"BMT-yə və milyonlarla fələstinliyə daima, amansızcasına və təhqiramiz hücumları ilə İsrailin izqoy dövlətə çevrilməsi qaçılmazdır..."
BMT həmməruzəçisi İsrailin bu təşkilatdan çıxarılmasını tələb edib
BMT-nin İydeya və Samariyada insan haqları məsələsi üzrə həmməruzəçisi Françeska Albaneze Cenevrədə ekspertlərin mətbuat konfransında çıxış edərək İsrailin BMT-dəki 1949-cu ildə əldə etdiyi yerini şübhə altına alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"İsrailin, görünür, heç bir hörmət etmədiyi bu təşkilatda yerinə baxmaq lazım deyilmi?" - Albaneze sual edib.
O, həmçinin İsrailin müttəfiqlərinin ünvanına ittihamlar yağdırıb. "İşğal edilmiş Fələstin ərazilərində hökm sürən dəhşət qarşısında əksəriyyət üzv-dövlətlər ən yaxşı halda buna biganə qalır. Və ya İsrailin cinayətkar hərəkətlərinə dəstək verir və buna kömək edirlər", - o, bəyan edib.
Albaneze dəqiqləşdirib ki, o, bu zaman Qərb dövlətlərini, habelə "bəzi Fars körfəzi ölkələrini" nəzərdə tutur. O, növbəti dəfə İsraili soyqırımda ittiham edib.
"Düşünürəm ki, BMT-yə və milyonlarla fələstinliyə daima, amansızcasına və təhqiramiz hücumları ilə İsrailin izqoy dövlətə çevrilməsi qaçılmazdır", - Albaneze deyib.
İsrailin Jenevrədə BMT yanında daimi nümayəndəliyi Albanezenin bəyanatına münasibət bildirib.
"O, BMT-də hər-hansı vəzifə tutmağa uyğun gəlmir və bu, çoxlarına aydındır", - nümayəndəliyin bəyanatında deyilir.
"Reuters" agentliyinin məlumatına görə, Albanezenin fikrini BMT-nin daha üç müstəqil eksperti dəstəkləyib. Onlar Qərb ölkələrini riyakarlıq və ikili standartlarda ittiham edib. Məsələn, bu ölkələr Ukraynada müharibə törədən Rusiyanı Qəzzada müharibə törədən İsrailə nisbətən daha kəskin tənqid edir.