"Makrona demokratiya ilə tanış olmaq lazım gələcək..."
Milli Assambleyanın ali orqanı "Fəth edilməyən Fransa" partiyasının təşəbbüsü ilə təklif edilən impiçment prosedurunu "məqbul" hesab edib.
Moderator.az xəbər verir ki, bu barədə "Le Fuqaro" nəşri yazıb.
Bu, Beşinci Respublikanın tarixində misli görünməmiş hadisədir.
Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyası impiçment haqqında təklifi "məqbul" hesab etmək barəsində qərar verib və bu təklif qanunvericilik üzrə Komitədə, habelə parlamentin ümumi iclasında müzakirə ediləcək. Yeri gəlmişkən, praktiki olaraq bunun qəbul edilməsi şansı yoxdur.
Milli Assambleyanın Bürosu qərar verib. Çərşənbə axşamı ali kollegial orqanın iclasının gedişində aşağı palata orqanı "Fəth edilməyən Fransa" partiyasının təşəbbüsü ilə respublika prezidentinin impiçment prosedurunu "məqbul" hesab edib.
Yaxın bir neçə həftə ərzində qanunvericilik üzrə Komitədə bu təşəbbüsün müzakirəsi aparılacaq. Sonradan, mümkündür ki, analoji debatlar parlamentin açıq iclasında da təşkil ediləcək. Hərçənd, bu prosedurun uğur qazanmaq şansı praktiki olaraq yoxdur, çünki parlamentin üçdə ikisi tərəfindən təsdiq edilməlidir.
İlk dəfədir ki, belə təklif Milli Assambleyanın süzgəc Bürosundan keçir. Orqanın özünün tərkibinin onun müsbət qərar qəbul etməsinə bilavasitə dəxli var. Onlar parlamentdə azlıqda olsalar da, solçu "Yeni xalq cəbhəsi" Büroda çoxluğa malikdir. Bu, iyul ayında Makron partiyasından olan bir çox deputatların seçkilərdə iştirak etməkdən boyun qaçırmasından sonra baş verib.
İndi dörd solçu partiyadan sayca əksəriyyət təşkil edən deputatlar impiçment haqqında təklifin "məqbul" hesab edilməsinə səs verib. Məhz mütəxəssislər uzun zaman tərəddüdlərdən sonra səsvermədə həlledici rol oynayıb.
"Bu prosedurun Assambleya deputatlarının sayca onda birinin imzalandığına və yaxşı əsaslandırıldığına görə bizim Büroda nümayəndələrimiz onun məqbul hesab edilməsinə səs verəcək", - mütəxəssislərin bu ərəfədə dərc etdiyi pres-relizində deyilir.
12 səs lehinə, 10 səs əleyhinə
Əksəriyyətin, sağçıların və "Milli Birlik" partiyasından ibarət düşərgənin müqavimətinə rəğmən, "Fəth edilməyən Fransa"nın təşəbbüsünə baxılacaq, bu təklifin lehinə 12, əleyhinə 10 nəfər səs verib.
"Makronçulara yenidən demokratiya ilə məşğul olmaq lazım gəlib", - bunu "Fəth edilməyən Fransa" fraksiyasının sədri Matilda Pano səsvermə otağının çıxışında heyrətlə deyib və əlavə edib: "Bu, Beçinci Respublika tarixində misli görünməyən hadisədir".
O, 2016-cı ildə respublikaçı deputatların təşəbbüsü ilə Fransua Ollandın impiçment prosedurunun həmin məqamda parlament Bürosunda sağçı əksəriyyətin olmaması səbəbindən qeyri-məqbul hesab edilməsinə istinad edib.
Mütəxəssislər səsvermə üzrə öz qərarını onunla əsaslandırıb ki, "istəniən digər qrupdan" gələn belə təşəbbüslə bağlı eyni qərar veriləcəkdi. "Biz "Fəth edilməyən Fransa"nın diktatına münasibət bildirmirik", - bunu mütəxəssis İnaki Eşaniz bəyan edib.
"Fəth edilməyən Fransa"nın impiçment proseduruna başlamaq qərarı Emmanuel Makronun baş nazir postuna "Yeni xalq cəbhəsi" nümayəndəsini təyin etməkdən imtina etməsinə cavab olub, hərçənd, məhz bu siyasi qüvvə növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə qalib olub.
"Fəth edilməyən Fransa" bu qərarı "hakimiyyətin qeyri-demokratik yolla qəsb edilməsi" adlandırıb.
Yaxın zamanlarda prosedur Milli Assambleyanın qanunvericilik üzrə Komitəsində baxılmalıdır. Onun hətta rədd ediləcəyi təqdirdə prosedur hər-hansı siyasi manevrlərin baş verməyəcəyi təqdirdə sonradan parlamentin ümumi iclasında müzakirə edilə bilər.
Müəllif: Valli Borda (Wally Bordas)