Ekskluziv
1545
16 Sep 2024 | 21:56

"Sərhədsiz həkimlər" təşkilatı 32 ildən sonra Rusiyada fəaliyyətini dayandırıb

"Bir çox insanların tibbi və humanitar yardıma ehtiyacı olan ölkədə öz proqramlarımıza son vermək bizim üçün çox kədərlidir..."
 
"Sərhədsiz həkimlər" qeyri-kommersiya tibbi təşkilat 32 ildən sonra Rusiyada öz fəaliyyətini dayandırır.
 
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, avqust ayında Rusiya Ədliyyə Nazirliyi "Sərhədsiz həkimlər" təşkilatının Rusiya bölməsinin xarici qeyri-hökumət təşkilatlarının filialları və nümayəndəlikləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi ilə bağlı xəbərdar edib.
 
Nazirlik lisenziyanın ləğv edilməsini onunla izah edib ki, "Sərhədsiz həkimlər" təşkilatının fəaliyyəti "Nizamnaməyə uyğun deyil". Təşkilata Rusiyada nümayəndəliyini ləğv etmək və bank hesablarını bağlamaq üçün bir ay vaxt verilib.
 
"Bir çox insanların tibbi və humanitar yardıma ehtiyacı olan ölkədə öz proqramlarımıza son vermək bizim üçün çox kədərlidir, indi onlar "Sərhədsiz həkimlər"in verə biləcəyi dəstəkdən məhrum olacaq. Təşkilat Rusiyada işini imkan olan kimi davam etdirmək istəyərdi", - bunu təşkilatın Rusiyada proqramlarına cavabdeh olan əməliyyatlar üzrə meneceri Norman Sitali bəyan edib.
 
"Sərhədsiz həkimlər" Rusiyada 1992-ci ildən fəaliyyət göstərib. O, "vərəmin müalicəsində qabaqcıl yanaşmaların" tətbiqi ilə məşğul olub, Moskva, Sankt-Peterburq, Kemerovo vilayəti, Çeçenistan, İnquşetiya, Dağıstan, son zamanlar isə Belqorod, Rostov-Don, İvanovo və Arxangelsk vilayətlərində işləyib.
 
2024-cü ilin əvvəlində "İzvestiya" nəşrində və REN TV-nin reportajında iddia edilib ki, "Sərhədsiz həkimlər", guya, Çeçenistan və Donbasda kəşfiyyat məlumatları toplayıb və xeyriyyəçilik fəaliyyəti adı altında" insanların cəlb edilməsilə məşğul olub.
 
Süjetdə həmçinn belə güman edilib ki, guya, təşkilatın topladığı məlumatlar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Ukraynadan uşaqların qanunsuz deportasiya edilməsində Rusiya hakimiyyətinə qarşı ittihamların əsasını təşkil edə bilərdi.
 
2015-ci ildə üzdəniraq "DXR" və "LXR" qurumları "Sərhədsiz həkimlər" təşkilatını casusluqda və psixotrop maddələrin qanunsuz tədarükündə ittiham edərək onun akkreditasiyasını ləğv edib. Təşkilat bu ittihamları rədd edib.
Link kopyalandı!
Son xəbərlər