Şərqi Avropanı su cənginə alıb, Qərbi Avropa od içindədir...
Ekskluziv
1520
17 Sep 2024 | 22:59

Şərqi Avropanı su cənginə alıb, Qərbi Avropa od içindədir...

"Bu, dəhşətdir, mən heç vaxt buna bənzər bir şey görməmişəm, küçədə hər şey od içindədir..."
 
Mərkəzi və Şərqi Avropanı leysan yağışıara və daşqınlara səbəb olan "Boris" ölümcül siklonu cənginə aldığı zaman, qitənin Qərb hissəsində, Portuqaliyada təbii yanğınlar vüsət alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
 
Ölkədə 140 yanğın ocağı qeydə alınıb. Onların söndürülməsinə onlarla təyyarə, helikopter və dronlar, təxminən 1600 vahid yerüstü texnika və 5 minədək adam cəlb edilib. 
 
Yanğınsöndürənlər təbii fəlakətlə mübarizəni davam etdirir, lakin yeni yanğın ocaqlarının yaranması vəziyyəti mürəkkəbləşdirir.
 
"Vəziyyət getdikcə daha da pisləşir, - yerli sakin deyir. - Bu, sadəcə, dəhşətdir, mən heç vaxt buna bənzər bir şey görməmişəm! Küçədə hər şey od içindədir".
 
Əsas yanğın ocaqları ölkənin şimal və mərkəzində qeydə alınıb. Aveyru rayonunda yanğın daha güclüdür.
 
Məmurların sözlərinə görə, son iki gündə bu dairədə yanğınlar 10 min hektardan çox meşə və kolluqları əhatə edib. Yaşayış evləri yanır, onlarla şose yolları yanğın səbəbindən bağlanıb.
 
Hal-hazıra olan məlumata görə, ən azı yeddi nəfər həlak olub, onlardan üç nəfəri yanğınsöndürənlərdir.
 
Portuqaliya hakimiyyəti Avropa İttifaqından su vurulması üçün əlavə təyyarələr xahiş edib. 
 
Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen bəyan edib ki, Avropa İttifaqı ölkənin qəza-xilasetmə xidmətlərinə dəstək üçün 8 yanğın təyyarəsi göndərəcək.
 
Bu arada isə Şərqi Avropa ölkələrində daşqınlar nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb. 7 nəfər Rumıniyada, 4 nəfər Polşada, 5 nəfər Avstriyada, 3 nəfər Çexyada həlak olub.
Link kopyalandı!
Son xəbərlər