1940
14 Sep 2024 | 13:34

"Baydenlə Starmerin danışıqları başa çatıb, nəticə nədən ibarətdir?" - BBC

 
"ABŞ və Böyük Britaniyanın Rusiya təcavüzünə qarşı mübarizəsində Ukraynaya dəstəyi sarsılmazdır..."
 
Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi barədə qərar açıqlanmır
 
Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib ki, onun ABŞ prezidenti Co Baydenlə danışıqları taktiki deyil, strateji xarakter daşıyıb, söhbət "hansısa konkret qərardan" getməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Starmerin Vaşinqtona səfəri ərəfəsində Qərb mətbuatı yazıb ki, o, Baydeni Britaniya raketləri ilə Rusiyadakı hədəflərə zərbələr endirilməsi üçün icazə verilməsinə inandırmaq niyyətindədir. 
 
ABŞ prezidenti Co Baydenlə danışıqların nəticəsi olaraq Böyük Britaniya baş naziri Kir Starmer Ukraynaya Qərb raketlərilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirilməsinə icazə verilməli olduğu məsələsi üzrə hər-hansı qərar barədə məlumat verməyib.
 
Onun Co Baydeni inandırmağa nail olub-olmaması barədə suala cavabında Starmer deyib ki, onlar o cümlədən Ukrayna, Yaxın Şərq və Hind-Çin regionları da daxil olmaqla bir sıra istiqamətlər üzrə uzun müddət və səmərəli diskusiya aparıb".
 
Onun sözlərinə görə, Baydenlə söhbət taktiki deyil, strateji xarakter daşıyıb, "hər-hansı konkret qərardan" söhbət getməyib. Bu zaman Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən Starmer etiraf edib ki, yaxın zamanlarda "həm Ukraynada, həm də Yaxın Şərqdə baş verəcək mühüm hadisələrlə əlaqədar olaraq", ABŞ prezidenti ilə danışıqlarda "bir sıra taktiki qərarların qəbul edilməsi zəruridir". "Mən bu taktiki qərarların strateji kontekstdə qəbul ediləcəyini çox istərdim", - o, deyib.
 
Bu danışıqlar başa çatdıqdan sonra Böyük Britaniya baş naziri bəyan edib ki, söhbət bir neçə gün sonra BMT Baş Assambleyasında "daha geniş dairənin" iştirakı ilə davam etdiriləcək.
 
Ağ Ev danışıqların yekunlarına dair qısa bəyanat yayıb, vurğulanır ki, görüşdə müzakirə edilən digər mövzular arasında liderlər "Rusiya təcavüzündən müdafiə olunmaqda davam edən Ukraynaya sarsılmaz dəstəyini təsdiq edib".
 
Cümə günü brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bəyan edib ki, Vaşinqton Ukraynanın Amerika istehsalı olan silahdan Rusiya ərazisinə zərbələr endirilməsi üçün istifadə edilməsinə qoyulan məhdudiyyətlərə hər-hansı dəyişikliklər etməyi planlaşdırmır.
Link kopyalandı!
Son xəbərlər