Bugünlərdə Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi ölkəsinin Fransa və Hindistanla artan hərbi əməkdaşlığına diqqət çəkib, bu əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb. Həmçinin qeyd edib ki, Ermənistan yeni tərəfdaşlar axtarışındadır və bu istiqamətdə sistemli addımlar atır.
Şübhəsiz, Armen Qriqoryanın bu açıqlaması Ermənistanın müharibə hazırlığı və ölkmizə qarşı beynəlxalq koalisiya yaratmaq cəhdi kimi dəyərləndirilə bilər. Bu bəyanat sübut edir ki, Ermənistan hələ də revanşist niyyətlərlə yaşayır və qarşıdakı mübarizədə tək iştirak etmək niyyətində deyil. İrəvan bu dəfə ölkəmizlə dünya nəhənglərinin əli ilə vuruşmaq istəyir ki, bu da ermənilərin ənənəvi qorxaqlığından və hiyləgərliyindən qaynaqlanır. Lakin İrəvan unudur ki, kiminsə ona hərbi-siyasi dəstək verməsi, onun Ermənistan üçün ölməyə hazır olması demək deyil. Əgər kimsə Ermənistan üçün bu fədakarlığa razıdırsa, Azərbaycan öz yeni qurbanını məmnuniyyətlə qəbul etməyə hazırdı. İrəvan əmin ola bilər ki, məhv ediləcək düşmən əsgərlərinin çoxluğu ordumuz üçün problem olmayacaq. Əksinə, bu bizim qələbəmizi daha da əzəmətli edəcək.
Seymur ƏLİYEV