"HƏMAS-la atəşkəs və girovların azad edilməsi üzrə sövdələşmə şimalda müharibənin qarşısını ala bilər, lakin bu, az ehtimal edilir..."
Bu gün İsrail "Hizbullah" ilə tammiqyaslı müharibəyə maksimal olaraq yaxındır.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" nəşri yazıb.
Bu, hətta 30 iyuldan 25 avqusta qədər tərəflər araslında ikinci ən təhlükəli dövrünə nisbətən ədalətlidir, nəşr qeyd edib.
Birincisi, bazar ertəsi, sentyabrın 16-da müdafiə naziri Yoav Qalant ABŞ müdafiə naziri Llolyd Ostinə bəyan edib ki, ölkənin şimalında "Hizbullah" ilə problemin siyasi həllinə olan ümidlər tükənir.
İkincisi, baş nazir Binyamin Netanyahu tərəfindən müdafiə naziri Qalantın Qideon Saara dəyişəcəyini daha şayə hesab etməmək olar, bu təyinat, ehtimal ki, Livan terrorçularına qarşı iri əməliyyat ərəfəsində baş tutacaq.
Müharibənin yaxınlaşmasının digər açıq-aydın əlamətləri mövcuddur. Üstəlik, İsrailin siyasi və hərbi rəhbərlyinin böyük bir hissəsi erkən yazdan "Hizbullah"ı daş dövrünə göndərməklə təhdid edir.
Qəzet iddia edir ki, "həm siyasi, həm də hərbi səviyyədə mənbələrdən alınan siqnallar" bu bəyanatların çox ciddi olduğuna dəlalət edir.
Buradan belə nəticəyə gəlmək olar ki, ölkə rəhbərliyi Livan ərazisində "Hizbullah"a qarşı tammiqyaslı hərbi əməiyyata 4-6 həftə ərzində başlaya bilər.
"Nəticədə qış amili rol oynamağa başlayır, - qəzet yazır. - Mənbələr bəyan edib ki, 4-6 həftədən çox əməliyyatsız keçərsə, onun aparılması mümkün olmayacaq və ya xeyli çətinləşəcək və 2025-ci ilin yazına keçiriləcək".
Qəzetin həmsöhbətləri qeyd edib ki, Livanın dağlıq rayonlarında qışda hava şəraiti Qəzza səhralarında eyni şəraitlə müqayisədə daha sərt olur.
Lakin irimiqyaslı hərbi əməliyyatların daha gec müddətə keçirilməsi ona gətirib çıxaracaq ki, şimal sərhəd rayonlarından təxliyə edilən 60 min israilli daha yarım ili evlərindən kənarda keçirməli olacaq, bu da İsraildə neqativ qarşılanır.
Bundan başqa, avqustun 25-də "Hizbullah"ın raket hücumunun pozulması, hələ buraxılışdan öncə İsrail təyyarəçiləri, raketçiləri və artilleriyaçılarının bir neçə min mərmini yerdə məhv etməsinə nail olması İsrailin siyasi rəhbərliyində əminlik yaradıb.
Bu, Livanda yerüstü əməliyyatın başlanması nəticəsində mümkün itkilər barədə yenidən dəyərləndirilməyə gətirib çıxarıb. Əvvəlcə hesab edilib ki, müharibənin baş verəcəyi halda "Hizbullah" İsrailə on minlərlə raket buraxacaq, bu da 5-10 min israillinin həlak olmasına gətirib çıxaracaq.
Şimalda müharibənin qarşısının alınması və ya ləngidilməsinə qadir olan mühüm amil HƏMAS-la Qəzza bölgəsində atəşkəs və girovların azad edilməsi üzrə sövdələşmə ola bilər.
Bu, "Hizbullah"ın birtərəfli qaydada 23-30 noyabr sövdələşməsi zamanı olduğu kimi İsrailə hücumunun dayandırılmasına gətirib çıxara bilər. Hərçənd, bu gün bu, az ehtimal edilir, çünki HƏMAS-la danışıqların yaxın zamanlarda qarşılıqlı faydalı nəticəsinə olan şanslar minimaldır.
"Bunlar o demək deyil ki, "Hizbullah" ilə daha geniş müharibə qaçılmazdır, - nəşr vurğulayıb. - Bu, əvvəlkitək həm İsrail, həm də "Hizbullah" üçün, habelə tərəflərin sponsorları olan ABŞ və İran üçün riskli olacaq".
Qəzet qeyd edir ki, ABŞ-ın regional müharibəyə cəlb edilməsi, birincisi, Vaşinqtonun irimiqyaslı münaqişənin qarşısının alınması üzrə az qala bir ildir davam edən diplomatik səylərinin iflasa uğraması demək olacaq.
İkincisi, bu, seçkiöncəki yarışmaya təsir göstərə bilər. İran üçün belə müharibə həmçinin "Hizbullah"ın ciddi zəifləməsi və ya tamamilə itirilməsi təhlükəsi yarada bilər. "Bu, oktyabrın 7-dən İsrailin şimalında ən riskli zamandır", - nəşr yazıb.
Bundan öncə məlumat verilib ki, sentyabrın 17-də İsrailin hərbi-siyasi kabineti müharibənin rəsmi məqsədlərini açıqlayıb, buraya sakinlərin ölkənin şimalına təhlükəsiz dönüşünü əlavə edib.
Bu barədə hökumət rəhbərinin mətbuat xidməti məlumat verib. "İsrail bu məqsədə nail olmaq üçün öz fəaliyyətini davam etdirəcək", - bəyanatda deyilir.