Ekskluziv
2024
14 Sep 2024 | 23:35

"İbarəli kütbeyin anqlosakslar bir şeyi etiraf etmək istəmir ki..."

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yenidən Qərbin ünvanına  nüvə silahı ilə təhdidlər yağdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, sentyabrın 14-də özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Qərb siyasətçiləri Rusiya Federasiyasının Qərb raketləri ilə "dərin ərazilərə" ehtimal edilən zərbələrə ciddi şəkildə cavab verəcəyinə inanmır. Onların fikrincə, ruslar kütləvi qırğın silahının köməyilə cavab verəcəkləri barədə yalnız çox danışır.
 
"Ruslar hədləri keçməz. Onlar, sadəcə, qorxudur. Nüvə münaqişəsi onlara lazım deyil, onlar "Qlobal Cənubun" dəstəyi də daxil olmaqla daha çoxunu itirə bilər. Və ümumiyyətlə, apokalipsis kimə lazımdır? Və sairə, və ilaxır", - Medvedev Qərbin fikrini belə təsvir edir.
 
Sabiq prezident etiraf edir ki, nüvə münaqişəsi həqiqətən də heç kimə lazım deyil, çünki bu, "çox ağır nəticələrə səbəb ola biləcək çox pis tarixçə olar". Məhz buna görə də Moskva indiyədək nüvə silahının tətbiqi barədə qərar verməyib.
 
Lakin, onun sözlərinə görə, bunun üçün səbəb artıq var və o, Rusiyanın "nüvə doktrinasına" uyğundur. Siyasətçi Ukrayna Silahlı Qüvvələrinin Kurskda hücumunu nümunə çəkib.
 
"Lakin ibarəli kütbeyin anqlosaksklar bir şeyi etiraf etmək istəmir ki, hər bir dözümün sonu var. Sonucda bu barədə xəbərdarlıq edən Qərbin mülayim analitikləri haqlı çıxacaq...O zaman hər şey bitəcək...Holy shit! İt's impossible, but it happened!" ("Lənət şeytana! Bu, mümkün deyil, amma bu, baş verib" -red.) - müəllif yazıb.
 
Eyni zamanda, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik heç kimin rahat olmaması üçün nüvə silahından istifadə etməyə çağırış edib.
 
"Haradasa, hansısa poliqonda nüvə partlayışı törətmək lazımdır. Bizdə hazırda nüvə sınaqları qadağan edilib, lakin bəlkə insanların bütün bunların əslində nəyə gətirib çıxaracağını eşitməyinə dəyər? Əgər moratoriumu aradan qaldırsaq, bəşəriyyət bu barədə düşünməyə başlayacaq", - Kolesnik "lenta.ru" nəşri ilə söhbətində bəyan edib.
Link kopyalandı!
Son xəbərlər