Xəbər verdiyimiz kimi, Azərbaycan Qeyri-Hökumət Təşkilatları ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb. Onlar müraciətlərində beynəlxalq birliyin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Ermənistan tərəfindən pozduğunu, İrəvanın bununla Ukraynadakı humanitar böhranı dərinləşdirdiyini, qanunsuz şəkildə milyonlar əldə etdiyini bildirib.
Moderator.az-a açıqlama verən VI çağırış Mili Məclisin deputatı Elman Məmmədov, Ermənistanın yalnız Rusiya deyil, həm də İrana qarşı sanksiyaları pozmaqla böyük vəsaitlər əldə etdiyinə diqqət çəkib:
“ABŞ-ın, Avropanın, AŞPA-nın, digər qurumların sevimlisi olan tərbiyəsiz Ermənistan yalnız Rusiyaya qarşı tətbiq edilən beynəlxalq snaksiyaları pozmur. Bu ölkə uzun illərdir ki, həm də İrana qarşı tətbiq olunan sanksiyaları pozur. Nəticədə, həmin sanksiyaların effektivliyi aşağı düşür, Ermənistan isə bundan qanunsuz olaraq böyük vəsaitlər əldə edir. Bu mənada Ermənistanın ticarət dövriyyəsi üzərində sərt nəzarətin qoyulması, ona qarşı ciddi sanksiyaların tətbiq edilməsi vacibdir. Yalnız bu yolla Ermənistanı beynəlxalq birliyin iradəsinə hörmət etməyə vadar etmək mümkündür”.
Seymur ƏLİYEV