Mühasirəni yarıb düşməni darmadağın edən Vətən Müharibəsi Qəhrəmanı
Ekskluziv
2628
18 Sep 2024 | 18:05

Mühasirəni yarıb düşməni darmadağın edən Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovdur.
 
Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə təhsil alıb. Orxan 1997-1999-cu illərdə isə təhsilini Biləsuvar şəhər 1 nömrəli tam orta məкtəbdə davam etdirib. Ailədə 4 qardaşdan biri olan Orxan Əkbərov uşaq yaşalarında hərbçi olmaq arzusunda idi. Buna görə həm də idmanla məşğul olur və peşəkər boksçu kimi dəfələrlə çempion titulu  qazanır. Hərbçilər arasında da peşəkar boks üzrə keçirilən yarışların qalibi olur. Orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq hərbi təhsilini leytenant rütbəsi ilə başa vurur. 2005-ci ildə Təlim Tədris Mərkəzində təhsilini artıran bacarıqlı kəşfiyyatçı Füzulidəki “N” saylı həbi hissədə tağım komandiri kimi xidmətə başlayır. Daha sonra bölük komandiri kimi çalışan Orxan Əkbərovun daim ön cəbhədə xidmət edib. 
2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında fəal iştirak edib. Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi ona şöhrət gətirib. Qorxmaz kəşfiyyatçı Orxan Əkbərov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandanlıq tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb. Orxan Əkbərov 2008-2020-ci illərdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilib. 
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı polкovniк-leytenant Orxan Əkbərov Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb. Döyüşün ilk günlərində Orxan Əkbərov əsgərlərlə birlikdə kənd Horadiz istiqamətində düşmənin çoxlu sayda xüsusi təyinatlı əsgərinin, silah və texnikasının məhv edilməsində, istehkamlarının darmadağın olunmasında, qəhrəmanlıq, fədakarlıq nümunəsi göstərir. Vətən müharibəsi zamanı kənd Horadiz istiqamətində Orxan Əkbərov döyüşçüləri ilə birlikdə düşmənin xüsusi təyinatlı qüvvələri ilə qarşı-qarşıya gəlib. Yüksək döyüş bacarığı sayəsində mühasirə yarılaraq uğurlu əməliyyat həyata keçirilməsinə rəhbərlik edən igid zabitimiz düşməndən xeyli sayda silah-sursat da hərbi qənimət olaraq götürür. Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Orxan Əkbərov oktyabrın 6-da şəhid olub. Orxan Əkbərov Biləsuvar rayonunda dəfn olunub. İki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr  2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhid polkovnik-leytenantı Orxan Əkbərovun adının əbədiləşdirilməsi istiqamətində Biləsuvar rayonunda böyük işlər görülüb. Onun xatirəsinə vaxtilə yaşadığı evin önündə abidəsi ucaldılıb. Biləsuvar şəhər Musiqi və İncəsənət məktəbi artıq Orxan Əkbərovun adını daşıyır. 
 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Link kopyalandı!
Son xəbərlər