"Sən nə biləsən, işğal rejiminə sədaqətlə qulluq etməyin xoşbəxt sonluğu olmur...”
Ekskluziv
Oxunub: 1592
23 Sep 2024 | 11:05
“ ...BDU-nun elmi katibi Əli Məmmədbəyova əmlakı müsadirə olunmaqla 10 il iş verilir..."
 
"Belə tale, həm də bu gün sovet adamı, sovet ədaləti və humanizmi kimi anlayışları nostalji ilə xatırlayanlara növbəti bir ibrət dərsidir..."

“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...

(Əvvəli burada: )

Elmi katib: Əli Məmmədbəyov
 
(Qeyd edim ki,Ə.Məmmədbəyov haqqında olan bu materiallar ilk dəfə elmi dövriyyəyə bizim tərəfimizdən daxil edilmişdir- B.Ə.)
 
Repressiyaya məruz qalan BDU müəllimlərindən biri də, həbs olunarkən Universitetin elmi katibi işləyən Məmmədbəyov Əli Əhməd oğlu olmuşdur Cinayət işinin materialının üstündə onun həbsinin başlanğıc tarixi 16 aprel 1938-ci il, qurtarması isə, təxminən üç ay sonra,15 iyun 1938-ci il göstərilmişdir.
 
Anket məlumatına əsasən 1898-ci ildə Dərbənd şəhərində dünyaya gələn Əli müəllim “Azərbaycan Sovet Ensiklopediyasının (Bundan sonra ASE-B.Əziz) işçisi, Azərbaycan Dövlət Universitetinin müəllimi və elmi katibi” olub.
 
16 aprel 1938-ci ildə başlayan istintaq işlərindən aydın olur ki, müstəntiq ilk dindirmədə Ə.Məmmədbəyovun əks-inqilabçı millətçi, qiyamçı təşkilatın üzvü olmasını heç cür sübut edə bilməyib. Axı üzvü olmadığı təşkilatın işində iştirak etmək haqqında nəyi və necə deməli olduğunu yazıq Məmmədbəyov haradan bilsin...
 
İlk istintaq zamanı müstəntiq ondan, sanki artıq əks-inqilabi təşkilatın üzvü olduğu sübut olunubmuş kimi, bu təşkilatda daha kimləri tanıdığını, onu kimlərin buraya cəlb etdiyini soruşub. Əslində bu həm də psixoloji təzyiqlərdən biri olmaqla istintaq altında olanı hövsələdən çıxarmaq, əsəbiləşdirərək, daha çox səhvə yol verməyə təhrik etmək məqsədi daşıyırdı. Müstəntiq ona səmimi olmağı, istintaqla əməkdaşlıq etməyi təklif etsə də, heç bir nəticəsi olmur.
 
Birinci istintaqdan sonra üç nömrəli metodun - işgəncənin tətbiqi ilə vəziyyət tamamilə dəyişib. Məhz bundan sonra işgəncələrə dözməyən Ə.Məmmmədbəyov istintaqa sərf edən ifadələr verməyə başlayır.
 
Müstəntiq sanki sübut edibmiş kimi ona deyib: “Sən millətçi təşkilatda olarkən Vəli Xulufludan başqa digər rəhbər iştirakçılarla da əlaqədə olmusan. Bu məsələ ilə bağlı daha geniş məlumat verin”. 
Artıq hansı ifadəni verməyin lazım olduğu “başa salınan” Əli müəllim əks-inqilabi millətçi təşkilata o zamanlar S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti adlanan indiki Bakı Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov tərəfindən cəlb edildiyini və təşkilatla da məhz onun vasitəsi ilə əlaqə saxladığını bildirib.
(…)
Maraqlıdır ki, bu istintaqdan xeyli əvvəl, daha doğrusu, 1937-ci ilin oktyabr ayının 11-də B.Həsənbəyova SSR Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyasının iclasında ölüm hökmü verilib və bu hökm 1937-ci il oktyabrın 12-də yerinə yetirilib. Qəribəsi budur ki, B.Həsənbəyovun 239 səhifədən ibarət olan istintaq işində müstəntiq rektorun guya mövcud olmuş əim(əksi-inqilabçı müsavatçı- S.L.) qrupunun tərkibində Ə.Məmmədbəyovun olduğunu bir yerdə də olsun qeyd etməyib, adı çəkilməyib. İndi birdən-birə güllələndikdən sonra onun adından Əli müəllimin əleyhinə ifadələr alınması xeyli suallar doğurur.
 
Böyük bir cinayətkar qrupu “uğurla ifşa” etmək ərəfəsində olan müstəntiq Ə.Məmmədbəyovdan B.Həsənbəyovun qrupuna kimlərin daxil olduğunu soruşduqda o, əvvəlcə BDU-da çalışan yeddi adamın adını çəkib, bir qədər sonra isə "unutduğu" digər adamların da adını söyləyib.
 
“1. Ağamir Məmmədov - ADU-nun kitabxanasının direktoru.
2. Əhməd Kazımov - fəlsəfə kafedrasının dosenti. 
3. İsrafil Axundov - siyasi iqtisad kafedrasının dosent əvəzi. 
4. Əbdül Yusifov - ADU-nun partiya təşkilatının katibi. 
5. Xasay Abbasov - tələbə, ADU-nun tələbə həmkarlar təşkilatının sədri. 
6. Baba Babayev - ADU-nun hazırlıq şöbəsinin müdiri. 
7. Əlihüseyn Biləndərli" .
 
Onu da bildirək ki, bu adamlardan bir qismi Əli müəllimin istintaqından bir neçə ay əvvəl, qalanları isə elə həmin vaxtlarda güllələnməyə məhkum edilmişdi. Ə.Məmmədbəyov ifadəsində B.Həsənbəyovun qrupunda Universitetin tarix fakültəsinin dekanı, professor B.N.Tixomirovun, professor Ə.S.Qubaydullinin, komsomol komitəsinin katibinin də olduğunu bildirib.
 
"Mən Həsənbəyovun qrupunun bir iştirakçısının adını çəkməyi unutmuşam... həmçinin Azərb. SSR Xalq Maarif Komissarı, Pedaqoji texnikumun keçmiş direktoru Abbas Yusifov...”
(…)
Əli müəllimin istintaq işinin içərisində onun həbsindən altı ay əvvəl “1. milli respublikaların SSRİ-dən silahlı yolla ayrılmasına hazırlaşan və vahid türk-tatar dövlətinin yaradılmasına çalışan Ümumittifaq əks-inqilabi pantürkist təşkilatın mərkəzinin üzvü olduğuna; 2. Pantürkist təşkilatda bilavasitə fəal iş apardığına və Tatarıstan, Özbəkistan, Krım və Azərbaycanda təşkilata yeni-yeni üzvlər cəlb etdiyinə; 3. Ziyanverici-təxribatçılıq qrupu yaratdığına və Azərneftkombinatın mədənlərində bir sıra ziyanverici aktlar təşkil etdiyinə; 4. Türk, alman və yapon kəşfiyyatlarının casusu kimi fəal iş apardığına görə”
qondarma ittihamlarla təqsirləndirilərək həbs edilmiş və güllələnmiş BDU-nun müəllimi, tarixçi professor Əziz Qubaydullinin ifadəsi maraq doğurur...
 
4-5 avqust 1937-ci il tarixindəki istintaqında Əziz Saleh oğlu Qubaydullin göstərir: “Mən pantürkistlərin içərisində əks-inqilabçı mövqeli, SSRİ ərazisində pantürkist dövlət yaratmağıqarşısına məqsəd qoyanlardan aşağıdakıların adlarını çəkə  bilərəm: ...12. Əli bəy Məmmədbəyov-ADU-nun elmi katibi...
 
Vəli Xuluflu mənə bildirdi ki, əks-inqilabçı-millətçi təşkilata məndən başqa həmçinin aşağıdakılar daxildir: ... 8. Əlibəy Məmmədbəyov – ADU-nun elmi katibi, Vəli Xuluflunun yaxın dostu, Həsənbəyovun adamı (hər ikisi həbs olunub). 1936-cı ildə ADU-da mənimlə söhbət zamanı pantürkist və yerli millətçi fikirlər söylədi. ADU-nun akademik heyəti arasında millətçi təbliğat aparırdı”.
 
Təəccüblüdür ki, Ə.Qubaydullinin işinin içərisində bu ifadəyə rast gəlmədik. Bu da ifadənin əslində saxta olduğunun göstəricisidir.
 
.
1938-ci il iyulun 8-də Əli Məmmədbəyovun işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilərək ittiham qərarı hazırlanıb.
“... 1. Əli Əhməd oğlu Məmmədbəyov əks-inqilabçı millətçi təşkilatın iştirakçısı olmuş, bu təşkilata indi xalq düşməni kimi mühakimə olunmuş Vəli Xuluflu tərəfindən cəlb edilmişdir
2. Əim təşkilatla fəal təşkilati əlaqəni Vəli Xuluflu və Balabəy Həsənbəyov vasitəsi ilə aparmışdır.
3. ADU-da praktik şəkildə əksinqilabçı ziyankar fəaliyyətdə iştirak etmişdir. Özünü günahkar hesab etmir.
 
Müttəhim Ə.Qubaydullin, B.Tixomirov və Zəki Yaqubun ifadələri ilə ifşa olunmuşdur. Bunlara əsasən Ə.Ə.Məmmədbəyov Azərb. SSR cinayət məcəlləsinin 64, 72, 73-cü maddələri ilə ittiham olunur və işi Azərb. SSR Fövqəladə Üçlüyünə təqdim olunur”.
 
Fövqəladə üçlük 15 iyul 1938-ci ildə 3 bənddən ibarət olan bu qərarı qüvvədə saxlayıb. XDİK Üçlüyünün qərarı ilə Ə.Məmmədbəyova əmlakı müsadirə olunmaqla 10 il iş verilir. İstintaqsız, vəkilsiz, demək olar ki, qiyabi formada keçirilmiş məhkəmənin qərarı ilə Rusiyanın Belomorsk şəhərindəki həbs düşərgəsinə göndərilən Əli müəllim bununla barışmayıb. Azərb.SSR-də etdiyi şikayətlərin heç bir nəticə verməməsi səbəbi ilə ədalətin bərpa olunması ümidi ilə Moskvaya şikayət məktubu yazıb)Yazıq bilmir ki, bu işlərin başında dayanan elə Moskvadakı yüksək səlahiyyət sahibləri olmuşdu -B.Ə.)
 
“Mən SSRİ EA Azərbaycan filialının ASE-nin redaksiyasının keçmiş elmi əməkdaşı, Azərb. SSR Ali təhsil müəssisəsinin siyasi iqtisad kafedrasının dosentiyəm. 9 aprel 1938-ci ildə Bakıda həbs olunmuşam. Həbsim süni surətdə təşkil olunmuş, istintaq zorla, güclə, kobud, vəhşi metodlarla aparılmışdır. Azərbaycan XDİK-nin müstəntiqləri istintaqı apararkən məni elə həddə çatdırmışdılar ki, demək olar ki, həyatım dayanmışdı. Böhtan, yalan, fitnəkar dolu ifadələrə əsaslanan ittiham müstəntiqlər tərəfindən saxta şəkildə tərtib edilmişdir. Heç bir üzləşdirmə aparılmadı, məhkəməsiz, qiyabi formada Azərbaycan XDİK-nin Üçlüyünün qərarı ilə "əks-inqilabçı element" adı verildi...”.
 
Sonra o, məktubunda neçə il iş aldığını yalnız həbs düşərgəsində öyrəndiyini bildirərək bu qərarın yanlış, təsadüfi olduğunu yazıb.
 
“... 20 yaşından Sovet elmi, mədəni-maarif idarələri və müəssisələrində vicdanla işləyən, heç bir qüsuru olmayan adamın taleyini belə yüngül həll etmək olmaz”.
 
Qeyd edək ki, repressiyaya uğramış xeyli sayda adamlar ona nə qədər iş verildiyini həbs düşərgəsində öyrənib. Bu keçirilən məhkəmələrin, yazılan protokolların nə qədər saxta olduğunu bir daha sübut edir. Bu cür məlumatlar sağ-salamat həbs düşərgəsinə çatanların verdiyi xəbərlərdir. Belə olduqda günahsız yerə güllələnən adamların məhkəməsinin protokollarındakı məlumatlara necə inanaq?
 
Ə.Məmmədbəyov məktubunda heç bir cinayət törətmədiyini, siyasi şantajçı, sosial ziyankar, anti-sovet, anti-bolşevik mövqedə olmadığını, bu səbəbdən tələbələrin ona heç vaxt irad tutmadığını, əksinə, onun siyasi iqtisaddan dediyi dərslərə daha həvəslə gəldiklərini, maraqla qulaq asdıqlarını və bu səbəbdən tələbələrinin onu çox sevdiklərini, vicdanının təmiz
olduğunu bildirib.
Əli müəllim məhz bunları əsas götürüb ona bəraət verilməsini xahiş etmişdir. Ürəkağrıdan bu məktuba təbii ki, müsbət cavab verilmir... 
 
Yazıq Əli müəllim. Sən nə biləsən, işğal rejiminə sədaqətlə qulluq etməyin xoşbəxt sonluğu olmur. Digər tərəfdən, belə tale, həm də bu gün sovet adamı, sovet ədaləti və humanizmi kimi anlayışları nostalji ilə xatırlayanlara növbəti bir ibrət dərsidir.
 
Bu dəfə Əli müəllimin anası Sara Əsgər qızı Məmmədbəyova 31 iyul 1940-cı ildə Moskvaya, L.Beriyaya üçlüyün qərarından şikayət edib, oğlunun günahsız olduğunu, ona qarşı haqsızlıq edildiyini, işi tələb edib yoxlatmasını və nəticəsi barədə ona da məlumat verilməsini “acizanə surətdə xahiş” edib.
Ancaq gecə-gündüz oğlunu düşünən bu zavallı hala salınmış anaya da heç bir cavab verilmir.
 
Həbs edildikdən üç il sonra, 16 may 1940-cı ildə Əli müəllim Moskvaya ikinci məktub göndərib. O, bu məktubunda başına gələnləri sadalayır, etdiyi şikayətləri xatırladır, vəziyyətinin getdikcə pisləşdiyini, həbsindən üç il keçdiyini, heç bir günahı olmadan ağır şəraitdə olduğunu göstərib yazdığı məktubların Bakıya göndərilməməsini, işə Moskvada baxılmasını xahiş edir.
Ancaq bu dəfə Ə.Məmmədbəyova Azərbaycan SSR Prokurorunun xüsusi işlər üzrə müavini Seliverstokun imzası ilə cavab gəlib. Cavabda ittiham hökmü təkrarlanır və sonda qərara yenidən baxılmasına ehtiyac olmadığı göstərilir.
 
Məktubun sonundakı “...Məmmədbəyovun istintaqı getdiyi vaxt Vəli Xulufluya iş verildiyi (əslində güllələndiyi - Boran Əziz) üçün ondan Məmmədbəyov haqqında ifadə alınmayıb” ifadəsi diqqəti daha çox çəkir. Elə təkcə bu istintaqın necə saxta, qurama olduğunu açıq göstərir.
 
Əli Məmmədbəyovun günahsız olması, yalnız Stalin-Beriya cütlüyünün SSRİ-də, M.Bağırovun isə Azərbaycandakı əməlləri üzə çıxarıldıqdan sonra aydınlaşdı. 1956-cı ilin 17 yanvarında vaxtilə Ə.Məmmədbəyovla aspiranturada bir yerdə oxumuş, BDU-nun siyasi iqtisad kafedrasının müəllimi, Axundov Əli Bəhram oğlu, 3 fevral 1956-cı ildə isə BDU-nun iqtisadi coğrafiya kafedrasının müdiri, Ə.Məmmədbəyovun tələbə yoldaşı Əliyev Hadi Bədəl oğlu şahid qismində Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nin müstəntiqinə ifadə veriblər.
 
Hər ikisi Əli müəllimin əim görüşlərinin şahidi olmadıqlarını, belə bir təşkilatın mövcudluğundan və Əli müəllimin də onun üzvü olmağından xəbərsiz olduqlarını, buna inanmadıqlarını, Əli müəllimin savadlı, işə həmişə vicdanla yanaşdığını bildiriblər. H.Əliyev ifadəsində Ə.Məmmədbəyovun rector B.Həsənbəyovla yaxınlığını isə hər ikisinin iqtisadçı olması, K.Marksın "Kapital" əsərinin Azərbaycan dilinə birgə tərcümə etmək istəkləri ilə izah edib. İstintaq işinin yenidən hərtərəfli, obyektiv araşdırılması, şahid ifadələri əsasında 7 fevral 1956-cı ildə yekun arayış hazırlanır. Arayışda istintaq dövründə Ə.Məmmədbəyovun cəmi iki dəfə dindirildiyi göstərilir. Birinci dindirilmədə o, əks-inqilabçı millətçi təşkilatın üzvü olmadığını, ikinci istintaqda isə bu anti-sovet, anti-bolşevik təşkilata V.Xuluflu və B.Həsənbəyov tərəfindən cəlb edildiyini məlum üsulların tətbiqindən sonra "etiraf edib”.
 
Arayışda qeyd edilib ki, işdə adı çəkilən adamlarla üzləşdirmə aparılmayıb, onların işlərinin içərisində Ə.Məmmədbəyovla bağlı ifadələr olmayıb.
 
“Ə.Məmmədbəyov... qeyri-müəyyən və yoxlanılmamış məlumatlar əsasında həbs olunmuş və .... 10 il müddətində azadlıqdan məhrum edilərək İslah Əmək Düşərgəsinə göndərilmişdir. Ə.Məmmədbəyov həbs müddətini çəkərkən 30 iyun 1942-ci ildə vəfat etmişdir. İstintaq Məmmədbəyovun günahını sübut edə bilmədiyindən Azərb. SSR Cinayət- prosessual qanununun 4-cü maddəsinin 5-ci bəndini rəhbər tutaraq təklif edirəm ki, Xüsusi Üçlüyün 15 iyun 1938-ci il tarixdəki qərarı ləğv edilsin”.
Bunu əsas götürən Azərb. SSR Prokurorluğu 12 mart 1956-cı il-də Azərb. SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasına nəzarət qaydasında etiraz göndərib. Cəmi bir həftə sonra, 19 mart 1956-cı ildə məhkəmə Əli Əhməd oğlu Məmmədbəyova bəraət verib.
 
Beləliklə, daha bir günahsız yerə repressiya qurbanı olmuş adam bəraət alıb, üstündən “xalq düşməni” adı götürülür. Əslində bu təkcə Ə.Məmmədbəyovun ailəsi üçün deyil, həm də BDU üçün əhəmiyyətli bir qərar olmuşdur. Bu dolayısı ilə BDU- nun “xalq düşmənlərinin” toplaşdığı bir mərkəz olmadığının da təsdiqi idi…”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
21:18, Bu gün
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
"Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir"
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
GÜNLÜK
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq