Quranda nanotoz və maddənin amorf maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) – görəsən fiziklərin xəbəri olubmu?
Ekskluziv
1680
19 Sep 2024 | 11:18

Quranda nanotoz və maddənin amorf maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) – görəsən fiziklərin xəbəri olubmu?

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində, taktiki (dünya həyatı) və strateji (axirət) əhəmiyyətli Mütləq Kitabı olan Quran ayələrinin mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində təqdim edilən “Quranda nanotoz və maddənin amorf-maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) – görəsən fiziklərin xəbəri olubmu?” adlı aktual silsilədən olan növbəti yazını Moderator.az oxucularına təqdim edirik.
 
Quranda nanotoz və maddənin amorf-maye hibrid aqreqat halı ilə bağlı  düşünən insanlara işarələr (eyhamlar)
 
Nanotoz ilə bağlı  düşünən insanlara işarələr (eyhamlar):
 
20.105. (Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: "Rəbbim onları ovxalayıb havaya sovuracaq; 
 
20.106. Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq); 
 
20.107. Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələkötürlük) görməyəcəksən!" 
 
52.10. Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
 
56.5. Dağlar parça-parça olub ovxalandığı 
 
56.6. Və toz kimi səpələndiyi zam
 
69.14. Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - 
 
70.9. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
 
73.14. O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
 
77.10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
 
78.20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
 
81.3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
 
101.5. Dağlar isə didilmiş yun kimi olacaqdır!
 
Quranda maddənin amorf-maye hibrid aqreqat halı ilə bağlı  düşünən insanlara işarələr (eyhamlar):
 
34.10. Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə’ninə tə’riflə deyin!" - deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
 
34.11. (Biz Davuda belə buyurduq: ) "Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!"
 
34.12. Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq. 
 
34.13. Onun (Süleyman) üçün nə istəsə - mə’bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu ne’mətə şükür edin!) Bəndələrimdən (ne’mətlərimə) şükür edəni azdır! 
 
Nəticələr
 
1.Allahın Qiyamət günü dağları ovxalayıb havaya sovurması Quranda Nanotoz ilə bağlı düşünən insanlara açıq-aşkar işarədir (eyhamdır). Müvafiq ədəbiyyat axtarışları ilə müəyyən edilmişdir ki, 14 əsr müddətində Quranda belə bir elmi kəşfin mövcud olması fiziklərin diqqətini cəlb etməmişdir.
 
2. Allahın dəmiri Davud peyğəmbərin əlində əritmədən mum kimi yumşaldaraq ona istədiyi şeyi düzəltməsi dəmirin amorf-maye hibrid aqreqat halında olması ilə bağlı düşünən insanlara açıq-aşkar  işarədir (eyhamdır).
 
3. Allahın misi Süleyman peyğəmbərin əlində əritmədən mum kimi yumşaldaraq ona istədiyi şeyi düzəltməsi misin amorf-maye hibrid aqreqat halında olması ilə bağlı düşünən insanlara açıq-aşkar  işarədir (eyhamdır).
 
4. Müvafiq ədəbiyyat axtarışları ilə müəyyən edilmişdir ki, Quranda maddənin Amorf-maye hibrid aqreqat halı ilə bağlı düşünən insanlara işarələr (eyhamlar) 14 əsr müddətində fiziklərin diqqətini cəlb etməmişdir. Halbuki, Amorf-maye hibrid aqreqat halı potensial Elmi Kəşf timsalında, ilk dəfə olaraq müəlliflər tərəfindən diqqətə gətirilmişdir.
 
Əsas mənbə:
 
1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.
 
Qeyd edək ki, professor R.A.Daşdiyevin Moderator.az saytnda dərc edilən digər aşağıdakı məlumatları da məhz Quran ayələri ilə bağlıdır: 
“Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat. Ilk dəfə 12.11.2023 tarixində (22:35) Moderator.az saytinda dərc  edilmişdir:  //moderator.az/az/cemiyyet/703915/azerbaycan-alimlerinin-quran-ayeleri-esasinda-elmi-hipotezi-foto/
 
“Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/elmvetehsil/767480/zem-zem-suyunun-sirlerinin-acilmasi-istiqametinde-azerbaycanli-alimin-elmi-kesfi/
 
“Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv):  //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd-edilen-4-cu-ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz-allahin-qeyb-elmine-bellidir/ 
 
“Əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc  edilmişdir (Ekskluziv):  //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 05.07.2024 tarixində (10:45) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/quranda-dialektika-qanunlari-ile-izah-oluna-bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi-olubmu/
 
“Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir – lakin bu bir başlanğıcdır...” adlı məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-ilk-elmi-kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-lakin-bu-bir-baslanicdir/
 
“Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı məlumat 08.08.24 tarixində (19:45) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/795985/dergahindaki-lvhi-mehfuz-kitabinin-allahin-kainat-miqyasli-yaddas-sistemi-olmasi-quranda-dusunen-insanlar-ucun-muvafiq-isareler-eyhamlar/
 
Link kopyalandı!
Son xəbərlər