Rusiya təbliğatı nüvə şantajının yeni mərhələsinə keçib
Ekskluziv
1527
16 Sep 2024 | 20:19

Rusiya təbliğatı nüvə şantajının yeni mərhələsinə keçib

"Gəlin, Novaya Zemlya poliqonunda London və Vaşinqtonun nüvə surətlərini yaradaq və bizim "Bulava"mızın bircə döyüş başlığı onları məhv etsin..."
 
"Rusiya-1" telekanalının "Vladimir Solovyov axşamları" proqramının efirində Rusiya ərazisində London və Vaşinqtonun maketlərini yaradıb onları nüvə raketi ilə məhv etmək, sonra isə bunu videoya çəkib Böyük Britaniya və ABŞ-ı qorxutmaq təklif edilib.
 
Moderator.az xəbər verir ki, bunu Rusiyanın siyasi tok-şoularında tez-tez çıxış edən "Hərbi-siyasi təhlil bürosu"nun rəhbəri Aleksandr Mixaylov təklif edib. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Onun çıxışının bir hissəsini Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenko dərc edib.
 
Qərbin, o cümlədən Böyük Britaniyanın Ukraynaya silah tədarükünü şərh edərkən, Mixaylov əmin olduğunu bildirib ki, "anqlosakslar qitədə böyük müharibə istəyir" və Ukraynaya hərbi yardım, guya, müharibədə birbaşa iştirak deməkdir.
 
"Anqlosaksları" fikrindən daşındırmağa vadar etmək üçün Mixaylov Qütbarxasında, Novaya Zemlya arxipelaqında Qərb paytaxtlarının maketini yaratmağı etməyi təklif edib.
 
"Gəlin, Novaya Zemlya poliqonunda London və Vaşinqtonun nüvə surətlərini yaradaq və nüvə silahını tətbiq etməklə təlimlər keçirək. Qoy heç olmasa bizim "Bulava"mızın bircə döyüş başlığı Atlantikaya, Novaya Zemlya tərəfə uçub onları məhv etsin. 
 
Bax, trotil ekvivalentdə olan bu 150 kiloton Vaşinqton və Londonu məhv edəcək. Qoy sonra "YouTube"-un 3 milyard istifadəçiləri Britaniya və ABŞ paytaxtlarının "Bulava"nın hər birində olan on döyüş blokundan cəmi bir döyüş başlığı ilə məhv edilməsinin necə göründüyünü seyr etsin", - Mixaylov bəyan edib.
 
Onun hesablamalarına görə, minlərlə miqrant fanerdən iki-üç gün ərzində iki "anqlosaks" paytaxtının mərkəzi hissəsini yarada biləcək.
 
Xatırladaq ki, Rusiya müntəzəm olaraq Ukrayna və Avropa ərazisinə nüvə zərbələri barədə fantaziyalara qərq olur. London çoxdandır ki, nüvə hücumları üçün onların hədəflərinin siyahısında möhkəm yer alıb.
 
Bu ərəfədə isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev belə iddia ilə çıxış edib ki, "Britaniya adlanan ada, böyük ehtimalla, yaxın bir neçə ildə batacaq, bizim hipersəsli raketlərimiz isə lazım gəlsə buna kömək edəcək".
 
Rusiyalı məmuru qəzəbləndirən Böyük Britaniya XİN rəhbəri Devid Lemminin "BBC" telekanalına müsahibəsində Ukraynaya "daha 100 il də tam dəstək vəd etməsi" olub.
 
Amma Vaşinqtona sataşmaq nəsə yeni bir şeydir. Axı Rusiya anlayır ki, fanerdən deyil, gerçək Vaşinqtona yalnız okean üzərindən strateji nüvə silahından zərbə endirmək mümkündür, bu isə artıq qlobal nüvə müharibəsi deməkdir. Ona görə də öz ərazisinə nüvə zərbələri barədə fantaziyalara qərq olur.
Link kopyalandı!
Son xəbərlər