Bugünlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bəzi marşrutlarla bağlı islahatlar həyata keçirdi ki, bu islahatlar123 və 585 nömrəli marşurutları da əhatə etdi. Nəticədə Sumqayıt-Binəqədi istiqamətində fəaliyyət göstərən 985 nömrəli marşurut ləğv edildi. Bununla da Novxanı kəndi alternativ nəqliyyat vasitəsindən məhrum oldu. Çünki 585 nömrəli marşurut Binəqədinin mərkəzinə qədər fəaliyyət göstərirdi ki, bu da Novxanı kənd sakinlərinə buradan paytaxtın müxtəlif məkanlarına getmək imkanı verirdi. Lakin 585 nömrəli marşurutun ləğvi Novxanı sakinlərini yalnız 123 nömrəli marşurutun ümidinə qoymuş oldu. Fəqət problem bununla da bitmədi.
Əvvəllər Novxanı çimərliyi - “Azadlıq” metrosu istiqamətində fəaliyyət göstərən 123 nömrəli avtobusun hərəkət məsafəsi Sumqayıta qədər uzadıldı. Bu isə xəttə əlavə avtobuslar buraxmaq zərirətini meydana çıxardı. AYNA problemin həlli üçün xəttə 15 ədəd avtobus buraxdığını bəyan etdi. Lakin elə ilk gündən bəlli oldu ki, bunlar sərnişindaşıma potensialı məhdud olan xırda tutumlu avtobuslardır. Bu avtobuslar o qədər yığcamdır ki, onların içində ayaq üstdə yol getmək demək olar ki, mümkünsüzdür. Nəticədə, dayanacağa yaxınlaşan avtobusa vətəndaşların yalnız bir qismi minə bilir ki, bu da digər vətəndaşların haqlı etirazına səbəb olur.
Bundan başqa, islahatdan sonra 123 nömrəli marşurutda kart sistemi ləğv edilib ki, bu da geriyə doğru addım kimi xarakterizə oluna bilər. Çünki məlum islahata qədər 123 nömrəli marşurutda gediş haqqı kart vasitəsilə ödənilirdi.
Bir sözlə, görünən odur ki, AYNA-nın islahatı Novxanı kəndi və ətraf bölgələrin sakinlərini marşutut üzünə həsrət qoyub. Sakinlər ümid edir ki, AYNA xeyrindən çox ziyanı olan bu islahata lazımi düzəlişlər edəcək, 585 nömrəli marşurutu bərpa etməklə insanları nəqliyyat blokadasından çıxaracaq.
Seymur ƏLİYEV