Bizi sosial şəbəkələrdən izləyin:
"Sinvar Qəzzanı tərk etməyəcək, çünki onun bütün etdikləri Fələstin xalqının azadlığı naminədir..."
HƏMAS-ın Livan və Tehranda sabiq yüksək vəzifəli nümayəndəsi Üsəma Həmdan bəyan edib ki, Yəhya Sinvar tezliklə "Fələstin xalqına və bütün dünyaya birbaşa müraciət edəcək".
Moderator.az xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 11-də İsrail baş naziri Dəftərxanasında məhbuslar və itkin düşənlərlə işə cavabdeh olan briqada generalı Qal Hirş bəyan edib ki, İsrail HƏMAS-ın bütün girovları evə buraxacağı təqdirdə Yəhya Sinvara Qəzza bölgəsindən çıxmağa imkan verə bilər.
Həmdan əmin edib ki, Sinvar bu şərtə razı olmayacaq. "O, Fələstini tərk etməyəcək, çünki onun bütün etdikləri Fələstin xalqının azadlığı naminədir", - HƏMAS nümayəndəsi deyib.
Sentyabrın 13-də Livanın "Hizbullah" ilə əlaqəli olan "Əl-Mayadin" telekanalı elan edib ki, "Allah Partiyası"nın baş katibi Həsən Nəsrullah HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvardan məktub alıb.
Bu məktubda Sinvar Nəsrüllaha İsmayıl Haniyənin həlak olması ilə bağlı başsağlığına, habelə Fələstin Müqavimət Hərəkatı ilə həmrəyliyə görə minnətdarlıq edib. Sinvar Nəsrullahı əmin edib ki, HƏMAS "şəhidlərin qanına sadiq qalmaq yolu ilə gedəcək".
İsrail Təhlükəsizlik Xidməti yanında hərbi əsirlər və itkin düşənlər məsələləri üzrə sabiq əlaqələndirici Yaron Blüm bəyan edib ki, Yəhya Sinvar son iki həftədə əlaqəyə çıxmır, bu da danışıqları daha da mürəkkəbləşdirir və onları geriyə atır.