“Əvvəl ürək-dirək verdilər, sonra silah, indi isə...”
2169
15 Sep 2024 | 15:00

“Əvvəl ürək-dirək verdilər, sonra silah, indi isə...”

“Fransa XİN rəhbəri Stefan Sejurnenin Ermənistana səfəri xoş mərama xidmət etmir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildiirb. Ekspert qeyd edib ki, Vətən müharibəsindən sonra Ermənistana siyasi-diplomatik müstəvidə dəstək verən Fransa, sonradan ona hərbi baxımdan da kömək etməyə başladı ki, bu da İrəvanı sülh prosesindən uzaqlaşdırdı:

 

“44 günlük Vətən müharibəsindən sonra Ermənistan məğlubiyyətlə barışmışdı. Səsi belə çıxmırdı. Lakin sonrakı müddətdə Fransa öncə ona ürək-dirək verməyə, siyasi-diplomatik baxımdan açıq dəstək ifadə etməyə başladı. Bununla kifayətlənməyən rəsmi Paris sonrakı dönəmdə Ermənistana hərbi dəstək də verməyə başladı ki, bu da İrəvanı yenidən xam xəyalların arxasında düşməyə vadar etdi. İrəvanın diplomatik ritorikası dəyişdi və s.

 

Bu baxımdan Fransa XİN rəhbərinin İrəvana səfərinin Cənubi Qafqazda sülh prosesinə ziyan vuracağı şübhəsizdir. Nə qədər ki, Fransa və ABŞ Ermənistandan öz məqsədlərinə çatmaq üçün alət kimi istifadə edəcək və İrəvan da onların bu istəklərini itaətkar formada yerinə yetirəcək, regionda sülhün əldə edilməsi bir o qədər uzanacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər