır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur. 1886-cı ildən teatra görkəmli maarifpərvər, pedaqoq Firudin bəy Köçərli rəhbərlik etmişdir. Onun rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Müsyö Jordan və dərviş Məstəli şah" , "Hacı Qara" , Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" və sair pyesləri tamaşaya hazırlanmışdır. 1895-1945-ci illər arasında teatra Yunis Nuri rəhbərlik etmişdir. XX əsrin əvvəllərində İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanmışdır. 1928-ci ildə teatr dövlət statusu almışdır. 1935-ci ildə isə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilmişdir. 1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərmiş və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürülmüşdür. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırılmış və əvəzində həmin bazada xalq teatrı təşkil olunmuşdur. Nəhayət, 1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidən bərpa olunmuş və İrəvan şəhərinə köçürülmüşdür. Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinə qarşı iddia irəli sürən erməni quldurları 1988-ci ildə teatrın ləvazimatlarını yandırmışlar. Bundan sonra İrəvan teatrı Bakıda - Azərbaycan Akademik Milli Dram Teatrının nəzdində teatr - studiya kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən teatra tanınmış aktyor İftixar Piriyev rəhbərlik edir. 2008-ci il fevral ayının 8- də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən Məmməd Əmin Rəsulzadə adına Mədəniyyət Sarayı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Bununla da, ilk dəfə İrəvan teatrının ilk daimi binası oldu. İrəvan Dövlət Azərbaycan Dram Teatrı son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olmuşdur...
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
11:32, Bu gün
Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:13, Bu gün
İlham Əliyev Zəfər parkında oldu
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”