Ekskluziv
1513
17 Sep 2024 | 13:06

"Ukrayna və Rusiyanı demoqrafik fəlakət gözləyir" - "The Wall Street Journal"

 
"Müharibə başlanandan 600 mindən çox rusiyalı ölkədən qaçıb, bunlar əsasən peşəkar insanlardır..."
 
"Müharibədən öncə Ukrayna əhalisi 42 milyon nəfər təşkil edib, müharibədən sonra 25-27 milyonadək azalıb..."
 
Müharibənin 2 il yarım müddətində qətlə yetirilən və yaralanan ukraynalı və rusiyalıların sayı təxminən bir milyona çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Məlumatda deylir ki, bu zaman dinc əhali arasında həlak olanların sayı bəlli deyil, axı, təkcə Mariupolun rusiyalılar tərəfindən zəbt edilməsi zamanı, "Human Rights Watch" təşkilatının məlumatına görə, 8 mindən artıq adam həlak olub.
 
 
Nəşr yazır ki, ilin əvvəlində Ukraynanın konfidensial dəyərləndirməsinə görə, həlak olan ukraynalı hərbi qulluqçuların sayı  80 min, yaralıların sayı isə 400 min təşkil edib. Qərb kəşfiyyatının dəyərləndirməsi fərqlidir, həlak olanlar təxminən 200 min, yaralılar təxminən 400 min nəfərdir.
 
Vladimir Putinin 2022-ci ildə hərbi müdaxiləsinə başlamasının motivasiyalarından biri Rusiya əhalisinin sayını ukraynalıların hesabına artırmaq olub. 
 
Hökumətin və demoqrafların dəyərləndirmələrinə görə, Rusiyanın hərbi müdaxiləsi və Ukrayna ərazilərinin son 10 ildə işğalı nəticəsində Ukrayna işğal nəticəsində və ya qaçqınlar qismində ən azı 10 milyon insanını itirib.
 
Putin çoxdandır ki, Rusiyada xroniki demoqrafik tənəzzül problemlərinin həllini özünün prioritet vəzifəsi elan edib, o zamandan Kreml işğal edilmiş ərazilərdə uşaqların oğurlanması və ukraynalılara Rusiya Federasiyası pasportlarının paylanması da daxil olmaqla ruslaşdırma üzrə kampaniyaya başlayıb.
 
Müasir Ukrayna nə zamansa Rusiya imperiyasının bir hissəsi olub və Putin dəfələrlə bəyan edib ki, bu ölkəni Moskvanın hakimiyyəti altına qaytarmağa çalışır. O, Ukraynanın identikliyi və dövlətçiliyini inkar edir və bəyan edir ki, ukraynalılar Rusiya millətinin bir hissəsidir.
 
Müharibə Rusiyanın daxili demoqrafiyası və əmək bazarına dağıdıcı təsir göstərir. Tammiqyaslı hərbi müdaxilə başlanandan 600 mindən çox rusiyalı ölkədən qaçıb. Bunlar əsasən digər ölkələrə getməyi və yeni həyata başlamağı bacaran gənc peşəkar insanlardır.
 
Rusiyanın hücumu Ukrayna əhalisinə də fəlakətli təsir göstərib. 2001-ci ildə əhalinin siyahıyaalınması zamanı ölkədə 48 milyon sakin qeydə alınıb. 2022-ci ildə Rusiyanın hərbi müdaxiləsi başlananadək bu rəqəm 40 milyonadək azalıb.
 
2022-ci ilin fevralında müharibə başlanandan Ukraynanı 6 milyondan çox insan tərk edib, Rusiya yeni torpaqları zəbt edib, Kiyevin nəzarətində olan ərazidə əhalinin ümimi sayı 25-27 milyonadək azalıb.
 
Ptuxa adına Demoqrafiya İnstitutunun elmi əməkdaşı Aleksandr Qladun hesab edir ki, müharibədən öncə Ukraynada 42 milyon insan olub, müharibədən sonra isə təxminən 29 milyon qalıb.
 
Ukraynada demoqrafik fəlakət hökm sürür - son xəbərlər
 
Ukraynada doğum səviyyəsi ölkə tarixində ilk dəfədir ki, ən aşağı göstəricilərə çatıb. Bu ilin birinci yarısında ölkədə ölənlərin sayı doğulanların sayından üç dəfə çox olub.
 
Bu müddətdə ölkədə 250 min ölüm və 87 mindən çox doğum qeydə alınıb ki, bu da ötən ilin analoji dövründən 9 faiz aşağıdır. 2021-ci ildə, tammiqyaslı hərbi müdaxilədən bir il öncə, ölkədə 130 min doğum qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər