Ekskluziv
1689
15 Sep 2024 | 21:57

"BƏƏ Fələstin dövləti yaradılmadan Qəzzanın müharibədən sonrakı bərpasında iştirak etməyəcək" -  BƏYANAT

"Biz İsrailin Qəzza bölgəsində mövcudluğuna kömək edəcək hər-hansı planda iştirak etməyəcəyik..."
 
Birləşmiş Ərəb Əmirlikləri Qəzza bölgəsinin müharibədən sonrakı bərpasında özünün iştitakının şərtlərini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co. il" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər naziri Abdulla bin Zahid bəyan edib ki, BƏƏ müstəqil Fələstin dövləti yaradılmadan Qəzza bölgəsinin müharibədən sonrakı bərpasında iştirak etməyəcək. 
 
Özünün "X" platformasındakı postunda o, vurğulayıb ki, əgər fələstinlilər üçün dövlətin yaradılması üzrə şərtlərə əməl edilməzsə, onun ölkəsi Qəzzada bundan sonra da münaqişənin inkişafına dəstək verməyəcək.
 
May ayında bin Zahid artıq bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib, İsrail baş naziri Binyamin Netanyahunun BƏƏ-nin müharibədən sonra Qəzzanın idarəçiliyini öz üzərinə götürə biləcəyi ilə bağlı gümanlarını rədd edib. O, İsrailin Qəzza bölgəsində mövcudluğuna kömək edəcək istənilən planda iştirak etməkdən qəti şəkildə boyun qaçırıb.
 
Bu arada isə bəlli olub ki, Fələstin Muxtariyyəti yaxın həftələrdə BMT Baş Assambleyasına təqdim ediləcək qətnamə layihəsi hazırlayıb. Bu sənəd İsrailin İudeya və Samariyada iştirakının zəifləməsinə yönəlib və müstəqil Fələstin dövlətinin yaradılmasını irəliyə aparacaq bir sıra ciddi tədbirləri nəzərdə tutur.
 
Qətnamənin başlıca məqamları İsrailə silah tədarükünün dayandırılması, İsrail Silahlı Qüvvələrinin İudeya və Samariya ərazilərindən altı ay müddətində çıxarılması və məskənlərlə bağlı İsrail ilə ticarətə son qoyulmasını nəzərdə tutur.
 
Həmçinin İsrail məskənlərinin təxliyə edilməsi və bu torpaqlar üzərində nəzarətin Fələstin Muxtariyyətinə verilməsi təklif edilir. Sənədin mühüm hissəsi İsrail məmurlarına qarşı aktivlərin dondurulması və digər ölkələrə girişin qadağa edilməsi kimi sanksiyaların tətbiqidir.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri məcburi qüvvəyə malik olmasa da, onlar çox vaxt geniş beynəlxalq dəstək qazanır.
Link kopyalandı!
Son xəbərlər