Trampa sui-qəsd cəhdində saxlanılan şəxs Ukraynaya dəstək ifadə edib... -
Ekskluziv
1560
16 Sep 2024 | 07:07

Trampa sui-qəsd cəhdində saxlanılan şəxs Ukraynaya dəstək ifadə edib... - "CNN"

Hakimiyyət orqanlarının qolf oynayarkən keçmiş prezident Donald Trampa hücum planlaşdırmaqda şübhəli bildiyi Rayan Uesli Raut 2022-ci ildə "X" sosial şəbəkəsində onlarla paylaşımda Ukraynaya güclü dəstəyini ifadə edərək, döyüşdə ölməyə hazır olduğunu və “Kremli yandırıb kül etmək lazımdır” deyə yazıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "CNN" yazıb.
 
Raut 2022-ci ilin martında "X"-də yazdığı mesajda “Krakova uçmağa və könüllü olmaq, döyüşmək və ölmək üçün Ukrayna sərhəddinə getməyə hazıram... Mən nümunə olum, biz qalib olmalıyıq”, -deyə bildirib.
 
O zaman Raut şəxsi "Facebook" hesabından istifadə edərək əcnəbiləri müharibəyə qoşulmağa təşviq edib. 2023-cü ilin oktyabr ayından başlayaraq o, özünü “Ukrayna hökumətinin ştatdankənar əlaqələndiricisi” kimi təqdim edərək əfqan çağırışçılarını vəzifələrə cəlb etməyə çalışıb.
 
"Əfqanıstan döyüşçüləri - Ukraynanın 3000 əsgərə müəyyən dərəcədə ehtiyacı var, ona görə də hər bir əsgərin Ukraynaya göndərilmək üçün pasportunun surətini mənə yollaması lazımdır",- deyə o, ingilis və puştu dillərində dərc olunmuş belə mesajların birində qeyd edib.
 
Xatırladaq ki, gecə saatlarında “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla Trampın qolf oynadığı "Tramp West Palm Beach" qolf meydançası yaxınlığında atışma baş verdiyini yazmışdı. Atışmadan sonra meydança dərhal bağlanıb. Son məlumatlara görə, ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışmanı araşdırır və  hələki hadisəni ona sui-qəsd cəhdi kimi qiymətləndirir...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər