1866
18 Sep 2024 | 12:22

"Rusiya Əfqanıstan və Çeçenistanda olduğu kimi Ukraynada da rüsvaycasına məğlub olacaq" - Nevzorov

 
"İkinci dünya savaşında ABŞ-ın lend-liz üzrə tədarükü olmasaydı, SSRİ-də daş üstündə daş qalmayacaqdı..."
 
Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Tokayev bəyan edib ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir, müharibənin bundan sonra eskalasiyası geriyədönməz nəticələrə gətirib çıxaracaq.
 
Moderator.az xəbər verir ki, bununla əlaqədar olaraq rusiyalı publisist və teleaparıcı Aleksandr Nevzorov öz fikirlərini "nevzorovtv"-də ifadə edib.
 
"Rusiyanın məğlubedilməzliyi barədə iddia lətifəyə bənzəyir. Burada Tokayev özünü əməlli-başlı gülünc vəziyyətə salıb.
 
Tarixən tənbəllik etməyən hər kəs Rusiya ilə mübarizə aparıb və onu sındırıb. Bu barədə hamıdan yaxşısını bilən bu məsələlər üzrə nəhəng mütəxəssis yoldaş Stalin deyib:
 
"Yeri gəlmişkən, Rusiyanın tarixi ona görə baş tutub ki, fasiləsiz ona qarşı mübarizə aparıblar. Monqol xanları, türk bəyləri, isveç feodalları, Polşa-Litva panları, ingilis-fransız kapitalistləri, yapon baronları-hamı geridə qaldığına görə Rusiyaya qarşı döyüşərək onu sındırıb.
 
Rusiyanın hərbi cəhətdən, mədəni cəhətdən, dövlətçilik baxımından, sənayə və kənd təsərrüfatında geridə qaldığına görə bunu edə biliblər. Ona görə sındıra biliblər ki, bu, gəlirli olub və cəzasız qalıb" (İ.V.Stalin, 4 fevral 1931-ci il).
 
İkinci dünya savaşında ABŞ, İngiltərə və anti-Hitler koalisiyasının digər ölkələrinin yardımı olmasaydı, SSRİ-də daş üstündə daş qalmaycaqdı.
 
Stalin 1943-cü il Tehran konfransında deyib: "Mən sizə sovet nöqteyi-nəzərincə prezident və Birləşmiş Ştatların bu müharibədə qələbə üçün nə etdiklərini demək istəyirəm. Bu müharibədə ən vacib şeylər maşınlar olub. 
 
Birləşmiş Ştatlar sübut edib ki, onlar ay ərzində 8-10 min təyyarə istehsal edə bilir. Rusiya ay ərzində ən çoxu 3 min təyyarə istehsal edə bilir. İngiltərə ayda 3-3, 5 min əsasən ağır bombardmançı təyyarə istehsal edir.
 
Beləliklə, Birləşmiş Ştatlar maşınlar ölkəsidir. Lend-liz üzrə tədarük edilən bu maşınlar olmadan biz bu savaşda məğlub olacaqdıq".
 
Bəli, Rusiya elə sonuncu dəfə Əfqanıstan və Çeçenistan savaşlarında rüsvaycasına məğlub olub. Ukrayna ilə savaşda da məğlub olacaq".
 
Müəllif: Aleksandr Nevzorov
Link kopyalandı!
Son xəbərlər