Ekskluziv
3339
18 Sep 2024 | 18:06

"Mədəniyyət Nazirliyi beynəlxalq konsert və layihələrə öz adamlarını göndərir" - İDDİA

Bir qrup ifaçı Mədəniyyət Nazirliyinin əməkdaşlarından narazıdır. Onlar nazirlikdə beynəlxalq konsert və layihələrdə iştirak üçün yalnız öz tanışları, dostlarına şərait yaratdıqlarını və onlardan umacaqları olduqlarını qeyd edirlər. 
 
Bundan narazı ifaçılardan biri də 2017-ci il "Muğam" televiziya müsabiqəsinin birincisi, 2018 - Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, 2019-cu ildə Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının 75 ölkə üzrə birincisi, baş mükafatın sahibi Pərviz Qasımovdur.
 
P.Qasımov Özbəkistanda keçirilən sonuncu böyük tədbirdə Səmərqəndin qalibləri sırasında olsa da, bu gün Özbəkistanda keçirilən Azərbaycan-Özbəkistan dostluq tədbirlərində yer almır. Bəs görəsən, bunun səbəbi nədir ? 
 
Mövzu ilə bağlı ifaçı Moderator.az saytına danışdı: 
 
“Mədəniyyət Nazirliyində müğənnilərin xarici festivallarda iştirakının siyahısını, eyni zamanda repertuarlarını tərtib edən, ölkədaxili və xarici konsertlərin proqramına nəzarət edən Mənzər Nuriyeva adlı xanım şəxsi ambisiyalarına, öz maraqlarına görə hərəkət etdiyi üçün bizi siyahıdan çıxarıb. Mənə çox maraqlıdır, bunun arxasında nə dayanır? Hansı səbəblər var? Böyükmiqyaslı müsabiqələrdə qalibiyyət əldə etmişəm ki, kiminsə ambisiyaları ilə üzləşim? Heç bir tədbirlərə buraxılmayım? Bu nə deməkdir? Mən sənətimlə, konsertlərim, kliplərimlə, gördüyüm ciddi işlərlə hər zaman xalqın gözü önündə olmuşam. Sənətimlə insanların qəlbini fəth etmişəm. Mənə çox maraqlıdır, Azərbaycanda ifaçı ancaq 15 nəfərdənmi ibarətdir?  Azərbaycanın dəyərli xalq artistləri, professorlarımız var, amma gənclərə niyə yer ayrılmır?  Gənclərə niyə hansı səbəblərə görə bu konsertlərdə iştirak etməyə icazə verilmir?”. 
 
İfaçı bunun səbəblərini də açıqladı: 
 
“Səbəbi rüşvətxor insan olan Mənzər xanımdır ki, o, hər ifaçıdan pul alır. Açıq-aşkar etməsə də, bunu fərqli insanların əli ilə edir. Bununla bağlı hara lazımdırsa, müraciət ünvanlayacağam. 
 
Mədəniyyət Nazirliyinin yaxşı işləri də göz önündədir. Amma bəzən aşağı qurumda əyləşən insanlar bütün işləri korlayır. Korlanmasının səbəbi bizim kimi ifaçıların irəlidə olmamasıdır.  Düşünürəm ki, Özbəkistanda keçirilən sonuncu böyük tədbirdə Səmərqəndin qalibləri Simarə İmanova , Zabit Bəbizadə, Xalq artistlərimiz Qoçaq Əsgərov iştirak edib, amma əməkdar artistimiz və sonuncu qalib Pərviz Qasımov yox idi. Niyə? Hansı səbəbə görə? Bəs Almaxanım Əhmədli hansı səbəblərə görə gedə bilmir belə tədbirlərə?”.
Link kopyalandı!
Son xəbərlər