“Bəzi insanları respublika rəhbərinə yaltaqlanmaq, vəzifələrini, rütbələrini artırmaq məqsədilə həbs edirdilər…”
Ekskluziv
Oxunub: 1937
21 Sep 2024 | 19:21
“Bəzi insanları respublika rəhbərinə yaltaqlanmaq, vəzifələrini, rütbələrini artırmaq məqsədilə həbs edirdilər…”
“Haqsız yerə həbsə atılan BDU-nun Həmkarlar İttifaqının sədri Xasay Abbasov 4 istintaq keçirdikdən, Bağırova 5 məktub yazdıqdan sonra azadlığa buraxılır…”

“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...

Həmkarlar təşkilatının sədri: Xasay Abbasov 
(Əvvəli burada:i)
 
“…Bu qərarla razılaşmayan X.Abbasov 22 dekabr 1937-ci ildə AK(b)P MK-nin katibi M.C.Bağırova məktub yazıb. O, məktubunda Neft texnikumunda tarix-coğrafiya müəllimi işləməklə yanaşı, ADU-da oxumasını, başına gələnləri, partiyadan əsassız yerə çıxarılmasını, qardaşının bandit olması barədə deyilənlərin doğru olmadığını bildirərək yazıb: “...1934-cü ildə Azərb. SSR XDİK xüsusi şöbəsinin rəis müavini Qavrilov və XDİK-nın Laçın rayon şöbəsinin rəisi Xanlarov bizim kənd sovetində banditlərə qarşı mübarizə aparmaq məqsədilə gizli dəstə yaratdı. Bu gizli dəstənin üzvlərindən biri də qardaşım Qamboy idi. Ona silah və banditlərə qarşı döyüşmək üçün pul verilib. Bu işdə o, 1936-cı ilə qədər çalışıb. 1935-ci ildə kolxoz yaradılanda oradan çıxdı, kolxoza daxil olaraq sədr oldu. 1937-ci ilə qədər işlədi. Hazırda qardaşım Abbasov Qamboy “Qızıl bayraq” kolxozunun üzvüdür ” . O xahiş edib ki, ona qarşı edilən haqsızlıqların aradan qaldırılmasına, əvvəlki müəllim işinə bərpa olunmasına kömək etsin. Eyni zamanda bildirir ki, XDİK Laçın rayon şöbəsinin rəisi Xanlarov indi XDİK-nin özündə yüksək vəzifədə çalışır. Bu məktubdan iki gün sonra, 24 dekabr 1937-ci ildə o, yenidən AK(b) P MK-na yeddi səhifəlik məktub yazıb.
 
O, məktubda ADU-nun ilk partiya təşkilatının qərarını əsassız adlandırıb göstərir ki, bunun nəticəsində onu Neft texnikumundakı müəllimliyindən də azad ediblər. Bundan sonra Xasay ittihamlara bir-bir aydınlıq gətirir.
 
“...1. İki dəfə biletin itirilməsi belə olub: Birinci dəfə 1933, İkinci dəfə 1934-cü ildə. Birinci dəfə tramvayda pul və əşyalarımı cibimdən çıxarıblar. Onda mən hələ ordu sıralarında idim. Azərbaycan diviziyasının partiya komitəsi buna görə mənə töhmət verib yeni bilet verdi. İkinci dəfə 1934-cü ildə oktyabr inqilabının XVII ildönümünün nümayişi zamanı onu mənim cibimdən çıxarıblar. Onda ADU-nun ilk partiya təşkilatı məni partiya sıralarından çıxardı. Ancaq rayon PK-nın bürosu ilk təşkilatın qərarını ləğv edib yenidən partiya üzvlüyünə namizədliyimi bərpa etdi. Bax iki dəfə partiya biletimi itirməyim belə olub. Voroşilov RPK 2 avqust 1936-cı ildə partiya sənədlərimi yoxladıqdan sonra 1933-cü ildə mənə verilən töhməti götürdü. Nəticədə 1936-cı ilin avqustunda mən heç bir töhmətsiz təzə bilet aldım.
 
2. Sosial mənşəyim haqqında: Atam İsmayıl Abbas oğlu oktyabr inqilabına qədər və sonra ortabab kəndli olub. 36 il bundan əvvəl1 atam yeddi ay meşə gözətçisi olub. Ona görə 1927-ci ildə keçmiş pristav Cabbarlı Cəlal (O, partiya sıralarından xaric edilib) mənim atamı kənddə səsvermədən məhrum edib. Ancaq 8 ay sonra Mərkəzdən gələn xüsusi komissiya Laçın rayonunu Müsəlmanlar kəndində yoxlama apardı. İttihamların əsassız olduğunu müəyyən edib atamın hüquqlarını bərpa etdi. Atam çarizmin qatı düşməni olub. İmperator müharibəsi (I Dünya müharibəsi-B.Ə.) dövründə bizim kənddə olan,12 gün davam edən silahlı üsyanda (1899-cu il nəzərdə tutulur-B.Ə) yaxından iştirak edib. Ona görə digər üsyançılarla birlikdə Gorus türməsinə salınıb. O, yalnız 1917-ci ildə çarizmin devrilməsindən sonra azad olunub. O, heç bir vaxt muzdlu əməkdən istifadə etməyib və 1929-cu ildə vəfat edib.
 
Qardaşım İbiş Abbasov Azərbaycanın sovetləşməsindən sonra Laçın rayon milis şöbəsində cinayət axtarış şöbəsinin rəisi olub. 1930-cu ildə iş başında banditlər tərəfindən öldürülüb. Ona görə XDİK anama birdəfəlik min rubl pul verib, ona təqaüd təyin edib. Bu pula isə o özünə bir neçə inək alıb. Bunu görən yerli yoldaşlıq cəmiyyətinin sərdi Məlik oğlu Əliş onu keçmişin qalığı adlandırıb və yağ verməyi tələb edib. Ancaq tələb olunan yağ çox olduğundan bunu verə bilməyibdir. Ona görə qardaşım Qamboyu məsuliyyətə cəlb edib işini məhkəməyə göndəriblər. Məhkəmə isə onu 1 il azadlıqdan məhrum edib. Ancaq tezliklə Ali Məhkəmə yerli məhkəmənin qərarına baxaraq onu ləğv edib və 1931-ci ildə müəyyən edib ki, qardaşım keçmişin qalığı deyil.
 
4. Qardaşım Qamboy 1921-1928-ci illərdə milis xəttilə işləyib, 1922-1925-ci illərdə bizim kənd sovetində İldırımın bandasına və Əliyanlıdakı quldur dəstəsinə qarşı mübarizə aparıb. Hansı ki, bu mübarizəyə yol. Bağırov rəhbərlik edib. Məhz onun rəhbərliyi ilə bu quldur dəstələri məhv edilib. Həmçinin 1930-cu ildə qardaşım Qamboy quldur və qaçaqlara qarşı cəsurcasına XDİK-nın verdiyi silah ilə vuruşub. 1934-cü ildə Azərb. XDİK xüsusi şöbə rəisinin müavini yol. Qavrilov və Azərb. XDİK-in Laçın rayon şöbəsinin rəisi Xanlarov bizim kənd sovetində quldurlara qarşı mübarizə aparmaq üçün gizli dəstə yaratdılar. Bu dəstənin üzvlərindən biri də qardaşım Qamboy olmuşdur. Hətta 1936-cı ilə qədər XDİK verdiyi silah və patron qardaşımda qalırdı. 1935-ci ilin sonunda bizim kənddə kolxoz yaradılanda o, kolxozun sədri oldu. 1937-ci ilin oktyabrına qədər bu vəzifədə işlədi. Hazırda da kolxozda işləyir.
Özüm Abbasov Xasay 1909-cu ildə Laçın rayonunun Müsəlmanlar kənd sovetinin Əlicanlı kəndində anadan olmuşam. 1923-cü ildə kənd məktəbinə getmiş, 1928-ci ildə qurtarmışam. Həmin il komsomol sıralarına daxil oldum. 1928-ci ildə Bakı şəhərindəki S.Ağamalıoğlu adına yer quruluşu texnikumuna girib 1931-ci ildə oranı bitirmişəm. Həmin il ordu sıralarına getdim. 1932-ci ildə ordu sıralarında olarkən partiya sıralarına daxil oldum.1932-ci ildə sınaqdankeçdim və komandir oldum. Müddət bitdikdən sonra hərbi hissənin rəhbərliyinin əmri ilə 4-cü Azərbaycan diviziyasına vzvod komandiri vəzifəsinə göndərildim. Pulemyot vzvodunun komandiri olduğum polkdan 1933-cü ildə uzunmüddətli ezamiyyətə getdim.
1933-cü ildə rayon PK-nin müfəttişi, Karyagin rayonunda şöbə müdirinin müavini, 1934-cü ilin sentyabrından ADU-nun tarix fakültəsinin tələbəsi oldum. Müxtəlif ictimai işlər yerinə yetirdim. Hazırda ADU-da IV kursda oxuyuram.
(…)
Xahiş edirəm, ağır vəziyyətimi nəzərə alaraq işimi yenidən yoxlatdırıb məni partiya sıralarına və əvvəlki işimə bərpa edəsiniz”.
 
X.Abbasov bununla kifayətlənməyib. Bir qədər sonra, 16 yanvar 1938-ci ildə AK(b)P Bakı komitəsinə ərizə ilə müraciət edib. O bildirib ki, 13 oktyabr 1937-ci ildə ADU-nun ilk partiya təşkilatı onu partiyadan çıxarıb və 17 dekabr 1937-ci ildə Voroşilov rayon partiya komitəsi onu təsdiq edib. Xasay bunların doğru olmaması səbəbindən MK-ya məktub göndərməsindən bəhs edib. Sonra məktubun hazırda onlarda olduğunu bildirərək xahiş edib ki, buna birinci növbədə
baxılsın. X.Abbasov AK(b) P MK-nın katibi M.C.Bağırova 26 noyabr 1937-ci ildə dörd vərəqə, səkkiz səhifədən ibarət daha bir məktub yazıb.
 
29 noyabr 1937-ci ildə MK-ya daxil olan məktubdakı məsələlərin araşdırması Kvyatkovskiyə tapşırılıb. X.Abbasov bununla kifayətlənməyərək 26 noyabr 1937-ci ildə SSRİ Müdafiə naziri, marşal Voroşilova, SSRİ XDİK Yejova ərizə ilə müraciət edir. Hər iki məktubun surəti Bağırova da göndərilir. Məktub hər iki üzü makinada yazılmış iki vərəqdən ibarətdir.
Onu da bildirək ki, həbsdə olan bir şəxsin yazı makinasından istifadə edə bilməsi təəccüblü və şübhəlidir.
 
Bir qədər sonra o, M.C.Bağırova əvvəlkilərlə heç nə ilə fərqlənməyən beşinci məktub göndərir. Məktubunun axırında o, M.C.Bağırovdan onu şəxsən qəbul etməyi xahiş edib”.
(...)
1938-ci ilin iyulundan 1939-cu ilin martınadək X.Abbasovun qondarma cinayət işi ilə bağlı 4 istintaq keçirilib.
 
“Təxminən üç ay 10 gün sonra, 26 fevral 1939-ci ildə saat 10-30-da dördüncü istintaq keçirilib. Yeri gəlmişkən, Xasayın istintaqında ilk dəfədir ki, istintaqın başlanması saatı, dəqiqəsi göstərilib. Müstəntiq bu dəfə taktikanı dəyişib ondan əmək fəaliyyəti, doğulduğu yer, ailə üzvləri, qardaşları və s. haqqında danışmağı tələb edib. O, xüsusilə X.Abbasovun qardaşları məsələsində yalan danışdığını, quldurlara qarşı deyil, onlarla birlikdə sovet hakimiyyətinin əleyhinə mübarizə apardıqlarını sübut etməyə çalışıb.
(…)
 
Müstəntiq bununla da istintaqı yekunlaşdıaraq bu barədə protokol tərtib edib. Azərbaycan XDİK DTİ-nin II şöbəsinin VI bölməsinin əməliyyat müvəkkili, DT-nin serjantı yuxarıda deyilənləri nəzərə alaraq qərar qəbul edib.
 
“...XDİK əim təşkilatın Azərbaycan filialında üzə çıxardığı ADU-dan olan üzvü Abbasov Xasay İsrafil oğlu 9 iyul 1938-ci ildə həbs olunub. Onun həbsi üçün əsas əks-inqilabçı millətçi təşkilatın üzvü olan Biləndərlinin, Məmmədbəyovun ifadələri, partiya sıralarından çıxarılmasını, partiya sıralarına daxil olarkən öz keçmişini, iki qardaşının 1930-1934-cü illərdə avantürist qiyamçı fəaliyyətlərini gizlətmələri olub.
 
Abbasov ona qarşı elan edilən ittihamları qəbul etmir. Onun qardaşları ilə bağlı dediklərini XDİK Laçın rayon şöbəsinin keçmiş rəisi Xanlarov, həmçinin Müsəlmanlar kənd sovetinin verdiyi arayış təsdiq edir. Abbasovun əks-inqilabçı millətçi təşkilatın üzvü olduğuna dair istintaq dövründə əlavə sübut əldə etmək mümkün olmayıb. H.Biləndərlinin, Ə.Məmmədbəyovun dedikləri isə Abbasovun işini məhkəməyə verməyə yetərli deyil. İstintaq əlavə sübut əldə etmək imkanına malik deyil. Yuxarıda deyilənləri və Respublika Prokurorunun müavininin nəticələrini nəzərə alaraq qərara aldım: Abbasov Xasay İsrafil oğluna qarşı qaldırılmış cinayət işi dayandırılsın. İttiham olunan Abbasov X.İ. oğlu dərhal azad olunsun. Bu barədə Azərb. SSR Prokurorunun xüsusi işlər üzrə prokuroruna məlumat verilsin.”
 
Beləliklə, 20 mart 1939-cu ildə Xasay Abbasov həbsxanadan azad olunur…”
Kitab müəllifləri saysız-hesabsız repressiya sənədlərinin araşdırmalarından belə bir ibrətamiz nəticəyə gəlirlər:
 
“Həbs olunanların bəzilərini M.C. Bağırova qarşı guya terror aktı hazırlamaqda ittiham etmişdilər. Bunlar M.C.Bağırova yaltaqlanmaq, yarınmaq, onun gözünə girmək, vəzifəsini, rütbəsini artırmaq üçün edilmişdi...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Oxşar xəbərlər
22:52, Bu gün
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
22:49, Bu gün
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
22:46, Bu gün
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
22:43, Bu gün
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
22:34, Bu gün
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
22:25, Bu gün
Zelenski Trampla görüşüb
22:23, Bu gün
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
22:17, Bu gün
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
22:17, Bu gün
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
22:14, Bu gün
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
22:09, Bu gün
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
22:07, Bu gün
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
22:05, Bu gün
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
21:59, Bu gün
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
21:52, Bu gün
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
21:45, Bu gün
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
21:34, Bu gün
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
21:27, Bu gün
Bu çörək zavodu məhkəməyə verildi
21:18, Bu gün
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
GÜNLÜK
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”