“Nə qədər ki, o, hakimiyyətdədir, bu ölkə ilə münasibətlərimiz normallaşmayacaq”
Ekskluziv
1622
17 Sep 2024 | 12:23

“Nə qədər ki, o, hakimiyyətdədir, bu ölkə ilə münasibətlərimiz normallaşmayacaq”

Fransa parlamentinin aşağı palatası olan Fransa Milli Şurası prezident  Emmanuel Makronun istefasını tələb edən qətnaməyə baxacaq.

 

Maraqlıdır, Makronun istefası Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşmasına zəmin formalaşdıra bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, bu ehtimalın mümkün olduğunu bildirib:

 

“Fransada parlament seçkilərində Makronun partiyası məğlubiyyətlə üzləşdi. Makronun rəqibləri onu istefaya çağırdı.

 

Hazırda Makron öz mövqeyini qorumağa çalışır. Bugünlərdə yeni baş nazir də təyin edib. Sona qədər prezident statusunu qorumağa çalışacaq. Amma Makrona qarşı müqavimət də güclüdür.

 

Fransanın Cənubi Qafqaz siyasətinə gələndə deməliyik ki, Makron hakimiyyətə gələnə qədər Azərbaycan-Fransa münasibətləri normal idi. Baxmayaraq ki, Fransa hər zaman ermənipərəst olub. Amma Fransanın keçmiş prezidentləri sözdə də olsa balansı qoruyur, anti-Azərbaycan bəyanatları vermirdilər. İrəvana səfər edəndə, Bakıya da səfər edirdilər.

 

Makron bütün bu ənənəni pozdu. Ona görə də, nə qədər ki, Makron hakimiyyətdədir, Azərbaycan-Fransa münasibətləri normallaşmayacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər